Bahar Novruzzadə Vüsalə 4a
Bahar gəlir, yaz gəlir,
Xoş xəbərlər gətitrir:
Böcək xalı toxuyur,
Quşlar nəğmə oxuyur.
Günəş yerə nur saçır,
Ağaclar çiçək açır.
Çiçəklər ətir saçır,
Ətri ürəklər açır.
Göy cəməndə uşaqlar,
Hey qaçır, oynayırlar.
Yorulmaq bilməyirlər,
O mehriban balalar.
Bahar gəlir, yaz gəlir,
Havalar da isinir.
Novruz-bahar bayramı,
Bizləri sevindirir.
ÜRƏYIM VƏTƏN Abbaszadə Xəyal IV a
Babək, Koroğlu tək igidlərin var,
Məmməd Araz kimi şairlərin var.
Vətənə layiqli övladların var,
Ayrılmaz torpağın, cəsarətin var.
Şimallı, cənublu ürəyimdəsən,
Mənim Şəhriyarım, Bəxtiyarım var.
Bölünmüş torpaq tək kədərimdəsən,
Vətənim şeirim tək kaş azad ola.
Yurdunu həmişə gəz qarış-qarış,
Onun milyon rəngli naxışları var.
Görərsən nə qədər gözəllik varmış,
Sən qürurla söylə: Bax, Göygölüm var.
Heydər baba, Kəpəz dağı, Şahdağı,
Mənim Ana Kürüm, Xan Arazım var.
Qarabağ qəlbimdə bir ürək dağı,
Həm kədər, həm sevinc, həm də dərdim var.
Gözləmişəm Mikayılı, Cavidi,
Qurtararam Göycəni, Qarabağı.
Nizamidir, Füzulidir dahisi,
Çox olsa da düşmənləri, xalqım var.
Bəzz qalam var, Qız qalam var, bilirsən.
Dəmir qapı Dərbənd adlı obam var.
İgidlər diyarı, ömrün mənası,
Vətənim görməsin nə boran, nə qar.
Üzeyir, Cavaddır sənin ürəyin,
Heydər Əliyevdir ulu öndərin.
Doğmadır Azıxın-qədim ocağın,
Gözəl Vətən, məni yaşadır bunlar.
Yaralı qartalsan, Sağaldacağam,
Qorxağın üzünü qızardacağam.
Düşmənin çoxdur, mən azaldacağam
Deyəcəm: ürəyim Azərbaycan var.
ANA DİLİM
Musayeva Gülnur 4a
Doğma dili əzizdir,
Bir ana tək insana.
Həm də su tək təmizdir,
Şirindir hər adama.
Bir çağlayan dənizdir,
Ruh verir qana- cana.
Bir oxunan nəğmədir,
Səs salır bu cahana.
Ana dili: bu dildə
Anamız layla deyib,
Ana dili: bu dildə
Atamız –“can!”-söyləyib.
Bu dildə duyulubdur,
Körpələrin xoş səsi.
Bu dildə unudulmur,
Şirin “Ana!” kəlməsi.
Sənsən 4a Nurlan Mirzəyev
Ürəyimdə tək sənsən,
Ömrüm-günüm bircəsən.
Doğmamsan, müqəddəssən,
Sən mənim vətənimsən.
Arzumsan, diləyimsən,
Sən mənim ürəyimsən,
Anam tək gərəyimsən,
Ən böyük dəyərimsən.
Mən hər zaman söylərəm,
Sən olmasan, neylərəm?
Anam, ana vətənim,
Səni abad eylərəm,
Qoymaram heç bir zaman,
Kədər qonsun gözünə.
Dəysin düşmən ayağı,
Torpağına, düzünə.
Qoymaram heç bir zaman,
Xalqımızın vüqarı,
Azərbaycan bayrağı,
Keçsin namərd əlinə.
