Mərkəzimizin şagirdlərinin sinifdənxaric həyatları zəngindir. Şagirdlər müxtəlif layihələrdə fəaliyyət göstərir və maraqlı tədbirlərdə iştirak edirlər.
11 mart 2010 tarixində mərkəzimizin 5a, 6a, 6r və 7a şagirdləri Britaniya Şurası tərəfindən təşkil edilmiş və Bakı Slavyan Universitetində keçirilmiş tədbirdə iştirak etmişlər. “Qapalı Qapı” adlı interaktiv teatr üslubunda tamaşa forum teatr üzrə mütəxəssis Carin Chapman tərəfindən hazırlanmış və rejissor Tərlan Baxşəliyev tərəfindən quruluş verilmişdir.
Tamaşa avtomobil qəzasında görmə qabiliyyətini itirmiş
gənc qızın ailədə və çevrəsində qarşılaşdığı problemləri həll etməyə çalışarkən üzləşdiyi çətinliklərdən bəhs edirdi. Tamaşanin orijinallığı tamaşaçıların ıştırakçıya çevrilməsi və öz çıxış yollarını təqdim etməsində idi.
Mərkəzimizin şagirdləri Əliyeva Gülxanım və Əsgərli İlkanə də öz həll variantları ilə çıxış etdilər. Şagirdlərimizin heç biri biganə qalmayaraq tamaşaya böyük maraq göstərdilər. Bu onların iştirakçısı olduğu ilk interaktiv tamaşa olduğundan
tərəflərindən çox böyük həyəcanla izləndi.
Belə bir tədbirin hazırlanmasına görə Britaniya Şurasına və tamaşada şagirdlərimizin iştirakını təşkil etdiyinə görə
Mərkəzin rəhbərliyinə təşəkkürümüzü bildiririk.
 
|