“Ü. T. M.-XXI Əsr ”-in təlim modeli
 Təlim-tərbiyə prosesinin mərkəzində şagirdin şəxsiyyəti durmalıdır. Təlim-tərbiyə işi şagirdlərin maraqlarını, meyllərini, yaş xüsusiyyətlərini və məktəbin ənənələrini nəzərə almaqla təhsil vasitələrinin, metodlarının və formalarının pedaqoji cəhətdən əsaslandırılmış seçimi üzərində qurulmalıdır.
Modelin əsasında Azərbaycanda təhsil prosesinin əsasını təşkil edən islahat prinsipləri (demokratikləşdirmə, humanistləşdirmə, differensiallaşdırma, fərdiləşdirmə, inteqrasiya və humanitarlaşdırma prinsipləri), eləcədə effektiv təlim-tərbiyə prosesinin formalaşdırılmasına müasir yanaşmaları əks etdirən prinsiplər dayanır.
Təlim-tərbiyə prosesi dövlət tədris planı və proqramları ilə yanaşı məktəb tərəfindən təyin olunmuş inkişafetdirici və differensiallaşdırılmış proqramlar əsasında təşkil olunur.
Tədris proqramı məzmununa görə 2 dövrəyə bölünür: əsas və inkişafetdirici. Əsas dövrün fənləri günün birinci yarısında, inkişafetdirici dövrün fənləri günün ikinci yarısında tədris olunur.
Əsas təhsilə dövlət bazis tədris planına daxil olan fənlər—ana dili, rus dili, ədəbiyyat, xarici dil, riyaziyyat, tarix, fizika, kimya, biologiya, coğrafiya, informatika, təsviri incəsənət, musiqi, fiziki tərbiyə fənləri aiddir.
Tədris planına, həmçinin “Dünya mədəniyyəti tarixi”, “İntellektin inkişafı texnologiyası kimi ” kimi məktəb komponentini təşkil edən fənlər daxil edilmişdir. Bundan əlavə 10-11 siniflərdə tədris prosesi şagirdlər tərəfindən seçilmiş ali məktəblərə qəbul proqramlarına əsaslanan ixtisaslaşdırılmış təlim üzərində qurulur.
Yetkinlik dövründə təlim fəaliyyətini müstəqil qurma qabiliyyətinə malik olan şagird formalaşır. Digər şagirdlərlə əməkdaşlıq, müxtəlif layihələr çərçivəsində fəaliyyət və məktəb həyatında iştirak şagirdlər üçün çox böyük əhəmiyyət kəsb edir.
Yetkinlik dövründə şagirdlər ictimai əhəmiyyət kəsb edən fəaliyyətlərlə məşğul olmaqla müxtəlif kollektivlərdə ünsiyyət qurmaq bacarığına yeyələnirlər. Bu mərhələdə onlarda praktik dərketmə - şəxsi davranışı və bacarıqları adekvat qiymətləndirmə prosesi baş verir.
Tədqiqatçılıq qabiliyyətlərinin elementlərinə yiyələnmək, tədris fəaliyyətində müstəqil işi təşkil etmək əsas təhsilin mühüm məsələlərindəndir. Məktəb qabaqcıl universitetlərlə sıx əməkdaşlıq edir. Vaxtaşarı şagirdlər üçün bu universitetlərinin laboratoriyalarında təcrübə keşmək imkanı yaradılır. Yuxarı siniflərdə dərslər informasiya ilə müstəqil işləmə, mühazirələr, seminarlar və konsultasiya formalarında təşkil edilir.
Qabiliyyətlərinin səviyyəsinə uyğun olaraq şagirdlərin differansiasiyasını, eləcə də onların nailiyyətlərini yüksəltmələri üçün stimüllaşdırmanı təmin etmək məqsədi ilə hər bir tədris proqamı 3 səviyyəyə (modula) ayrılır: minimal (III), tam(II), və zənginləşdirilmiş (I).
Təlimin modul-blok şəklində təşkili bilavasitə təhsilin differensasiyasına fərdiləşdirilməsinə yönəldilmişdir ki, bu da tədrisin və öyrətmənin məhsuldarlığını artırır. Təlimin bu formasının çevikliyi ondadır ki, bir qrupdan digərinə keçidə imkan verilir. Nəticədə müxtəlif zaman müddətində olsa da bütün qruplar mütləq qaydada zəruri təhsil standartlarını yerinə yetirirlər.Bununla da uşaqlar eyni zamanda bərabər ümumi və fərdiləşdirilmiş təhsil almaq imkanı qazanırlar.
Tədris ili 2 semestrə bölünür. Hər semestrin sonunda 5-11 sinif şagirdləri baza proqramı əsasında test imtahanları verir. Həmçinin hər ilin aprel ayında şagirdlər əsas fənlər üzrə attestasiyadan keçirlir. |