Hacıyev Rafiq
“Ü.T.M.-XXI ƏSR”, 9A
Əbədi məhkumiyyət
(Hekayə)
Hava küləkli idi.Küləyin səsi insana pis təsir edir və ağacların yarpaqları onun güclü təsirindən tökülürdü.Qəbiristanlıq boş idi.Burada təkcə bir nəfər məzarlardan birinin kənarında oturub,nə edəcəyini bilməz şəkildə qeyri-müəyyən nöqtəyə baxırdı.Məzardakı,sanki,onunla danışırdı.Bu adam gətirdiyi gülləri qəbrin üstünə qoyduqdan sonra nəsə danışmağa başladı.O,bütün olanları xəyalında canlandırdıq -ca gözlərindən yaş damcıları süzülüb qəbrin soyuq mərmərləri üzərinə düşürdü. Bu mənzərə insana hər gün yaşamadığı hissləri yaşadır.Məni bir məsələ düşündü -rürdü. Məzarın başında nəsə danışaraq ağlayan insan ,görəsən,kimdir?
Mən bunu öyrənmək üçün qəbiristanlıqdakı mollalardan birinə yaxınlaşdım. Onlar mənə lazımi məlumatları verdilər.Məlum oldu ki, məzarın yanında duran adam qara torpağın altındakının ən yaxın dostudur.O,həftənin üç günü buraya gəlir.Mən öz marağımı gizlədə bilmirdim.Ona yaxınlaşdım.Yaxınlaşdım ki, suallarıma cavab alım.O,mənim ona tərəf gəldiyimi görüb əlləri ilə yavaşca gözlərinin yaşını sildi və ayaqlarından daş asılmış kimi ağır-ağır ayağa qalxdı.Mən ona yaxınlaşıb salam verdim və öz adımı ərz etdim.O da adını dedi , mən kiminlə danışdığımı öyrəndim.Həmsöhbətimin adı Şamil idi. Məzarın üstündə vəfat etmiş şəxsin adı,doğum və ölüm tarixi yazılmışdı: Məmmədov Rza (1971-1992)
Mən Şamilə bir neçə sual verdim.Bunlardan mənim üçün ən vacibi vəfat edənin onun nəyi olduğunu öyrənmək idi.Söhbət əsnasında mən bu sualıma da cavab tapdım.Məlum oldu ki,onlar yaxın dost olublar.
Şamilə başqa yerdə oturub bu haqda ətraflı söhbət açmasını xahiş etdim.O razılaşdı.Biz qəbiristanlıqdan uzaqlaşdıq.Yolda mən ondan hər gün dostunun məzarını ziyarət etməyinə səbəb olan dostluğun tarixçəsi barədə soruşdum.O,bu barədə danışacağına söz verdi. Sanki,buna görə sevinirdi. Elə bil,illərlə ürəyinin dərinliyində saxladığı sirri deyəcək və rahatlaşacaqdı.
Zaman keçdikcə marağım daha da artır,səbrimə güc gəlirdi.Odur ki,Şamildən əhvalatı nəql etməsini xahiş etdim.O,mənim istəyimlə sözə başladı.Bura qədər olanları sizə çatdırdım.İndi isə buyurun,Şamilin dedikləri ilə tanış olaq.
-Rza mənim ən yaxın dostum idi.Belə ki,biz bir kənddə,bir məhəllədə böyümü-
şük.Gözümüzü açandan,özümüzü tanıyandan bəri yoldaşlıq etmişik.Tez bir zaman- da yoldaşlığımız möhkəm dostluğa çevrildi.Kənd camaatı deyirdi ki,bu uşaqların dostluğu köhnəlməyən dostluğa bənzəyir.Həqiqətən də belə idi. Heç kəsin bizi ayırmağa gücü çatmırdı.Buna cəhd edənləri də cəzasız qoymurduq.
