Sənədlər

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi–nə  1–ci sinfinə daxil olan şagird üçün təqdim ediləcək sənədlərin siyahısı:

  • Valideyn ərizəsi
  • Valideynin (qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsinin sürəti
  • 3×4 formatda 2 ədəd rəngli fotoşəkil
  • Valideynin yaşayış və iş yerindən arayış
  • Tibbi mübadilə vərəqəsi

Qeyd : Elektron keçid kartlarının əldə edilməsi məqsədilə şagird üçün 1 ədəd fotoşəkil, valideynlərin (qanuni nümayəndələrin) hər biri üçün 1 ədəd 3×4 formatda fotoşəkil və şagirdin eyni sayda və formatda fotoşəkil təqdim olunmalıdır.
Valideyni təmsil edəcək şəxslərin təmsilçiliyə dair valideynin notariat qaydada təsdiq olunmuş ərizəsi daxil olma sənədlərinə əlavə olunmalıdır. 

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi – nin uşaq bağçasına və məktəbəqədər hazırlıq bölməsinə daxil olan şagird üçün təqdim ediləcək sənədlər və məlumat:

BTİM – in uşaq bağçası uşaqların yaşından asılı olaraq aşağıdakı qruplar üzrə təşkil edilir :

  • Kiçik bağça qrupu – 3 yaşından 4 yaşadək
  • Böyük bağça qrupu – 4 yaşdan 5 yaşadək
  • Məktəbəhazırlıq qrupların -5 yaşından 6 yaşınadək uşaqları əhatə edir.

BTİM –in uşaq bağçasına uşaqların qəbulu Cəmiyyətin rəhbərliyinin müvafiq əmri ilə rəsmiləşdirilir. Qəbul aşağıdakı sənədlər üzrə aparılır :

  • Valideynin (və ya qanuni nümayəndənin) ərizəsi;
  • Valideynin (və ya qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin sürəti;
  • 3×4 formatda 2 ədəd rəngli fotoşəkil;
  • Tibbi mübadilə vərəqəsi;
  • Uşağın doğum haqqında şəhadətnaməsinin sürəti;
  • Valideynin (və ya qanuni nümayəndənin)  yaşayış və iş yerindən arayış;

BTİM-in uşaq bağçasına qəbul olunmuş uşaqların valideyni (və ya qanuni nümayəndələri) ilə Cəmiyyət arasında mülki-hüquq müqaviləsi bağlanır. Müqavilə tərəflər arasında tərbiyə, təlim, xidmət sahəsindəki hüquqi münasibətləri müəyyən edən sənəddir. Müqavilə iki nüsxədə tərtib olunur və uşağın uşaq bağçasında və məktəbəhazırlıq qruplarında olduğu bütün ərzində qüvvədə olur. Müqavilənin tərkib hissəsini təşkil edən Razılaşma hər tədris ili üçün yenidən bağlanır. Müqavilənin qüvvədə olduğu dövrdə ona dəyişikliklər və ya əlavələr qarşılıqlı razılaşma əsasında aparıla bilər.

MƏKTƏB HƏYATI

TƏDRİS PROSESSİ
İCTİMAİ FƏALİYYƏT
DƏRSDƏN KƏNAR
TƏCRÜBƏ