Kurikulum
Kurikulum Tədris dili Siniflər
    1 2 3 4 5 6 7 8 9 10 11
Milli kurikulum Azərbaycan İbtidai məktəb (AZ) Tam orta məktəb (AZ)
Rus İbtidai məktəb (RUS) Tam orta məktəb (RUS)
Kembric İngilis Kembric İbtidai proqarmı (Cambridge Primary Programme) Kembric aşağı orta Proqramı
(Cambridge Lower Secondary)
Upper Secondary (IGCSE) SAT & IELTS
IB İngilis   IB DP
Əlavə   Əlavə dəstək fəaliyyətləri

IB Diplom Proqramı

Biz həm də mərkəzi İsveçrədə yerləşən, 1968-ci ildə yaradılmış Beynəlxalq Bakalavriat- The International Baccalaureate® (IB) təşkilatında qeydiyyatdan keçmiş səlahiyyətli Beynəlxalq Bakalavriat Məktəbiyik.  IB Proqramı dünyada ortaq bir təhsil sistemi yaratmaq məqsədilə qurulmuşdur. Bu proqram mədəniyyətlərarası hörmət və anlayış əsasında daha yaxşı və sülhsevər bir dünya qurmağa kömək edən, bilikli, sorğulayan və qayğıkeş gənclər yetişdirməyi hədəfləyir. Mərkəzimiz 16-17-yaşlı şagirdlər üçün nəzərdə tutulan Diplom Proqramını (IB DP) təklif edir.

IB Diploma Proqramının Əsasları 

  • Genişləndirilmiş esse (EE) şagirdləri seçdikləri IBDP fənlərindən birində mövzu üzrə dərin araşdırma aparmaqla müstəqil tədqiqata cəlb edir.
  • Bilik Nəzəriyyəsi (TOK) akademik sahələri özündə cəmləşdirən mətiqi yanaşmanı inkişaf etdirir. Bu kursda şagirdlər tənqidi düşüncə və biliklərin fəlsəfəsini üzrə anlayışları öyrənirlər.
  • Yaradıcılıq, Fəaliyyət və Xidmət (CAS) şagirdləri akademik çalışmaları ilə yanaşı, müxtəlif sosial və mədəni fəaliyyətlərə cəlb edir.

IB Diplom Proqramı 2 il davam edir. Şagirdlər IB Diplom Proqramına 10-cu sinifdə qəbul olunur, 11-ci sinifdə bitirirlər. Bu  proqramı üzrə kurslar həm ali, həm də standart səviyyə üzrə təklif olunur. Hər bir şagird həm ali, həm də standart səviyyə üzrə 3 fənn seçir. Hər iki səviyyə üzrə fənlərin müddəti iki il olmasına baxmayaraq, ali və standart səviyyə arasında müəyyən fərqlər vardır: 

  • Ali səviyyə üzrə olan fənlərin proqramına əlavə mövzular daxildir. Ali səviyyə üzrə hər bir fənn 240 saat, standart səviyyə üzrə hər bir fənn 150 saatdır.
  • Ali səviyyə üzrə fənlərə proqramın ikinci ilinin sonunda əlavə imtahan daxildir.

Kurikulum

IB Diplom Proqramı üzrə təhsil alan şagirdlər əsas 5 fənn blokunun hər birindən öz ixtisas profilləri üzrə bir fənn seçməlidirlər: ən yaxşı bildikləri birinci dil, əlavə xarici dil, sosial fənlər qrupundan bir fənn, eksperimental elmlər və riyaziyyat qrupundan bir fənn, təbiət elmlərindən bir fənn. Şagird ya 6-cı fənn blokundan incəsənət fənnini, ya da əsas 5 fənn blokundan əlavə bir fənni seçə bilər.

Fənlər bloku üzrə təklif etdiyimiz IB DP kurslar: 

  • Qrup 1: İngilis dili A, Ədəbiyyat AS və SS; Türk dili A, Ədəbiyyat AS və SS; Azərbaycan dili A, Ədəbiyyat AS və SS
  • Qrup 2: İngilis dili B AS, Alman dili, İspan dili SS
  • Qrup 3: İqtisadiyyat AS və SS; Coğrafiya AS və SS; Tarix AS və SS; Qlobal cəmiyyətdə İT, AS və SS, Biznes və Menecment (BM), AS və SS; Ətraf mühit Sistemləri və Cəmiyyətlər, AS və SS
  • Qrup 4: Biologiya AS və SS, Kimya AS və SS, Fizika AS və SS
  • Qrup 5: Riyaziyyat SS; Riyaziyyat Kalkulus AS
  • Qrup 6: Vizual incəsənət

Qiymətləndirmə

Şagirdlər proqramın sonunda yazılı imtahan verirlər və imtahan nəticələri xarici IB ekspertlər tərəfindən yoxlanılır və qiymətləndirilir. Şagirdlər kurs müddətində seçdikləri fənlər üzrə tapşırıqlar yerinə yetirirlər. Bu tapşırıqlar müəllimlər tərəfindən yoxlanılır və daha sonra xarici mütəxəssislər tərəfindən nəzərdən keçirilir. Tapşırıqlar birbaşa xarici ekspertlərə də göndərilə bilər. 

Hər bir fənn üzrə qiymətləndirmə 7 (1- ən aşağı, 7 - ən yüksək) ballıq şkala əsasında aparılır. Şagirdlər həm biliklər nəzəriyyəsi, həm də genişləndirilmiş esse üzrə nəticələri əsasında əlavə 3 bala kimi toplaya bilərlər. Beynəlxalq Bakalavriat Diplomunu ən azı 24 bal toplayan şagirdlər əldə edirlər. Bu bütün proqram boyu şagirdin əldə etdiyi göstəricilər, yaradıcılıq, aktiv fəaliyyət, xidmət tələbləri və fəal davamiyyətdən asılıdır. IB Diplom Proqramı üzrə ən yüksək bal 45 baldır.

IB Diplom Proqramı 10-cu və 11-ci sinif şagirdlərini dünyanın aparıcı universitetlərinə hazırlayan akademik proqramdır və şagirdlərin qəbul olacaqları universitetlərdə müvəffəqiyyətlə təhsil almaları və yüksək nailiyyət əldə etmələri üçün ideal təməldir.

BİZƏ QOŞULUN