Uşağa oxumaqda necə kömək etmək olar? |
|   |
|
|   |
 Görəsən uşağın məktəb həyatına qarışmağın sərhəddi harada bitir?
Ev tapşırıqlarının birgə yerinə yetirilməsi, bir qayda olaraq, şagirdin ehtiyaclarından asılı olaraq birinci sinfi bitirməsinə 3 ay qalmış və ya bitirənə qədər davam edə bilər.
Bundan sonra ardıcıl nəzarətə keçmək – nailiyyətləri və uğursuzluqları birgə müzakirə etməklə, tapşırığın ayrı-ayrı hissələrini nəzərdən keçirmək məsləhət görülür. Bu dövr təxminən birinci sinfin ortalarından ikinci sinfədək davam edir.
Sonrakı nəzarət mərhələlərlə aparılır: yerinə yetirilmiş tapşırıqlar yalnız seçmə üsulla yoxlanılır. Bu növ nəzarət ibtidai təhsilin sonunadək aparıla bilər.
Orta və yuxarı siniflərdə nəzarəti nəticələrə görə aparmaq məsləhət görülür: valideyinlər uşağın qiymətləri ilə maraqlanır və yalnız çətinlik yarandıqda müdaxilə edirlər. Beləliklə də, uşağın şəxsi nəticələrinə görə məsuliyyəti daha da artır. Belə olduqda şəxsi layihələrini həyata keçirən uşaqlar valideyinlərindən asılı olan uşaqlardan daha artıq uğur əldə edirlər. Xüsusilə 10 yaşdan yuxarı uşaqlara əmrlər və xahişlər yox, şəxsi həyat tərzimiz nümunə olaraq daha güclü təsir edir. |
|   |
22.12.2007 |