08.05.09-cu il tarixində,biologiya həftəsinin 5-ci günündə təbiət fənləri üzrə Mərkəzin Qalereyasında “İntellektual rinq” keçirildi.
Rinq rus bölməsinin 8,9,10-cu sinif şagirdlərindən təşkil olunmuş 2 komanda arasında keçirildi:
1)“Omeqa”
2)“Nüvə gücü”
[1](2).jpg)
Hər komandada 6 nəfər iştirak edirdi.Komandaları Mərkəzin müxtəlif sinif şagirdləri və müəllimləri dəstəkləyirdi.
“İntellektual rinq” 4 mərhələdən ibarət idi:
1-ci mərhələdə hər 2 komanda qutudan suallar seçərək cavablandırırdılar.Sualları cavablandırmaq üçün hər bir komandaya 3 dəqiqə vaxt verilirdi.Əgər komanda sual oxunan kimi cavablandırırdısa 4 bal,verilən vaxt ərzində cavablandırırdısa 3 bal onların xeyrinə artırılırdı.1-ci mərhələ “Nüvə gücü” komandasının qələbəsi ilə başa çatdı.
[1](2).jpg)
2-ci mərhələdə uşaqların bilikləri ilə yanaşı onların cəldlikləri də yoxlanıldı.Hər bir komanda 20 sualı 3 dəqiqə ərzində cavablandırmalı idi.Hər doğru cavaba görə isə onların hesabına 1 bal əlavə olunurdu.Bu mərhələ isə “Omeqa” komandasının qalibiyyəti ilə başa çatdı.
.jpg)
Fasilədə 7a və 8a sinif şagirdləri hazırladıqları rəqs nümunəsini təqdim etdilər.
3-cü mərhələ isə səssiz film şəklində keçirildi.Hər komandanın üzvü ona verilən sözü öz komandasına səssiz - “him-cim” şəklində izah etməli idi.Bunun öhdəsindən gələn komandanın hesabına isə10 bal əlavə olunurdu.Bu mərhələnin qalibi “Nüvə gücü” komandası oldu.
4-cü mərhələ isə daha həyəcanlı keçdi.Bu mərhələdə hər bir komanda digərinə 3 sual verməli idi.Bu mərhələnin də qalibi “Omeqa” komandası oldu.Lakin uşaqların əl qabiliyyətlərini nəzərə alaraq,hazırladıqları plakata görə sonuncu 5 bal “Nüvə gücü” komandasına verildi.Buna baxmayaraq yenə də “Omeqa” komandası 3,5 bal hesabı ilə “Nüvə gücü” komandasından üstün oldu.
.jpg)
Beləliklə,rinq “Omeqa” komandasının qalibiyyəti ilə başa çatdı. |