Lomonosov məktəbi
Moskva ş., Rusiya Federasiyası
Lomonosov məktəbi (LM) Moskva şəhərinin ən qocaman və qabaqcıl məktəbidir. Məktəb Rusiya təhsilinin klassik ənənələrini və müasir təhsil texnologiyasını özündə birləşdirir. Məktəbin əsas xüsusiyyəti "İntellekT" kursudur ki, bu da Lomonosov məktəbinin elmi rəhbəri professor M.A.Ziqanov tərəfindən işlənilmişdir. Kursun müəllifi IBS (Cambridge, İngiltərə) medalı ilə təltif edilmiş və Kembric Bioqrafik Mərkəzi tərəfindən XX əsrin ən qabaqcıl alimləri siyahısına salınmışdır. “Ü.T.M – XXI Əsr” "İntellekT" texnologiyasının tətbiqi sahəsində Lomonosov məktəbi ilə əməkdaşlıq edir və Azərbaycanda bu proqramın rəsmi distebüteridir.
www.lomon.ru
“Maksima” gimnaziyası
Riqa ş., Latviya
1994 ilin yanvarında yaradılmışdır (Latviya Respublikası Təhsil Nazirliyinin lisenziyası ilə). Bu qeyri-hökumət təhsil ocağına uşaq bağçası da daxildir. Tədris prosesinin təkmilləşdirilməsi sahəsində böyük işlər görülür. Həm də öz məzunlarını beynəlxalq ali məktəblərə hazırlayır. Gimnaziyanın şagirdləri rayon, respublika və beynəlxalq olimpiadalarda və müsabiqələrdə müvəffəqiyyətlə iştirak edirlər. Təhsil mərkəzləri arasında möhkəm partnyorluq əlaqələri yaradalmışdır. “XXI-Əsr” Ümumtəhsil Mərkəzinin şagirdləri 2007-ci ildə Riqada Beynəlxalq “İntellekT” Olimpiadasında iştirak etmişlər.
www.maksima-edu.lv
Prezident məktəbi
Moskva ş., Rusiya Federasiyası
Prezident məktəbi təhsil müəssəsi (2004-cü ilə qədər Rasional Oxu Məktəbi) çap olunmuş məlumatın sürətli təhlili və hafizənin produktivliyinin yüksəldilməsi problemləri ilə məşğuldur. Bu proqramların məqsədi dinləyicilərə minimal vaxt və əmək sərf edərək tədris mətnlərindən və xüsusi mətnlərdən maksimum məlumatlar almağı öyrətməkdir. Prezident məktəbinin kursu Avropa Hüquq Universiteti tərəfindən rekomendasiya edilmişdir. Lomonosov adına Moskva Dövlət Universiteti nəzdində daimi şöbə fəaliyyət göstərir. Elmi və metodik ekspertiza proqramlarını Elmlər Akademiyasının psixologiya İnstitutu, Tibb Elmləri Akademiyasının normal fizioloji institutu və digər bir qrup müstəqil alim və müəllimlər aparırlar. “XXI-Əsr” Ümumtəhsil Mərkəzi artıq uzun müddətdir ki, Prezident məktəbi ilə tədris təcrübəsi sahəsində əməkdaşlıq edir.
www.president-school.ru
“Ü.T.M – XXI – Əsr” müxtəlif yerli və beynəlxalq layihələrdə iştirak edir. Bunun nəticəsində biz daimi partnyor qazanırıq ki, onlarla da bizi uzunmüddətli dostluq əlaqələri birləşdirir.Mərkəzimiz əməkdaşlıq üçün həmişə açıqdır.
Arzu edənləri bizimlə əməkdaşlığa dəvət edirik, və onlardan maraqlı təkliflər gözləyirik... |