14.05.09-cu ildə tarix fənni üzrə “Breyn-rinq” intellektual bilik yarışması keçirildi.Bu yarışma Azərbaycan və rus bölmələrinin 8-ci sinif şagirdləri arasında təşkil olunmuşdu.Şagirdlər 2 komandaya bölünmüşdü:
1). “Mavr”
2). “Sangreal”

Breyn-rinq” 6 turdan ibarət idi:
I turda şagirdlərin bilikləri ilə yanaşı,onların cəldlikləri də yoxlanıldı.Bu turda 10 sual səsləndi.Hansı komanda sualı ilk olaraq cavablandırırdısa, o komandanın hesabına 1 bal artırılırdı.I turun qalibi 5 bal üstünlüklə “Mavr” komandası oldu.
II tur daha maraqlı keçdi.Bu turda şagirdlərə 4 sual və 4 hökmdar şəkli göstərildi.Onlar hansı sualın hansı hökmdara aid olduğunu tapmalı idilər.Bu tur isə bərabər hesabla başa çatdı.
III turda hər 2 komanda tarixlərə uyğun hadisələri qeyd etməli idi.Bu tur “Sangreal” komandasının qalibiyyəti ilə başa çatdı.
IV turda komandalara 5 bənd və hər bənddə də 5 söz verilmişdi.Komandalar isə hər bənddə artıq olan sözü seçməli idilər.IV turun da qalibi “Sangreal” komandası oldu.
V turda isə şagirdlərə onların düşüncə qabiliyyətlərini yoxlayan suallar verildi.Bu turun qalibi isə “Mavr” komandası oldu.
VI tur komandaların kapitanları arasında keçirildi.Bu turda kapitanlar iştirakçıların köməyi olmadan 8 sualı cavablandırmalı idilər. “Mavr” komandasının kapitanı 8 sualdan 7-i, “Sangreal” komandasının kapitanı isə 8 sualdan 6-ı doğru cavablandırdığı üçün,VI turun qalibi “Mavr” komandası oldu.
Sonda isə ümumi ballar hesablandı. “Breyn-rinq” yarışmasının qalibi “Mavr” komandası elan olundu. |