Psixoloqun qəbul saatları:
-
Şagirdlərin fərdi konsultasiya və korreksiyası - hər gün saat 14.30.-17.00.
-
Müəllimlərin fərdi konsultasiyası - hər gün saat 11.00-13.00.
-
Valideynlərin fərdi konsultasiyası - çərşənbə axşamı və cümə axşamı saat 15.00-18.00.
Valideynlərə məsləhətlər:
Müasir dövrdə kompyuter oyunları getdikcə daha böyük populyarlıq qazanır, bu xüsusilə yeniyetmə mühitinə xasdır. Şagirdlər saatlarla kompyuter qarşısında əyləşərək oyunun yeni-yeni səviyyələrini mənimsəyə bilərlər. Bir çox hallarda müəllim və valideynlər buna görə narahat olurlar.
Bu məsələ ilə bağlı müxtəlif fikirlər vardır. Bu fikirlərin bəziləri ziddiyətli xarakter daşıyır. Fizioloji nöqteyi nəzərdən yeniyetmələrin istirahət vaxtının “kompyuterləşməsi” görmənin zəifləməsi, tez yorulma, onurğa sütununun əyilməsi kimi somatik pozuntulara gətirib çıxara bilər.
Mütəxəsislər qeyd edirlər ki, yeniyetmənin kompyuter oyunlarına həddən artıq aludəçiliyi onun maraq dairəsinin daralmasına, öz aləmini yaratmaq meylinə, reallıqdan uzaqlaşmasına gətirib çıxara bilər.
Uşağın həm fiziki, həm də psixoloji sağlamlığını qoruyub saxlamaq üçün kompyuterin onun həyatına təsirini məhdudlaşdırmaq lazımdır.
1-ci sinfə qəbul uşaq və valideynlər üçün böyük sınaqdır. Birinci sinif şagirdinin daxilən özünü şagird kimi hiss etməsində valideynlərin rolu böyükdür. Övladınızın məktəb həyatına ciddi münasibətiniz, onun müvəffəqiyyət və uğursuzluqlarına diqqətlə yanaşmağınız, təmkinli olmağınız, səy və çalışqanlığını rəğbətləndirməniz, emosional dəstəyiniz birinci sinif şagirdinə təlim fəaliyyətinin vacibliyini hiss etməyə, onun özünüqiymətləndirməsinin və özünəinamının artmasına yardım edəcəkdir.
|