Tibb xidməti |
|   |
|
|   |
 Mərkəzin tibb kabineti şagirdlərə tibbi xidmət və xəstəliklərin profilaktikası üçün tələb olunan avadanlıqla təchiz olunmuşdur. Mərkəzin, yeməkxananın, sanitar otaqların təmizlik işləri sanitar normalara uyğun aparılır. İldə iki dəfə şagirdlərin zəruri tibbi müayinədən keçməsi üçün otolarinqoloq, göz həkimi, nevropatoloq, psixopatoloq, ortoped, qastroenteroloq, dermatoloq, endokrinoloq kimi mütəxəssislər dəvət olunur. Müayinə nəticələri qeydə alınaraq tibb personalı tərəfindən lazımi prosedurların yerinə yetirilməsinə nəzarət olunur.
Qrip epidemiyası dövründə mərkəzin tibb personalı tərəfindən xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə müvafiq profilaktik tədbirlər görürülür. Mərkəzdə orqanizmin fiziki sağlamlıq imkanlarını müasir qiymətləndirilmə metodları tətbiq edirlir.
Mərkəzin tibb personalı vaxtaşırı şagirdlərlə sağlam həyat tərzi və orqanizmin sağlamlığı üçün faydalı bilik və vərdişlərə yiyələnmə məqsədilə maarifləndirmə işi aparır. |
|   |
22.12.2007 |