“XXIƏSR” Ümumtəhsil Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş tədbir. |
|   |
|
|   |
16 may 2009-cu il tarixində “XXIƏSR” Ümumtəhsil Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş idman yarışı keçirildi.
.jpg)
.jpg)
Yarış şahmat,stolüstü tennis və badminton oyunlarından təşkil olunmuşdu.Stolüstü tennis və şahmat oyunları “XXI ƏSR” Ümumtəhsil Mərkəzinin şagirdləri ilə Avropa liseyinin şagirdləri arasında,badminton oyunu isə Mərkəzin öz şagirdləri arasında keçirildi.Yarışa hər 2 məktəbdən 26 şagird cəlb olunmuşdu.
Tennis yarışının qalibi 4 xal üstünlüklə “XXI ƏSR” Ümumtəhsil Mərkəzi oldu.
Şahmat yarışının qalibi 9 xal üstünlüklə Avropa liseyi oldu.
Badminton oynunun qalibi isə Mərkəzin 8-ci sinif şagirdi Dubovik Mariya elan olundu.
Qaliblər dərs ilinin sonunda “XXI ƏSR” Ümumtəhsil Mərkəzinin rəhbərliyi tərəfindən hazırlanmış xüsusi diplomlarla təltif olunacaqlar.
Bütün oyunlar ədalətli keçirildi.Bu yarışın keçirilməsində əsas məqsəd məktəblər arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi və şagirdlərin idmana olan maraqlarının daha da artırılması idi.
.jpg)
|
|   |
Cəfərova S. 19.05.2009 |