Onlayn qəbul

2020/21 tədris ili üzrə şagird qəbulu

Koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar olaraq ölkədə karantin rejiminin tətbiqi səbəbindən mövcud rejim aradan qaldırılanadək Mərkəzə qəbul prosesi onlayn qaydada həyata keçirilir.

Qəbul prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

1. Onlayn müraciətlərin qəbulu => 2. Onlayn imtahan və ya müsahibənin təşkili =>  3. Qeydiyyat və sənədləşmənin aparılması

Mərkəzə qəbul aşağıdakı bölmə və təhsil pillələri üzrə aparılır:

Məktəbəqədər təhsil müəssisəsinə qəbul:

2019-cu ildən Mərkəzin nəzdində məktəbəqədər təhsil müəssisəsi kimi Kipina brendi fəaliyyətini davam etdirir. Ətraflı məlumat üçün: https://kipinakids.com/az/

  • Məktəbəqədər təhsil pilləsinə, Azərbaycan, rus və ingilis bölmələri üzrə 3-5 yaşlı uşaqlar qəbul edilir.
  • Növbəti tədris ili üzrə uşaqların məktəbəqədər təhsil pilləsinə qəbulu aprel ayının 6-da başlayır və yerlərin məhdudluğu səbəbiylə müvafiq yerlər dolduqda başa çatır.
Müraciət edin

 

Orta ümumtəhsil məktəbinə qəbul:

  • Ümumtəhsil məktəbinə 1-ci sinifdən 11-ci sinfə qədər olan şagirdlər qəbul edilir.

1-ci sinfə qəbul

  • Növbəti tədrisi ili üzrə şagirdlərin 1-ci sinfə qəbulu aprel ayının 6-dan iyun ayının 1-nə qədər davam edir.
  • 1-ci sinfə qəbul, şagirdin məktəbə hazırlıq səviyyəsini müəyyənləşdirən sınaqla aparılır
  • Sınaq ölkədə karantin rejimi başa çatanadək onlayn qaydada yerinə yetirilir.
  • Bu zaman məktəbə hazırlıq səviyyəsi aşağıdakı göstəricilər üzrə ölçülür:
    • İntellektual hazırlıq səviyyəsi: ətraf aləm haqqında təsəvvürü müəyyənləşdirmə bacarığı;
    • Psixi proseslərin (diqqət, yaddaş, qavrama) formalaşması, müəyyən bilik ehtiyatının olması, böyüklərin verdiyi tapşırığı ayırd etmə bacarığı;
    • Əlin xırda motorikasının inkişafı, qələm, karandaş tutma bacarığı, plastilinlə və müxtəlif əşyalarla iş görmə qabiliyyəti;
    • Uşağın məktəbdə oxuma istəyi və hazırlığı.

1-ci sinfə qəbul aşağıdakı ardıcıllıqla həyata keçirilir:

  1. Elektron müraciət formasının valideyn tərəfindən doldurularaq onlayn qaydada Mərkəzə göndərilməsi
  2. Müraciətin cavablandırılması, imtahan və müsahibənin təşkili
  3. Mektebeqebul.edu.az portalı üzrə valideyn tərəfindən müvafiq əməliyyatların yerinə yetirilməsi və müqavilənin imzalanması.
Müraciət edin

 

 2-11-ci siniflər üzrə şagirdlərin məktəbə qəbulu

  • 2-11-ci siniflər üzrə şagirdlərin məktəbə qəbulu aprel ayının 6-dan başlayır və yalnız boş yerlər üzrə həyata keçirilir. Məktəbə qəbul prosesi 15 avqust tarixində dayandırılır.
  • Məktəbə qəbul zamanı şagirdlər ilk növbədə intellektual səviyyələrini, yaradıcı qabiliyyətlərini və şəxsi kefiyyətlərini müəyyən edən psixoloji testdən keçirlər. Daha sonra isə şagirdlərin bilik səviyyəsini müəyyən etmək məqsədi ilə ayrı-ayrı fənn bloku üzrə test imtahanı keçirilir.
  • Məktəb bilik səviyyəsi və psixoloji vəziyyəti tədris proqramına uyğun olmayan uşaqları qəbul etməmək hüququnu özündə saxlayır.
Müraciət edin

 

Erkən qeydiyyat fürsətlərindən yararlanın

  • Erkən qeydiyyat fürsətləri

Mərkəzdə təhsil alacaq şagirdlər üçün ödəniləcək illik təhsil haqqının ödənilmə qaydası və erkən qeydiyyatdan keçənlər üçün tətbiq ediləcək güzəştlər aşağıdakı kimidir: 

Qeydiyyat tarixləri

Endirim

İlkin ödəniş

Qalan məbləğin ödənişi

6-30 aprel

10%

10%

30% sentyabr, 30% dekabr, 30% mart

1-31 may

20%

30% sentyabr, 25% dekabr, 25% mart

1-30 iyun

5%

20%

30% sentyabr, 25% dekabr, 25% mart

1 iyul-30 avqust

0%

20%

30% sentyabr, 25% dekabr, 25% mart

1-30 sentyabr

0%

30%

30% oktyabr, 20% dekabr, 20% mart

Dərs ili ərzində

0%

30%

mart ayından gec olmayaraq 3 hissədə

* İlkin ödənişin müqavilə imzalandığı tarixdən etibarən 5 gün ərzində, qalan məbləğ üzrə ödənişlərin isə qeyd olunan hər ayın 10-dək həyata keçirilməsi nəzərdə tutulur.

*Qeyd olunan endirimdən əlavə 10% qardaş/bacı endirimi və 1 avqust tarixinədək həyata keçirilən birdəfəlik ödənişlərə isə əlavə 5% endirim tətbiq edilir.

*Valideynlər 10% ilkin ödəniş və qalan təhsil haqqını 10 hissədə ödəmək istədikdə illik təhsil haqqına 10% əlavə edilir.

 Xüsusi endirim və güzəştlər!

(!) Mərkəzin 20 illik yubileyi ilə əlaqədar olaraq orta ümumtəhsil məktəbində təhsil almaq üçün qeydiyyatdan keçən ilk 20 şagirdin ilk tədris ili üzrə təhsil haqqına 20% endirim tətbiq ediləcəkdir.

(!) Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə aparan qəhrəman tibb işçilərimizə təşəkkür məqsədilə övladlarını növbəti tədris ilindən etibarən Mərkəzimizdə oxutmaq istəyən bütün tibb işçilərinin övladlarına 20% güzəşt tətbiq ediləcəkdir.

Növbəti tədris ili üzrə Mərkəzdə tətbiq olunacaq illik təhsil haqqı ilə bağlı məlumatı saytımızın müvafiq bölməsindən əldə edə bilərsiniz. 

 Qeyd: Qardaş/bacı və birdəfəlik ödəniş endirimi istisna olmaqla eyni anda bir neçə endirim tətbiq edilmir.

Müraciət edin

Ətraflı məlumat üçün əlaqə vasitələri:

  • admission@21century.edu.az
  • 050 278 8083 (+WhatsApp)

BİZƏ QOŞULUN