“Qala” filminə baxış |
|   |
|
|   |
05.01.2010 – cu il tarixində “Ü.T.M. – XXI ƏSR” – də rejissor Şamil Nəcəfzadənin təqdimatında “Qala” filminə baxış keşirildi. Filmin quruluşçu rejissoru Şamil Nəcəfzadədir. Filmin ərsəyə gətirilməsində ssenari müəllifi Şamil Nəcəfzadə, Ramiz Rövşən, quruluşçu operator Kənan Məmmmədov, quruluşcu rəssam Arif Məhərrəmov, Əziz Məmmədov, bəstəkar Cahangir Zülfüqarov, prodüser Xamiz Muradov yaxından iştirak etmişlər.
Filmə baxış açıq elan edildikdən sonra söz filmin rejissoru Şamil Nəcəfzadəyə verildi. O, Azərbaycanda bu filmə artıq 2 dəfə baxış keçirildiyini söylədi. Eyni zamanda Şamil Nəcəfzadəyə qeyd etdi ki, sərhədlərimizdən kənarda da film nümayiş olunmuşdur.
Təqribən saat yarımlıq filmdən sonra “Ü.T.M. – XXI ƏSR” – in direktoru V.Məmmədova film haqqında öz təssüratlarını bölüşdü. Filmin təqdimatında tamaşaçılar arasında “Ü.T.M – XXI ƏSR” – in müəllim və şagirdləri ilə birgə, Akademik Zərifə Əliyeva adına məktəbin və Bakı Avropa liseyinin müəllim və şagird kollektivi də iştirak edirdi.
.jpg) 
|
|   |
06.01.2010 |