Qəbul prosesi

 

Qəbul qaydalarından çıxarış

  • XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin tərkibində məktəbəqədər təhsil (uşaq bağçası, məktəbəhazırlıq şöbəsi) və orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.
  • Məktəbəqədər təhsil bölməsinə qəbul:
    • Məktəbəqədər təhsil bölməsinə 3-5 yaşlı uşaqlar qəbul edilir.
    • Növbəti tədrisi ili üzrə uşaqların məktəbəqədər təhsil bölməsinə qəbulu Aprel ayından başlayır və Avqust ayının əvvəli başa çatır.
  • Orta ümumtəhsil məktəbinə qəbul:
    • Ümumtəhsil məktəbinə 1-ci sinifdən 11-ci sinfə qədər olan şagirdlər qəbul edilir.
    • Növbəti tədrisi ili üzrə şagirdlərin 1-ci sinfə qəbulu may ayının 1-dən iyun ayının 1-nə qədər davam edir.
    • 1-ci sinfə qəbul şagirdin məktəbə hazırlıq səviyyəsini müəyyənləşdirən sınaqla aparılır. Sınaq imtahanı iyun ayında həyata keçirilir. Bu zaman məktəbə hazırlıq səviyyəsi aşağıdakı anlayışlar üzrə ölçülür:
  • İntellektual hazırlıq səviyyəsi: ətraf aləm haqqında təsəvvürü, istiqaməti müəyyənləşdirmək bacarığı;
  • Psixi proseslərin (diqqət, yaddaş, qavrama) formalaşması, müəyyən bilik ehtiyatının olması, böyüklərin verdiyi tapşırığı ayırd etmək bacarığı;
  • Əlin xırda motorikasının inkişafı, qələm, karandaş tutmaq bacarığı, plastilinlə və müxtəlif əşyalarla iş görmə qabiliyyəti;
  • Uşağın məktəbdə oxumaq istəyi və hazırlığı.
    • 2-11-ci siniflər üzrə şagirdlərin məktəbə qəbulu may ayının 1-dən başlayır və yalnız boş yerlər üzrə həyata keçirilir. Məktəbə qəbul prosesi 15 avqust tarixində dayandırılır. Bu tarixdən sonra məktəbə qəbul məsələsinə xüsusi hallarda məktəb rəhbərliyinə ediləcək müraciətə əsasən baxıla bilər.
    • Məktəbə qəbul zamanı şagirdlər ilk növbədə intellektual səviyyələrini, yaradıcı qabiliyyətlərini və şəxsi kefiyyətlərini müəyyən edən psixoloji testdən keçirlər. Daha sonra isə, şagirdlərin bilik səviyyəsini müəyyən etmək məqsədi ilə ayrı-ayrı fənlər üzrə test imtahanı keçirilir. Məktəb bilik səviyyəsi və psixoloji vəziyyəti tədris proqramına uyğun olmayan uşaqları qəbul etməmək hüququnu özündə saxlayır.
    • Siniflər yaş prinsipinə görə formalaşdırılır. Siniflərin əksəriyyətində şagirdlərin tədris proqramını mənimsəmə səviyyəsi müxtəlifdir. Buna görə də tədris proqramı hər bir uşağın fərdi xüsusiyyətlərini, onun potensial imkanlarını nəzərə alan üç modulda aparılır.
    • Şagirdin qəbul imtahanları üzrə nəticələri qənaətbəxş olmadıqda şagirdlər məktəbə şərti qəbul oluna bilər. Belə ki, müəyyən dövr üzrə şagirdin dərsləri mənimsəmə səviyyəsi qiymətləndirilir. Bu dövrdə də, qənaətbəxş nəticə göstərməyən şagirdlər şərtli razılaşmaya uyğun olaraq məktəbdən kənarlaşdırılır.

Qəbul zamanı tələb edilən sənədlər:

  • XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin  1 –ci sinfinə daxil olan şagird üçün təqdim ediləcək sənədlərin siyahısı :
  • Valideyn ərizəsi;
  • Valideynin (qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsinin sürəti;
  • 3×4 formatda 2 ədəd rəngli fotoşəkil;
  • Valideynin yaşayış və iş yerindən arayış;
  • Tibbi mübadilə vərəqəsi.
  • Elektron keçid kartlarının əldə edilməsi məqsədilə şagird üçün 1 ədəd fotoşəkil, valideynlərin (qanuni nümayəndələrin) hər biri üçün 1 ədəd 3×4 formatda fotoşəkil və şagirdin eyni sayda və formatda fotoşəkil təqdim olunur. Valideyni təmsil edəcək şəxslərin təmsilçiliyə dair valideynin notariat qaydada təsdiq olunmuş ərizəsi daxil olma sənədlərinə əlavə edilir.
  • XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin uşaq bağçasına və məktəbəqədər hazırlıq bölməsinə daxil olan şagirdlər üçün təqdim ediləcək sənədlər:
  • Valideynin (və ya qanuni nümayəndənin) ərizəsi;
  • Valideynin (və ya qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin sürəti;
  • 3×4 formatda 2 ədəd rəngli fotoşəkil;
  • Tibbi mübadilə vərəqəsi;
  • Uşağın doğum haqqında şəhadətnaməsinin sürəti;
  • Valideynin (və ya qanuni nümayəndənin)  yaşayış və iş yerindən arayış.

Onlayn qeydiyyat 

BİZƏ QOŞULUN