Azərbaycan-Rusiya “Ü.T.M XXI – ƏSR” MMC 2001-ci ildə təsis edilmişdir və hal-hazırda Bakı şəhərinin ən qabaqcıl təhsil müəssisələrindəndir. Tədris prosesi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi proqramlara və Rusiya təhsil sisteminin müasir metodlarını nəzərə alan proqramlara əsaslanır.
“XXI Əsr” Ümumtəhsil Mərkəzinin nəzdində uşaq bağçası, məktəbə hazırlıq şöbəsi və orta ümumtəhsil məktəbi günüuzadılmış iş rejimində fəaliyyət göstərir.
Uşaq bağçası həftənin beş günü – saat 900-dan 1800-dək işləyir. Bağçaya uşaqlar üç yaşından qəbul edilir. Uşaqlara gündə 4 dəfə həkim-dietoloq tərəfindən təsdiqlənmiş sağlam yeməklər verilir. Uşaq bağçası məktəbəqədər yaşlı uşaqların dövlət təhsil proqramı üzrə təlim-tərbiyəsi ilə yanaşı, intellektin inkişafı kimi yeni tədris texnologiyalarından istifadəyə əsaslanır. Uşaqların psixoloji və tibbi sağlamlığına qayğı və məsuliyyətlə yanaşılır. Bağçadan başlayaraq proqrama əyləncəli ingilis dili dərsləri əlavə edilmişdir.
Məktəbə hazırlıq şöbəsində uşaqların intellektual və sağlam inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. Məqsəd – uşağın təbii bacarıqlarının inkişaf etdirilməsi, özünəinamın gücləndirilməsi, təşəbbüskarlığın, emosional yetkinliyin, məsuliyyət hissinin aşılanmasıdır. Məktəbə hazırlıq şöbəsində Azərbaycan, rus və ingilis dili bölmələri fəaliyyət göstərir. Bu mərhələdə tədris prosesi uşaqların maraq dairəsinə uyğun qurulur. Şöbədə uşaqlar 5 yaşından təhsil alırlar.
“Ü.T.M XXI – ƏSR”-in nəzdində Azərbaycan və rus bölmələri üzrə orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Burada 1-11-ci sinif şagirdlərinin hərtərəfli inkişafı və müasir standartlara uyğun təhsil almaları üçün lazımi şərait yaradılmışdır. Məktəbimizin şagirdləri təhsil proqramı bazası əsasında təhsil alırlar və burada ingilis dili dərsləri daha dərindən öyrədilir. Məktəb çərçivəsində “İntellektin inkişafı” texnologiyasının tətbiqi uğurla həyata keçirilir. Orta məktəb şagirdləri hər il Beynəlxalq “İntellekT” Olimpiadasında iştirak edərək, bizi – “XXI Əsr” Ümumtəhsil Mərkəzini şərəflə təmsil edirlər.
Bununla yanaşı, məktəbimiz tərəfindən 15 əlavə kurs təklif olunur: alman, fransız və ispan dilləri, modelləşdirmə, üzgüçülük, karate, şahmat, rəsm, milli və müasir rəqslər və s.
Məktəb bazar ertəsindən cümə gününə kimi – saat 900-dan 1800-dək, şənbə günü isə 1000-dan 1300-dək işləyir. Məktəblilər gün ərzində 3 dəfə həkim-dietoloq tərəfindən təsdiq edilmiş sağlam yeməklə təmin edilir. |