12 noyabr 2009-cu il tarixində “Ü.T.M.- XXI ƏSR”-də V-XI siniflər üzdə fənn olimpiadası keçirildi.
Bu olimpiadada şagirdlərimiz çox fəal iştirak etdilər. Azərbaycan bölməsinin şagirdləri daha yüksək nəticələr göstərdilər.
Müxtəlif fənlər üzrə ən yüksək nəticə göstərən şagirdlərimiz dekabr ayının 13-də şəhər olimpiadasında iştirak etmək hüququ qazandılar. Qeyd etmək istəyirəm ki, bu olimpiadaya yalnız VII sinifdən yuxarı şagirdlər qatıla bilərdilər.
Sevindirici haldır ki, şagirdlərimiz şəhər olimpiadasında yüksək yerlər tutdular:
Rzayeva Ləman – 9a – Azərbaycan dili və ədəbiyyat – I yer
Süleymanova Afina – 7a– Azərbaycan dili və ədəbiyyat-I yer
Musayeva Günel – 7a– biologiya-I yer
Hacıyev Adil – 7a– tarix –II yer
Qayıbova Leyla – 9r– tarix-II yer
Müslümova Lamiyə – 7r2 – coğrafiya – III yer.
Şəhər olimpiadasının II turuna IX-XI siniflər qatılacaq.
Mərkəzimizin IX sinif şagirdləri yanvar ayının 10-da bu olimpiadada iştirak etdilər.
Səbirsizliklə onların uğurlu nəticələrini gözləyirik.
Təlim-tərbiyə işləri üzrə direktor müavini L.Kərimova |