Coğrafiya həftəsi ərzində kafedramıza daxil olan tarix və coğrafiya fənnini tədris edən rus və azərbaycan bölməsi müəllimləri tərəfindən açıq dərslər,müxtəlif viktorinalar keçirilmişdir.Bununla yanaşı tarix və coğrafiya elminin müxtəlif dövrlərində baş vermiş hadisələrini özündə əks etdirən maraqlı səhnəciklər hazırlanmışdır.Bütün tədbirlərdə şagirdlərimiz böyük həvəs və məsuliyyətlə iştirak etmişlər.
Coğrafiya elminin inkişaf mərhələləri
Bu səhnəcik coğrafi fikirlərin inkişaf mərhələlərindən bəhs edir.
İbtidai təsəvvürlər dövrü-bu dövrdə qədim xalqların-babil,şumerlərin yer haqqında ilkin təsəvvürlərindən danışılır,onların yerin necə təsvir etdiklərinə dair müxtəlif görüntülər təqdim olunur.Daha sonra bu dövrdə Coğrafiya elminə böyük tövhə vermiş şəxsiyyətlərdən –Eratosfen,Ptolomey,Strabon,Aristotel haqqında danışılaraq onların tərtib etdikləri ilk xəritələr şagirdlərə təqdim olunur.
Orta əsrlər dövrü-bu mərhələdə teleskopun,qlobusun yaradılmasından,vikinqlərin ilk olaraq Amerika qitəsinə səyahətlərindən bəhs olunur.Nəsirəddin Tusinin yaratdığı ilk teleskop və Şamaxı rəsədxanası haqqında ətraflı məlumat verilir.
Böyük coğrafi kəşflər dövrü-bu mərhələdə ilk olaraq Xristofor Kolumbun,daha sonra isə Ameriqo Vespuççinin Amerika qitəsini kəşf etmələrindən,Hindistana gedən dəniz yolunu axtaran və müəyyən edən Vasqo da Qamanın səyahətlərindən bəhs olunur və onların səyahətlərinə dair maraqlı görüntülər təqdim olunur.
Müasir dövr-coğrafi fikirlərin inkişfında sonuncu mərhələ olan bu mərhələdə daha çox qalaktika, planetlərin kəşfi, onlar haqqında əvvəllər insanlara məlum olmayan daha dəqiq və ətraflı məlumatın əldə olunması ilə fərqlənir.
Səhnəciyin hazırlanmasında həm azərbaycan,həm də rus bölməsinin müəllim və şagird kollektivi iştirak etmişdir, belə ki 6r, 7r1, 7r2, 5a, 6a, 7a.
 
 
 
 
|