Fevral ayının 26-sı Xocalı faciəsi şəhidləri “Ü.T.M – XXI Əsr”də də yad edildi. Tədbir başlayanda erməni qəsbkarlarının törətdikləri faciəni əks etdirən video süjet göstərildi. Video süjetdən sonra Mərkəzin tarix müəllimi Zümrüd xanım Yüzbaşiyeva faciə haqqında, erməni faşistlərinin törətdikləri cinayətlər və xalqımaza qarşı törədilən soyqırım aktı barədə danışdı.
Tədbirdə Xocalı faciəsinə həsr edilmiş “Zəngulə” əsərinin müəllifi Nüşabə Məmmədova və Firudin bəy Köçərli adına uşaq kitabxanasının nümayəndələri iştirak edirdi. Nüşabə xanım Xocalı dəhşətlərini bədii şəkildə əks etdirdiyi əsəri haqqında danışdı. Əsər eməni qəsbkarlarının Xocalı şəhərində xalqımızın başına gətirdiyi bəlaları gələcək nəslə təlqin etmək üçün ən gözəl vəsaitdir.
Tədbirdə Firudin bəy Köçərli adına uşaq kitabxanasının direktoru Fizurə xanım da çıxış etdi. O da 20 faiz torpaqlarımızı işğal etmiş, bir milyondan artıq soydaşımızı didərgin salmış, eyni zamanda Xocalı faciəsini törətmiş ermənilərin vəhşiliklərinin sonsuz olduğunu vurğuladı.
Şagirdlər Xocalı faciəsinə həsr edilmiş şeirlər söylədilər.
Mərkəzin direktoru Vəfa xanım Məmmədova öz çıxışında faciənin xalqımızın həyatında, qan yaddaşımızda silinməz və olduqca ağrılı izlər qoyduğu haqqında danışdı. Vəfa xanım bildirdi ki, gələcək nəslin nümayəndələri bu faciə haqqında dərin biliklərə sahib olmalı və Xocalı dəhşətlərini dünya ictimayətinə çatdırmaq üçün əllərindən gələni əsirgəməməlidirlər.
.jpg) .jpg)
.jpg) .jpg) |