Tez-tez darıxırsan? Yalnız yoldaşlarınla ünsiyyətdə olmaq istəyirsən? Amma onlarla da münasibət bağlamaq sənə bəzən çətin olur?
... Əgər belədirsə, onda psixoloqun məsləhətləri yardımçın ola bilər.
Özünü xoşbəxt hiss etmək üçün dostluq sənə vacibdir. Hər bir kəs dostluqda özü üçün nəsə tapır. Kimsə şənlənməyi, kimsə ümumi maraqları, kimsə qarşılıqlı dəstəyi üstün tutur. Demək olar ki, 11-12 yaşından başlayaraq hamının dostu olur. Bəzən dostluq ömür boyu davam edir. Bu gün nə qədər çox dostun olsa, gələcəkdə də onların sayı bir o qədər çox olacaq.
Sevincli anları bölüşdükdə daha gözəl olur, çətin məqamlarda isə dostların dəstəyi adamın köməyinə gəlir. Bu məktəb illərindən başlasa da, istənilən yaşda belə olur.
Dostlar insana özünü daha da yaxından tanımağa, başqalarını daha yaxşı başa düşməyə kömək edir. Sən müxtəlif fikirlərlə tanış olur, öz mövqeyini başqası ilə bölüşürsən.
Unutma ki, əsil dost tapmaq üçün vaxt lazımdır.
Oğlanlar səs-küylü yığıncaqları, zarafatlaşmağı, qızlar isə söhbət edib, öz hisslərini bölüşməyi xoşlayırlar.
Bəziləri bir nəfərlə dostluq etməyi sevir, öz sirrlərini yalnız ona danışırlar.
Dostluq etmək istəyənlərə psixoloq məsləhətləri
· Dostlarına arxalan.
Necə düşünürsən - çoxlu dostu olmaq yaxşıdır, yoxsa cəmi bir-iki nəfərlə dostluq etmək ? Buna yalnız sən özün qərar verməlisən. Ən vacibi odur ki, dostlarına arxalana biləsən.
· Məhz özünə uyğun olan ünsiyyət tərzini tap.
Dostluğu yalnız sözlərlə ifadə etmək vacib deyil. Vaxtında təklif olunan yardım və ya dəstək əvəzolunmazdır.
· Kollektivdə öz yerini tap.
İnsan məhz kollektivdə şəxsiyyətə çevrilir, ünsiyyət qurmağı öyrənir. Ola bilər ki, sən danışmağı bir o qədər də sevmirsən, lakin əgər özünü “çoxdanışanlar” siyahısına aid edirsənsə, bəzən susub başqalarını da dinləsən yaxşı olar.
· Yadda saxla ki, bütün insanlar müxtəlifdir.
Başqalarına diqqət yetirsən insanların çox maraqlı xüsusiyyətlərini görə bilərsən.
Test
1. Birlikdə olarkən özünü onlarla yaxşı hiss etdiyin səkkiz-on nəfər yoldaşın varmı?
2. Çətin vəziyyətdə etibar edə biləcəyin 2-3 dostun varmı?
3. Öz dostuna heç olmasa bir dəfə sirrlərini açmısanmı?
4. Dostlarından kiminləsə bir çox məsələləri müzakirə edə bilərsənmi?
5. Hətta heç bir şey danışmadığın halda belə özünü yoldaşlar arasında rahat hiss edirsənmi?
6. Elə olubmu ki, hansısa dostuna çətin məqamda dəstək olmusan, onu müdafiə etmisən?
Açar: “Bəli” cavablarının sayı üç və ya üçdən çoxdursa, bu sənin yoldaşlarınla yaxşı yola getdiyini göstərir. Əgər üçdən azdırsa, vəziyyəti dəyişmək, münasibətləri yaxşılaşdırmaq üçün öz qarşına məqsəd qoysan yaxşı olar.
Psixoloq Axundzadə Humay |