Biz bir az avara, yəni vaxtının çoxunu boş keçirən, başqaları ilə tez-tez zarafat edən uşaqlar idik.Buna baxmayaraq,hər gün dərslərimizə hazırlaşardıq. Xoşbəxtlik dən yaddaşımız da güclü idi.Tapşırıqları icra etdikdən sonra həmişə boş vaxtımız qalırdı.Bu zaman kənd camaatına əlimizdən gələn qədər kömək etməyə çalışırdıq. Odur ki,hamı tərəfindən müəyyən qədər sevilirdik,dəcəlliklərimiz bağışlanılırdı. Kənddə günlərimiz bir-birindən maraqlı,əyləncəli keçirdi.Zaman keçir, yaşımız artırdı.Məktəbi qurtardıq,əvvəlki məzunları yola salan son zəng sədası bizim üçün də son dəfə səsləndi. Məhz bu an biz o qədər qeyri –adi hisslər yaşadıq ki... Təkcə onu deyə bilərəm ki,bu zəngin sonuncu olması bizi çox kədərləndirdi. Bu zəng yenə səslənəcəkdi,başqa şagirdləri sinif otaqlarına yollayacaqdı.Orada onları müəllimləri qarşılayacaqdı.Sinif yoldaşları ilə görüşəcək, söhbətləşəcəkdilər. Beləcə, məktəbli həyatına davam edəcəkdilər.Bizim üçün isə bütün bunlar artıq şirin xatirəyə çevrilirdi.Həyat davam edirdi,bizi mübarizəyə,yeni mərhələlərə səslə yirdi.Məktəbi qurtardıqdan sonra universitetə imtahan verdik və qəbul olunduq. Çətin günlər bundan sonra başlandı.Belə ki,universitetdə oxumaq üçün Bakıya getməli idik.Ona görə də kənd camaatı ilə vidalaşıb şəhərə yollandıq.Biz birinci dəfə idi ki,Bakıya gəlirdik.Odur ki,çox həyəcanlı idik.Kəndə istirahətə gələn bəzi şəhər uşaqlarının dediklərindən yadımda qalanına görə bura çox böyük,yaraşıqlı, maraqlı şəhərdir. Biz də sevinirdik ki, günlərimiz maraqlı keçəcək.
Yerləşdikdən sonra daxil olduğumuz universiteti görməyə getdik.Şəhərdə günlə-
rimiz yavaş-yavaş ötüb keçməyə başladı.Dərslər başladı,kitabxanaların yolunu tanıdıq.Hər şey qaydasında idi.Lakin məni bir məsələ narahat edirdi.O da özünü şəhərli hesab edən bəzi oğlan və qızların bizə olan fərqli münasibəti idi.Mən başa düşmürdüm ki,kəndli ilə şəhərli arasında fərq nədədir? Ümumiyyətlə,bu fərq nə üçün qoyulur?Axı,hər ikisi insandır.Amma bunu bəziləri başa düşmür.Onlar elə zənn edirlər ki,kənddən gələn cahil olur,geridəqalmış olur.Amma bilmirlər ki, əsl cahil elə özləridir.Mən onları günahlandıra bilmirdim.Çünki günah onlarda yox,bu fikri cəmiyyətin beyninə yerləşdirənlərdə idi.Əgər bu barədə danışmağa başlasam, mətləbdən uzaqlaşmış olaram.Bircə o,yadımdadır ki,bu məsələyə görə şəhər uşaqları ilə tez-tez mübahisə edərdik. Mübahisəyə başlayan çox vaxt dostum Rza olurdu.Çünki onu tez əsəbləşdirib,özündən çıxarmaq olurdu.Həm də o,heç kəsə güzəştə getməyi bacarmırdı.Onun mübahisələrində bəzən sakitləşdirici mövqe tutar,bəzən isə ondan daha çox coşardım.Bu mübahisələr əlbəyaxa dava ilə də nəticələnərdi.
