AKADEMİK MÜKƏMMƏLLİK
Şagirdlərimiz inkişaf zehniyyətini dəstəkləyən tədris mühitində yüksək akademik nailiyyətlər qazanır və potensiallarından tam istifadə etmək imkanı əldə edirlər. İnanırıq ki, şagirdlərin qazandıqları nailiyyətlər heç də həmişə anadangəlmə istedadları ilə bağlı olmur. Bu, onların sonrakı məqsədyönlü çalışqanlığının, motivasiyasının, eləcə də onlar üçün müəyyənləşdirilən gözləntilərin və düzgün yönləndirmənin nəticəsidir.
Şagird, valideyn və müəllim əməkdaşlığının təmin edildiyi dəstəkləyici və ədalətli (equitable) öyrənmə mühiti şagirdlərimiz üçün məqsədyönlü hədəflər müəyyənləşdirməyə, bu hədəflərə çatmaq üçün onları təşviq etməyə və sonda əldə olunan nəticələrdən birlikdə zövq almağa imkan yaradır.
Belə mühit şagirdlərin öyrənmə motivasiyasını yüksəldir, onları birgə çalışmağa və inkişafa təşviq edir.
Sadəcə akademik cəhətdən yüksək istedadlı şagirdlərin qəbulunun aparıldığı (selective school) məktəb olmasaq belə, mənimsədiyimiz yanaşma və tədris fəlsəfəsi hər bir şagirdin öz akademik potensialını maksimum şəkildə ortaya qoymasına imkan yaradır.
ÖZÜNƏMƏXSUS TƏDRİS MODELİ
Gələcəyə baxışımız, missiyamız, aktual qlobal trendlər, şagirdlərimizin öyrənmə ehtiyacları və Azərbaycanın coğrafi və sosioloji xüsusiyyətləri nəzərə alınmaqla edilən əlavələr təhsil modelimizin əsasında duran Milli və tanınmış beynəlxalq təhsil proqramlarına özünəməxsusluq qazandırmışdır.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Təhsil Modeli
Xoşbəxt və uğurlu şəxsiyyət
Təhsil modelimizin məqsədi şagird/məzun profili ilə nəzərdə tutulan xüsusiyyətləri mənimsəmiş, maraq və bacarıqlarını kəşf etmiş, potensialından tam istifadə edərək daima uğur və xoşbəxtlik əldə edən şəxsiyyətlər yetişdirməkdir.
Şagird profili
Mərkəz olaraq şagird və məzunlarımızın şagird profilində göstərilən keyfiyyət və xüsusiyyətlərə sahib olmasını qarşımıza məqsəd qoyaraq bütün fəaliyyətlərimizi bu profilə uyğun şagird yetişdirmək istiqamətində həyata keçiririk.
Araşdıran (INQUIRERS)
Öyrənməyə həvəslidirlər. Daim mütaliə edir, sorğulama və araşdırma bacarıqlarını inkişaf etdirir, məlumatları müxtəlif mənbələr üzrə araşdırırlar. Müstəqil və başqaları ilə birgə öyrənmə metodlarına bələddirlər. Həvəslə öyrənir və bu xüsusiyyəti ömür boyu qoruyub saxlayırlar.
Düşünən (THINKERS)
Mürəkkəb problemləri təhlil etmək və məsuliyyətli qərarlar qəbul etmək üçün tənqidi və yaradıcı düşünmə bacarıqlarından istifadə edirlər. Əsaslandırılmış və etik qərarlar verməyə təşəbbüs göstərirlər.
Ünsiyyətcil (COMMUNICATORS)
Fikirlərini fərqli dillərdə, müxtəlif formalarda əminliklə və yaradıcı şəkildə ifadə edirlər. Digər şəxs və qrupların fikirlərini diqqətlə dinləyir, onlarla səmərəli əməkdaşlıq edirlər.
Məsuliyyətli (RESPONSIBLE)
Öyrənmə ilə bağlı məsələlərdə məsuliyyəti üzərinə götürür, hədəflər müəyyənləşdirir və akademik dürüstlükdə güzəştə getmirlər. Dürüst və səmimi şəkildə, ədalət və vicdan hissi ilə davranır, insanların ləyaqət və hüquqlarına hər zaman hörmətlə yanaşırlar.Yerli və qlobal əhəmiyyət kəsb edən fikir və məsələlərlə maraqlanır, hərəkətlərinin digər insanlara və ətraf mühitə təsir etdiyini anlayır, nəticələrinə görə məsuliyyət daşıdıqlarını bilirlər.
