Fevralın 19-dan martın 1-nə qədər “Ü.T.M – XXI Əsr”də Azərbaycan dili dekadası keçirildi. Dekada müddətində Azərbaycan dili kafedrasının bütün şagirdlər və müəllimləri yaxından iştirak etdi.
Dekada başlamamışdan bir gün öncə Azərbaycan dilinə, Azərbaycan şairlərinə, yazıçılarına həsr edilmiş şüarlar və divar qəzetləri asıldı.
Dekada çərçivəsində Azərbaycan dili və ədəbiyyat müəllimi Nəcəfova Ayşən və İmanova Nigar tərəfindən 7A və 3R1 siniflərində açıq dərslər keçirildi. 7A sinfində açıq dərs ədəbiyyatdan, 3R1 sinfində isə Azərbaycan dilindən idi. Hər iki dərs “Mimio” proqramı ilə keçirilmişdir.
Sonra isə VI,VII,VIII və IX sinif şagirdlərindən ibarət 4 komandanın iştirakı ilə Breyn-rinq keçirildi. Breyn –rinqin sualları həm Azərbaycan dilindən, həm də ədəbiyyat fənnindən idi. I turda “Liderlər” və “Aristokratlar”, II turda isə “İstedadlar” və “Avatar” komandaları yarışdı. Finalda iki turda qalib gələn “İstedadlar” və “Avatar” komandası görüşdü. Qalib gələn komanda isə “Avatar” komandası oldu. Breyn – rinqin sonunda münsiflər heyətinin sədri və Təlim – tərbiyə işləri üzrə direktor müavini Lümunət xanım Kərimova müsabiqəyə öz münasibətini bildirdi və qalibləri təbrik etdi.
Dekadanın digər günü 4A və 5A sinif şagirdləri arasında şeir müsabiqəsi keçirildi. Şer müsabiqəsində yalnız Azərbaycan dilinə həsr olunmuş şeirlər eşidildi. Müsabiqənin qalibi öz yazdığı “Ana dili” adlı şeirlə çıxış edən Musayeva Gülnur oldu.
Digər bir tədbir isə 4A sinfində keçirildi. Belə ki, 4 komanda- “Dilimiz birliyimizdir”, “Atalar sözü hikmətdir”, “Dilimiz sərvətimizdir”, “Dil ürəyin açarıdır” şəklində bölünmüş 4A sinfinin şagirdləri bildikləri atalar sözlərinə görə yarışdılar. Müsabiqə zamanı onların şifahi xalq ədəbiyyatına olan maraqları özünü büruzə verdi. Qalib “Dilimiz sərvətimizdir ” komandası oldu.
Bir sözlə, dekada çərçivəsində hər kəs bir daha doğma dilimizin nə qədər qədim, dərin köklərə malik olduğunun, dövlətçiliyimizin ayrılmaz atributu olduğunun və bu dilin hansı möcüzələr yaratdığının şahidi oldular.
.jpg)
.jpg) .jpg)
.jpg) .jpg)
.jpg)  |