İmkanlar

Hovuz

Kitabxana

Kitabxanamız müəllim və şagirdlərimizin axtardıqları məlumatları tapmağa nail olduqları bir məkandır. Məqsədimiz 15000-ə yaxın adda fondumuzla mərkəzimizin tələblərinə cavab vermək və hər bir üzvümüzə keyfiyyətli xidmət etməkdir. Biz çalışırıq ki, kitabdan başqa, informasiya mənbələrindən, bədii və sənədli, nəşr və elektron informasiya, lokal və məsafəli informasiyalardan istifadəni təmin edərək, dərslik və tədris materiallarında əks etdirilən məlumatları daha da dolğunlaşdıraq. Hal-hazırda kitabxana fonduna 6000 dən çox bədii ədəbiyyat, ensiklopediya, lüğətlər, 6500-dən çox dərslik, 1000-ə yaxın disk, 200-dən çox plakat, 500-dən çox əyani vəsait daxildir. Fondumuz hər il mütəmadi olaraq yeni kitablar və digər dərs materialları ilə zənginləşir. Məktəbimizin kitabxanası kitabxana texnikası, kompüter və İnternetlə təmin olunub. 
Kitabxanada hər həftə rus, ingilis və azərbaycan bölmələrinin 2-4-cü sinif şagirdləri üçün oxu saatları keçirilir, yuxarı sinif şagirdlərinin asudə vaxtlarının səmərəli təşkili üçün oxu zallarında kitabxana xidməti göstərilir, müxtəlif intelektual oyunlar oynanılır.

Kitabxanamızda hər il Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin, görkəmli şəxsiyyətlərinin, Azərbaycanın milli qəhrəmanlarının xatirəsinə, bayram və hüzn günlərinə həsr olunmuş tədbirlər, sərgilər, viktorinalar keçirilir.
Kitabxana bazar ertəsindən cümə gününə qədər, saat 9:00-dan 18:00-dək oxucuların xidmətindədir.

MƏKTƏB HƏYATI

TƏDRİS PROSESSİ
İCTİMAİ FƏALİYYƏT
DƏRSDƏN KƏNAR
TƏCRÜBƏ