Açıq fikirli (OPEN-MINDED)
Öz mədəniyyətlərinə, milli-mənəvi dəyərlərinə və şəxsi hekayələrinə, həmçinin başqalarının dəyərlərinə hörmətlə yanaşır və tənqidi qiymətləndirə bilirlər. Müxtəlif fikirləri araşdırıb dəyərləndirir və təcrübələrindən nəticə çıxarırlar.
Qayğıkeş(CARING)
Başqaları ilə empatiya qurur, şəfqət və hörmətlə rəftar edirlər. Xidmət etməyi vəzifələri hesab edir, başqalarının həyatında, eləcə də öz ətraflarında müsbət dəyişikliklər etməyə çalışırlar. Özlərinin və başqalarının rifahı naminə həyatlarının müxtəlif aspektlərində intellektual, fiziki və emosional tarazlığın əhəmiyyətini anlayırlar.
Cəsarətli (RISK-TAKERS)
Qeyri-müəyyənliyə ehtiyatlı şəkildə və qətiyyətlə yanaşırlar. Yeni fikirləri və müasir strategiyaları həm müstəqil, həm də komanda şəklində araşdırırlar. Çətinlik və dəyişikliklərə cəld reaksiya verir və onlara qarşı dözümlü olurlar.
Reflektiv (REFLECTIVE)
Dünyanı, öz fikir və təcrübələrini dərk etməyə çalışırlar. Öyrənmə və fərdi inkişafı dəstəkləmək üçün güclü və zəif tərəflərini anlamağa səy göstərirlər.
İnnovativ (INNOVATIVE)
Status-kvo ilə razılaşmır, çoxsaylı yollar araşdıraraq problemlərin həlli üçün lazımi addımlar ardıcıllığını tətbiq edirlər. Təşəbbüskarlıq ruhu ilə hərəkət edib proses və məhsulların davamlı təkmilləşdirilməsinə çalışırlar.
Rəqəmsal vətəndaş (DIGITAL CITIZEN)
Məlumatın toplanması, ötürülməsi, yaradılması, saxlanması və emalında İKT-dən səmərəli istifadə edirlər. Rəqəmsal ticarət və kommunikasiya imkanlarına bələddirlər və onlardan istifadə edərkən potensial təhlükələri nəzərə alır, özlərini və digərlərini mümkün zərərdən qoruya bilirlər. İKT-dən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edir, sağlamlığa təsir edə biləcək amilləri, etiket qaydalarını, hüquq və məsuliyyətləri nəzərə alırlar.
BAZA KURİKULUMLAR.
Təhsil modelinin özəyində aşağıdakı baza kurikulumlar durur:
Finlandiya Milli EYT (Erkən Yaşda Təhsil – Məktəbəqədər Təhsil) Kurikulumu əsasında inkişaf etdirilən “Kipinä” Kurikulumu (3 dildə, 3-5 yaşlı uşaqlar üçün bağça və məktəbəqədər hazırlıq üzrə) | |
Milli kurikulum (Azərbaycan və rus bölməsi, ibtidai, orta və tam orta təhsil pillələri üzrə) | |
Kembric Beynəlxalq Kurikulumu (İngilis bölməsi, 5 yaşdan 19 yaşadək, ibtidai, orta və tam orta (AS & A Level) təhsil) və Beynəlxalq Təhsil üzrə Kembric Qiymətləndirməsi (Cambridge Assessment International Education) |
Müasir dillər
Tədris modelinə bölmə və təhsil dilindən asılı olaraq aşağıdakı dillərin tədrisi daxildir:
Azərbaycan
İngilis
Rus
Alman
İspan
Fransız
Bu dillərin tədrisi üçün ayrılmış saatların sayı, tədris proqramı, öyrətmə strategiyaları və istifadə olunan məzmun baza kurikulumlardan fərqlənir və Mərkəzin Dil Siyasəti ilə tənzimlənir.
HƏRTƏRƏFLİ İNKİŞAF PROQRAMI
Mərkəzin təhsil modelinə şagirdlərin istedadlarını kəşf etməyə, maraq dairələrini genişləndirməyə və müxtəlif istiqamətdə bacarıqlarını inkişaf etdirməyə şərait yaradan “Hərtərəfli inkişaf proqramı” da daxildir.
