Bizim Mərkəzin hər bir şagirdi təkrarolunmaz və unikal olmaqla sevgiyə və diqqətə layiqdir. Müəllimlərin qarşısında şagirdlərin istedad və qabiliyyətlərini üzə çıxarmaq, idrak və inkişaf yollarını seçərkən onları doğru istiqamətə yönəltmək kimi mühüm vəzifələr durur. Bizim Ümumtəhsil Mərkəzinin ən dəyərli sərvəti uşaq, müəllim və biliklərdir.
Biz bəşəri dəyərləri, dünya mədəniyyətini mənimsəmə prosesində uşaqların fitri istedad və imkanlarına uyğun inkişafında onlara kömək etmək istəyirik.
Mərkəzimizdə elmlərin əsaslı şəkildə dərindən öyrənilməsi, şagirdlərə klassik hərtərəfli təhsil almaq üçün şərait yaradılmışdır.
Şagirdlərdə çətin vəziyyətlərdə doğru qərar qəbul etmək, yaradıcı və tənqidi düşünmək qabiliyyətini inkişaf etdirmək üçün Mərkəzimizdə müxtəlif tədbirlər keçirilir, sağlam həyat tərzi sürməyə imkan verən vərdişlər inkişaf etdirilir.
Şagirdləri müstəqil, məsuliyyətli, əməksevər, xeyirxah olmağa, başqalarına hörmət etməyi öyrədir, uşaqlarda şəxsi ləyaqət hissini tərbiyə edirik.
Ənənəvi dəyərlərə və müasir pedaqoji metodlara əsaslanaraq Mərkəzimizin müəllimləri şagirdləri məktəbi bitirdikdən sonra hər gün yeniləşən dünyamızın tələblərinə cavab vermək üçün hazır olmağa öyrədir, onların təbii inkişafına təkan verən, fəaliyyətini stimullaşdıran əlverişli təhsil mühiti yaradırlar.