Güzəştli qəbul

“Parlaq Zəkalar” –Qəbul İmtahanı

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi Sizi “Parlaq Zəkalar” qəbul imtahanında iştrak etməyə dəvət edir. Yüksək göstəricilər əldə edən şagirdlər məhdud sayda yerlər üzrə Mərkəzə güzəştli şərtlərlə qəbul ediləcəkdir. Məqsədimiz istedadlı uşaqları aşkar etmək və onlara yüksək keyfyyətli təhsil almaqda dəstək olmaqdır.

Qəbul İmtahanı 5-10-cu sinif Azərbaycan və Rus bölməsində oxumaq istəyən şagirdlərə şamil edilir. İmtahan 3 fənn üzrə keciriləcəkdir; ana dili, riyaziyyat və ingilis dili.

Tam 100 bal toplayan şagirdlərə ilk illin təhsil haqqı ödənişində 100% endirim hədiyyə olunacaq. 

Endirimlər aşağıdakı qaydada tətbiq ediləcəkdir:

  • 1-ci yer üzrə- təhsil haqqına 50% güzəşt (minimum 85% nəticə göstərməklə)
  • 2-ci yer üzrə- təhsil haqqına 30% güzəşt (minimum 80% nəticə göstərməklə)
  • 3-cü yer üzrə- təhsil haqqına 20% güzəşt (minimum 75% nəticə göstərməklə)

İmtahan may ayının 3-də saat 9:30-da Mərkəzin II korpusunda, İnşaatçılar pr. 98 ünvanında keçiriləcəkdir.

Nəticələr may ayının 15-də elan ediləcəkdir.

İmtahana qeydiyyat onlayn və ya Mərkəzdə həyata keçirilə bilər. 

Onlayn qeydiyyat 

İmtahanda iştirak üçün qeydiyyat ödənişlidir – 20 azn.

Bu koddan (002100) istifadə edərək Expresspay terminallarında ( Digər xidmətlər > 21Əsr ) ödənişi həyata keçirə bilərsiniz.

BİZƏ QOŞULUN