İbtidai təhsil |
|   |
|
|   |
 “XXI Əsr” məktəbi sürətlə inkişaf edən özəl təhsil müəssisələrindən biridir. Burada ibtidai təhsil kompleksi ayrıca binada yerləşir.
Təhsil sistemi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qəbul olunmuş proqram əsasında qurulmuşdur. Burada həmçinin Rusiyanın müasir təhsil metodlarından da istifadə olunur.
Tədris Azərbaycan və rus dillərində aparılır. Ana dilindən başqa şagirdlər ingilis dilini də dərindən öyrənirlər.
Fənlər iki sahəyə bölünür: elmi və texniki. Elmi sahə şagirdlərə elmin əsaslarını mənimsəməyə, psixi və fiziki sağlamlığı möhkəmləndirməyə şərait yaradır. Bunun üçün riyaziyyat, dillər, informatika, həyat bilgisi, bədən tərbiyəsi kimi fənlər təklif olunur.
Texniki sahə şagirdlərin maraq və qabiliyyətlərinin üzə çıxarılmasına xidmət edir.
Texnologiya tədris fənlərinin praktiki hissəsi kimi tətbiq olunur. Bundan başqa texnologiya biliyin ve insan fəaliyyətinin texnoloji sahəsi olaraq ayrıca fənn kimi tədris planina daxil edilmişdir. Hazirliq qruplarından başlayaraq “Texnologiya -İntellekt” və “Əmək təliminin texnologiyası” öyrədilir.Məktəb fənlərinin tədrisində “İntellektin texnologiyaları”nın tətbiq olunması üzrə böyük işlər görülür.
Nohur, çay, göl, dəniz – bunlardan hansı digərlərinə uyğun gəlmir? Görəsən, böyüklər 6-7 yaşlarında bu haqda düşünmüşlər mi?
Amma bizim şagirdlərin məntiqi cəhətdən əsaslandırılmış bir neçə cavab variantı olur. Bu cür fəaliyyətin nəticələri göz qabağındadır.
İbtidai məktəbimiz hər il keçirilən beynəlxalq “İntellekT” olimpiadasının daimi iştirakçısıdır. |
|   |
14.12.2007 |