Şəhərdə xərcimiz çox çıxırdı.Təbii ki,bunu kənddə yaşayan valideynlərimiz ödəmək iqtidarında deyildi.Biz özümüzə iş axtarmağa başladıq.Lakin iş tapmağın bu qədər çətin olacağını təsəvvür etməmişdik...
Nəhayət,bir müddət sonra iş tapa bildik.İkimiz də ayrı-ayrı anbarlarda gözətçi olaraq işə başladıq.Bir ay işlədik,günlərimiz sakit keçirdi.Belə ki,səhər universitetə gedir,axşam da anbarda gözətçi vəzifəsini icra edirdik.Günlərimiz bir az ağır keçsə də öhdəsindən gələ bilirdik.Qazandığımız pul da bizə kifayət edirdi.
Bir gün dostum Rzanın başına çox pis bir hadısə gəldi.Ona şər atdılar.Növbədə olduğu gecə anbardan mallar oğurlanmış,Rza da bu şəraitdə ən şübhəli şəxs olmuş- du.O dövrdə kameralar olmadığından oğrunu rahatca müəyyən etmək olmurdu.
Polislər şübhəli şəxs qismində onu həbs etdilər.Bir müddət sonra bu hadisə tələbələr arasında müxtəlif cür şərh edilməyə başlandı.Mən isə onun günahsız olduğundan əmin idim.Çünki o,heç vaxt belə bir iş tutmaz, harama əl atmazdı.Rza-
nın düşdüyü vəziyyəti görürdüm və kömək edə bilməməyim məni mənən məhv edirdi.Hadisə baş verəndən bir neçə gün sonra polis idarəsinə getdim,anbarın oğurlanmasında iştirak etdiyimi bildirdim.Məni sorğu-suala çəkəndən sonra əllərimi qandallayıb,həbsxanaya aparmaq üçün polis maşınına mindirdilər.
Artıq Rzanı azad etmişdilər.O,məni görəndə azad olunmağının səbəbini anladı və var gücü ilə qışqırdı:
-O,günahkar deyil! O,günahkar deyil!
Rzaya qulaq asan olmadı.Tez mənim yanıma qaçdı.Nə üçün belə hərəkət etdiyimi soruşdu.Öz əllərimlə həyatımı məhv etdiyimi söylədi.
Mən isə o,həmişə məni üzümdə təbəssümlə xatırlasın deyə gülümsədim. Bir də ona görə gülümsədim ki,o,peşman olmadığımı hiss etsin.“Sağ ol,dostum”-deyib vidalaşdım.Rza yerində donub qalmışdı.Polis maşını getdikcə uzaqlaşırdı.
Biz həbsxanaya gəlib çatdıq.Polislər məni maşından düşürüb təhvil verdilər.Bir neçə sənədləşdirmə işi aparıldıqdan sonra məni qazamata saldılar.Burada insanı vahimə bürüyürdü.Belə ki,kamera alaqaranlıq,divarlar nəmli,çarpayının dəmirləri paslanmış,yorğan-döşək isə,sanki,üç ildir ki dəyişdirilməmiş vəziyyətdə idi.Mən əl-üzümü yumaq istədim.Amma su gəlmirdi.Su kranının ətrafında koratan tor salmışdı.Bu da o demək idi ki,burada su da olmur.Burada keçən hər anım məni çox kədərləndirirdi.
Günlər yavaş-yavaş keçməyə başlayırdı.Əvvəllər hər keçən gün mənə bir il qədər uzun gəlirdi.Zaman keçdikcə mən buraya öyrəşməyə başladım.Anlayırdım ki,nə qə dər ağır olsa da buraya öyrəşməkdən başqa çarə yoxdur.Bəzən də səbrim tükənirdi. Günlər isə keçmək bilmirdi.Sanki buradakı bir günüm azadlıqda keçirdiyim bir ilə bərabər idi.Hər gün kiçik pəncərənin qabağında dayanıb fikirləşirdim ki, azadlıq ne cə də şirin və gözəl nemət imiş.Əgər insan rahatlıqla təmz havada ciyər dolusu nə fəs alırsa,heç kəsin əmrinə boyun əymədən düşündüklərini söyləyirsə, deməli, xoş- bəxtdir.Bu xoşbəxtliyi dərk etməyənlərin,nəfsinə uyub onu dəyərləndirməyənlərin axırı isə ya qazamat,ya qara torpaq,ya da itin belə dayanmayacağı yerlərdir.