Bu sadəcə müstəqil dərsdənkənar fəaliyyətlər deyil, tədris modelinin tərkib hissəsi olan, şagirdlərin bacarıqlarının kəşf olunaraq inkişaf etdirilməsinə fokuslanan “Fərdi Şagird Profili” və “Fərdi Nailiyyət Hədəfləri” ilə hər bir şagirdin inkişafının izləndiyi xüsusi proqramdır.
Şagirdlərin “Hərtərəfli inkişaf proqramında” iştirakı könüllü seçim əsasında olsa belə, şagirdlərin inkişafını yaxından izləyən pedaqoq və psixoloqlar onları davamlı olaraq istiqamətləndirir və seçimlərində dəstək göstərir.
Hərtərəfli inkişaf proqramları:
Musiqi və sənət üzrə
Dram və oyunçuluq
Fotoqrafçılıq və foto editing
Piano
Xor
Musiqili teatr
Tar
Gitara
Rəsm
Dizayn
Rəqs
İdman
Şahmat
Futbol
Basketbol
Stolustü tenis
Biznes
Marketinq və brandinq
Biznesin əsasları
Təşəbbüskarlıq
Maliyyə savadlılığı
Təqdimat bacarıqları və natiqlik
Liderlik
ICT & STEAM
Kodlaşdırma
Robotics
Kimya və təbiət elmləri təcrübələri
Modelləşdirmə
Kreativ texnologiya və mühəndislik
Digər
Kulinariya
Toxuculuq və s.
Hərtərəfli inkişaf proqramlarına aşağıdakı fəaliyyətlər də daxildir:
Məkətbdaxili tədbirlər
Məktəbxarici tədbirlər
Ekskurisyalar
Yay məktəbləri
İxtisas və kariyera günləri
Universitet turları
Sənaye gəzintiləri
Motivasiya, dəstək və yönləndirmə
Araşdırmalar göstərir ki, şagirdlərin potensiallarından düzgün istifadə etməsi sadəcə onlara təqdim olunan formal tədris fürsətlərindən asılı deyil. Onların daxili motivasiyası, psixoloji vəziyyəti və vaxtında düzgün istiqamətləndirilməsi uğurlu nəticələr üçün vacib amillərdir.
Bunu nəzərə alaraq XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin bütün təhsil pillələrində şagirdlərə motivasiya verilməsi, onların dəstəklənməsi və istiqamətləndirilməsi tədris modelinin tərkib hissəsi olaraq qəbul edilmişdir.
Bu istiqamətdə aşağıdakı xidmətlər fəaliyyət göstərir:
“Şagird dəstək qrupları” (Pedaqoq və psixoloqlardan ibarət qrup)
“Şagird kouçinq xidməti”
Psixoloq xidməti
Universitet və karyera üzrə məsləhət xidmətləri
Şagirdlərin motivasiyası üçün xüsusi seminarlar
Əlavə ixtisaslaşma və kvalifikasiyalar
Şagirdlərimizin məktəb yaşlarından gələcək universitet və peşə seçimi ilə bağlı müvafiq ixtisaslaşma və kvalifikasiyalar əldə etməsi üçün əlavə ixtisaslaşma, sertifikat və kvalifikasiya proqramları da Mərkəzin tədris modelinə daxil edilmişdir. Şagirdlər bu proqramlar üzrə aşağıdakı bacarıqlarını inkişaf etdirə və müvafiq kvalifikasiyalar üzrə xüsusi hazırlıq imkanı əldə edə bilərlər:
- Liderlik, təşəbbüskarlıq, təməl biznes bilikləri və s. ilə bağlı xüsusi kurslarda iştirak
- CEFR (Kembric imtahanları), SAT, IELTS, A/AS Level Sertifikatlarına çıxış
- London College of Music (LCM) Sertifikat proqramı
FƏRDİ YANAŞMA
Mərkəzdə mənimsənilən şagirdyönümlü tədris fəlsəfəsi, tətbiq olunan kiçik sinif qrupları konsepti və istifadə olunan "Fərdi Şagird Profili"™ və "Fərdi Nailiyyət Hədəfləri"™ kimi alətlər vasitəsilə təhsilin bütün mərhələlərində şagirdlərə fərdi yanaşma göstərir və onlara potensiallarından tam istifadə etmə imkanı yaradırıq.
Kiçik sinif konsepti
Siniflərdə ortalama uşaq sayı 12-14 nəfərdir. Biz bu sayı maksimum 18 şagirdlə məhdudlaşdırırıq. Şagird sayı keyfiyyəti artırmaqla yanaşı, uşaqlara fərdi yanaşma baxımından da əlverişli imkanlar yaradır.
