Ü.T.M. – “XXI Əsr” bütöv gün ərzində fəaliyyət göstərir.
Məktəbdə günün ikinci yarısı elə təşkil olunmuşdur ki, şagirdlərin asudə vaxtı səmərəli, faydalı keçsin və hər bir şagird öz zövqünə, bacarığına, istedadına uyğun məşğuliyyət tapsın.
Məktəbimizin məqsədi yaşından asılı olmayaraq hər bir uşağın yaradıcı potensialını üzə çıxarmaq və inkişaf etdirməkdir. Bu məqsədə nail olmaq üçün müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Onlar yaradıcı şəxsiyyətin formalaşmasına və şagirdlərin təfəkkürünün inkişafına şərait yaradan məqsədyönlü müxtəlif tədbirlər keçirirlər.
Ü.T.M. – “XXI Əsr”-də müxtəlif ixtisaslaşdırılmış kurslar fəaliyyət göstərir. Bu kursların məqsədi şagirdlərin asudə vaxtını səmərəli təşkil etməklə, onların əlavə təhsil almalarına əlverişli şərait yaratmaqdır. Əlavə təhsil üzrə aşağıdakı ixtisas kursları fəaliyyət göstərir:
Estetik yönümlü kurslar:
- Xor
- Vokal
- Müasir rəqs studiyası
- Milli rəqs
- “Sehrli fırça”
- “Modelləşdirmə və konstruksiya”
İdman kursları:
Karate
- Şahmat
- Üzgüçülük
Dil kursları:
Məktəbdə “Biz birlikdəyik” klubu da fəaliyyət göstərir.
Tədris ili boyunca şagirdlər müəllimlərlə birgə konsertlər, səhnəciklər, bədii gecələr, viktorinalar, sərgilər təşkil edir, divar qəzetləri hazırlayırlar.
"Müəllim günü”, “8 Mart Qadınlar bayramı”, “Yeni il”, “Novruz bayramı” və bu kimi digər bayramlara həsr olunmuş tədbirlərdə iştirak etmək şagirdlərdə milli dəyərlərimizə hörmət, dostluq, birlik, qayğıkeşlik, məsuliyyət hissləri tərbiyə edir. Birinci dəfə səhnəyə qədəm qoyan uşaqlar ilk dəfə tamaşaçılarla ünsiyyət qurmaq bacarığını üzə çıxarırlar. Bu təəssürat, bu həyəcan onların qəlbində parlaq iz buraxır .
Şagirdlərimiz doğma vətənimizin tarixini yalnız tarix dərslərində deyil, həm də tarixi günlərdə muzeylərə ekskursiyaların təşkili ilə, tarixi abidələrin yad edilməsi ilə, bədii və sənədli filmlərin izlənilməsi ilə öyrənirlər.
Vətənimizin müstəqilliyi və azadlığı uğrunda canını qurban verən şəhidlərimizin ruhunu yad etmək üçün məktəblilər “Şəhidlər Xiyabanı”nı ziyarət edirlər. Qarabağ müharibəsinin canlı şahidləri tarixi günlərdə məktəbdə keçirilən tədbirlərə dəvət olunurlar.
|