Mən günahsız idim.Bunu bildiyim üçün ən ali məhkəmənin-vicdanımın qarşı-
sında alnıaçıq,üzüağ idim.Dostum da müqəssir deyildi.Mən onun üçün burada idim. Odur ki, peşman deyildim.
Valideynlərim kənddə yaşadıqlarından,əldən-ayaqdan düşmüş xəstə qocalar olduqlarından,həm də imkanları olmadığından şəhərə gələ bilmirdilər.Rza isə hər həftə sonu ziyarətimə gələrdi.Hər gəlişində mənə vicdan əzabı çəkdiyini bildirirdi.
Mən isə ona təsəlli verməyə çalışır, “buraya mən öz istəyimlə girmişəm”deyirdim.
Bir gün səhər yenə həmin alaqaranlıq,rütubətli otaqda oyandım.Yerimdən qalxıb paltarımı geyindim.Bu vaxt qapı açıldı və bir polis içəri daxil olub azad olunduğu-
mu bildirdi. O an keçirdiyim hissləri həbsxana həyatı yaşamayanlar təsəvvür edə bilməz.Sanki,dünyanın ən xoşbəxt adamı olmuşdum.Başımı qaldırıb mənə həyatımın ən xoş xəbərini gətirən polisin üzünə baxdım,təşəkkür etmək istədim.Lakin onun üzündə heç bir ifadə yox idi. Həmişəki kimi soyuq baxışlı və laqeyd idi.Biganəlik,sanki, onun həyat tərzi idi. Polisdən azad olunduğumun səbəbini soruşdum.Eyni soyuqqanlılıqla oğrunun tapıldığını bildirdi.
Mən paltarlarımı çantama yığdım.Getməzdən əvvəl həbsxanadakı insanlarla sağollaşdım. Bilirdim ki,burada mənim kimi günahsız insanlar da var...
Həbsxanadan çıxdım və azadlığın qoxusunu içimə çəkdim.Sonra isə bir taksiyə oturdum,kirayə qaldığım evin ünvanını söyləyib məni oraya aparmasını xahiş etdm.Evə çatdım,qapının zəngini çaldım,açan olmadı.Rzanın universitetdə olduğunu düşünüb pilləkənlərlə aşağı enmək istəyirdim ki,qonşumuz Əli dayı ilə rastlaşdım.O,Rzanın kəndə getdiyini söylədi.Səbəbini soruşduqda isə bu gün səhər yaxın adamının rəhmətə getdiyini söylədi. Bu xəbəri eşidən kimi tez avtovağzala gedib,cibimdəki pullara bilet aldım.Axşam kəndə çatdım.Evimizə gələndə gördüm ki,həyətdə böyük bir çadır qurulub.Anamı,bacılarımı,Rzanı orada gördüm. Öyrəndim ki,vəfat edən atamdır.O,məhz bu gün-mənim azadlığa qovuşduğum gün dünyasını dəyişmişdi.Ürəyim sancdı,dizlərim əsdi,gözlərim qaraldı.Yıxılmamaq üçün divara söykəndim.Həyat nə qədər də amansız və qəddar imiş.Belə ki,insan bir gündə həm xoşbəxt,həm də bədbəxt ola bilərmiş...Mən bir gün ərzində bu hissləri yaşadım... Kaş məni dünən azad edəydilər...Kaş bir neçə saat əvvəl kəndə gəlib çata biləydim...Kaş...Kaş....Kaş...
