“One Day in Life” layihəsi |
|   |
|
|   |
İEARN layihəsi dünyanın 120 dən çox ölkəsindən olan uşaqların müxtəlif maraq qrupları vasitəsilə əlaqə qurması üçün bir vasitədir. Keçən tədris ilində bizim şagirdlər “My Name”(“Mənim Adım”)layihəsində iştirak etmişlər. 7A(keçən il 6A) sinif şagirdləri özləri haqda məlumatları ıinformatika dərsində təqdimat kimi hazırlayaraq xarici ölkələrdən olan şagirdlərə göndərmişlər.
Bu tədris ilində İngilis dili müəllimi Gülşən xanım Səmədova şagirdləri Məryam Ədilxanova(6A), Fəridə Fərəcova(6A), Hafizə Abbaszadə(7A) və Günel Musayevanı(7A) “Həyatın bir günü” layihəsində iştirak etməyə ruhlandırmışdır. Şagirdlər həyatlarının bir gününü – 1 Noyabr gününü təsvir etmışlər: onlar məqalələr yazmış, şəkillər çəkmiş və hətta video film təsviri də hazırlamışlar. Onlar həmin günlərini səhərdən axşama kimi: dərsə qədər, dərs vaxtı və dərsdən sonrakı fəaliyyətlərini əks etdirən məlumatlar hazırlamışlar. Məsələn Məryəm Yapon restoranında xalası oğlunun ad günü mərasimi, Faridə öz sevimli məşğuliyyəti – piano çalması , Günel öz qarderobu, Hafizə məktəbdə keçirdiyi bir gün haqda yazaraq öz xarici dostlarına – İEARN saytına göndərmiş və Tayvan, ABŞ, Koreya, Nigeriya, Rumıniya və s. ölkələrdəki həmkarlarından cavablar almışlar. Xarici ölkələrin şagirdləri də öz günləri haqda məlumatlarıç videoları və fotoşəkilləri ilə bölüşmüşlər.
Bu layihə şagirdlərin ingiliscə yazı qabiliyyətlərini inkişaf etdirir, onların dünyagörüşünü genişləndirir və internetlə əlaqə vərdişləri yaradır. İndi bizim şagirdlər gələcək layihələrdə iştirak etməyi həvəslə gözləyirlər. Belə layihələr uşaqları fənn üzrə materialları böyük maraq və həvəslə öyrənməyə cəlb edir.
.jpg) .jpg)
|
|   |
Gülşən Səmədova 18.01.2010 |