Fərdi bacarıqlara görə xüsusiləşdirilmiş təhsil
Uşaqlar fiziki, emosional, sosial və intellektual potensialına görə bir-birindən fərqlənir. Təhsil fəlsəfəmiz ilə şagirdlərə təhsil həyatlarının ilk illərindən etibarən öz bacarıq və qabiliyyətlərini ortaya çıxara biləcəkləri fürsətlər təklif edirik.
Ona görə də hər bir şagirdin təhsilinə və fərdi inkişafına individual yanaşır və onların öz potensiallarından tam istifadə etməsinə kömək edirik.
Bu məqsədlə Mərkəzə qəbul edilən bütün şagirdlərin fərdi maraq və öyrənmə xüsusiyyətləri müəyyənləşdirilərək "Fərdi Şagird Profili"™ hazırlanır və bu profil hər tədris ili ərzində mütəmadi qaydada yenilənərək valideynlərlə müzakirə edilir.
Fərdi nailiyyətlərin izlənməsi və ehtiyaclara uyğun əlavə dəstək xidməti
Dərs ilinin əvvəlində bütün əsas fənlər üzrə keçirilən diaqnostik qiymətləndirmə əsasında şagirdlərin "Fərdi Nailiyyət Hədəfləri"™ müəyyənləşdirilir və fərdi qaydada valideynlərlə/şagirdlərlə müzakirə olunur.
İl ərzində şagirdlərin inkişafı "Fərdi Nailiyyət Hədəfləri"™ üzrə izlənilir. Lazım olduqda əlavə öyrənmə ehtiyacları ilə bağlı valideynlərlə fərdi müzakirələr aparılır və Əlavə Dəstək Proqramı hazırlanır. Şagirdlər üçün Əlavə Dəstək Proqramı dərs müddətində və ya dərsdən sonra fərdi və ya qrup halında icra edilir.
HƏRTƏRƏFLİ İNKİŞAF İMKANLARI
Mərkəzin maddi-texniki bazası, infrastrukturu, əyani vəsaitlər, tədris və texniki avadanlıqlarla təchizatı və təşkil olunmuş əlavə dəstək xidmətləri təlim-tərbiyə və tədris prosesinin şagirdlərin fiziki, sosial, emosional və zehni yöndən hərtərəfli inkişafını təmin edəcək formada qurulması üçün əlverişli imkanlar yaradır.
Mərkəz hazırda 3 müstəqil təlim-tədris binasının və bir qalereya binasının yerləşdiyi vahid kampusda fəaliyyət göstərir.
Mərkəzin infrastrukturuna aşağıdakılar daxildir:
Orta və tam orta məktəbin yerləşdiyi ümumi sahəsi 3 min m2-a yaxın olan I korpus binası
İbtidai siniflər və Beynəlxalq proqramlar üzrə fəaliyyət göstərən bölmələrin yerləşdiyi ümumi sahəsi 5,5 min m2-a yaxın olan II korpus binası
Bağça və məktəbəqədər təhsil qruplarının fəaliyyət göstərdiyi, ümumi sahəsi 900 m2-a yaxın olan Məktəbəqədər təhsil korpusu
Müxtəlif sərgilərin və tədbirlərin təşkili məqsədilə istifadə olunan ümumi sahəsi 150 m2-a yaxın olan Qalareya binası
Üzgüçülük hovuzu (18 m, 1.7 m dərinlikdə)
Imaginarium (Məktəbəqədər təhsil korpusunun daxilində)
Akt zalı (200 nəfərlik)
Yeməkxana zalları (ümumi sahəsi 550 m2-a yaxın, 2 yeməkana)
Qapalı idman zalı (ümumi sahəsi 150 m2-a yaxın)
Tibb otağı
STEAM Mərkəzi (STEAM Mərkəzinə, 2 Komputer, Kimya, Fizika və Biologiya laboratoriyaları, Robotika və Rəsm və Musiqi otaqları daxildir)
Yaşıl park sahəsi
Açıq oyun sahəsi
Fəaliyyət göstərən əlavə xidmətlər :
Psixoloji dəstək xidməti (3 peşəkar psixoloq və pedaqoq)
Tibb xidməti (daimi ştatlı 1 həkim-pediatr, 2 tibb bacısı)
Muhafizə xidməti (7/24 mühafizə sistemi)
İaşə xidməti (gündə 3 dəfə isti yeməklə təchizat imkanı)