Atamın yas mərasiminə gələnərin sayı çox olduğundan ikinci bir çadır da qurduq.Kənd camaatının ona böyük hörməti vardı.Hamıya yaxşılıq etmiş,dərdlərinə şərik olmuşdu.
Onun vəfatından qırx gün sonra yenidən şəhərə qayıtdıq.Universitetdəki işlərimzi həll etdik.Günahsız olduğum üçün universitetə bərpa olunmağım mümkün oldu.
İsti yay günü idi.Biz diplomlarımızı aldıq.Sevindik.Sevindik ki,əlimizdə diplom kəndə qayıdırıq. Mənim sevincimə isə kədər kölgə salmışdı.Çünki həyatda hər şeydən çox məhz ali təhsilli həkim olmağımı arzulayan insan-atam mənim universiteti bitirdiyimi,diplom aldığımı görə bilmədi.Həyat mənə ona məzun olduğumu söyləmək xoşbəxtliyini qismət etmədi.
Kəndə qayıtdıq.Bizi sevinclə,hörmətlə qarşıladılar.Həkimlik oxumuşduq. Kəndi-
mizdə isə yaxşı həkim yox idi.Bizim həkim olmağımızın əsas səbəbi də elə bu idi.
Zaman keçdi.Məktəbi bitirdiyimiz il universitetə girmişdik,əsgərlik sonraya qalmışdı.İndi əldə silah vətənə xidmət edəcəyimiz günü gözləyirdik ki,Qarabağ müharibəsi başlandı.Erməni qəsbkarları torpaqlarımızı işğal edir,kəndləri,şəhərləri dağıdır,insanları diri-diri yandırır,olmazın vəhşiliklər törədirdilər.Odur ki,könüllü olaraq hərbi komissarlığa gəlib qeydiyyatdan keçdik,məlumatlandırıldıq,yerimizi tanıdıq və döyüş meydanına atıldıq.
Rza və mən kəşfiyyat qrupunun tərkibində idik.Biz hər gecə növbə ilə ərazini yoxlayırdıq.Bir gün yenə gecənin səssizliyini dinləyərək ətrafı gözdən keçirirdim.Hava da dumanlı idi. Bu vaxt Rza yanımda yox idi. Onu digər tərəfi yoxlamaq üçüm göndərmişdilər.
Birdən nə isə səs eşitdim və düşmən olduğunu düşündüm.Mən yanılmamışdım. Elə həmin an ağacların arasından əlisilahlı düşmən çıxdı.Ona macal vermədən güllələri yağış kimi boşaltmağa başladım.Mən onu vurduqdan sonra tək olmadığını düşünərək güllələri sağa-sola yağdırırdım.Dumandan heç nə aydın görünmürdü. Mən sərrast atıcı olmadığımdan güllələrdən biri Rzaya tuş gəlmişdi.Onun belə tez qayıdacağını gözləmirdim.Yaralanmış vəziyyətdə məni səsləyəndə gözlərim qaraldı,dizlərim əsdi. Ayaqlarımdan daş asılsa da son qüvvəmi toplayıb onun yanına qaçdım. Dostum can verirdi.Ondan məni bağışlamasını dilədim.Gözləri yumuldu,mənə bir söz deməyə macal tapmadan canını tapşırdı.
Beləliklə,ən yaxın dostum əllərimdə,gözlərimin qabağında,mənim atdığım güllə ilə canını tapşırdı.Mən o gündən bəri vicdan əzabı çəkirəm .Odur ki,tez-tez onun məzarını ziyarət edirəm.Həmin gündən etibarən mənim azadlığıma son qoyuldu.Bu bədbəxt təsadüf mənim ömürlük cəzama,azadlığımın sonuna,əbədi məhkumiyyəti-mə çevrildi.
|