Bağça və məktəbə hazırlıq

Bizim məqsədimiz: azad və hərtərəfli harmonik inkişaflı şəxsiyyət hazırlamaqdır.

Uşaq bağçası 3 yaşdan yuxarı uşaqları qəbul edir.

Uşaq bağçası çərçivəsində uşaqlar fərdi psixoloji və tibbi nəzarət altında böyüyür və inkişaf edirlər. Yetkin mütəxəssislər uşaqlarla işləyir: müəllimlər, müəllim-psixoloq, profil müəllimləri və tibb işçiləri. İngilis dilinin ilk dərsi uşaqlarımızın uşaq bağçasında artıq bir forma şəklində qəbul olunur.

Uşaq bağçasında gün həkimin müayinəsi ilə başlanır. Sonra paltarları-mızı dəyişib, ritmik musiqinin sədaları altında səhər gimnastikasına başlayırıq.

Səhər yeməyindən sonrakeçirilmə müddəti 20 dəqiqə olan məşğələlər başlanır. Məşğələlərarası tənəffüs 5 dəqiqədir

Günün birinci yarısındauşaq bağçasında sadə riyazi təsəvvürlərin inkişafı metodikası, bədii ədəbiyyat, nitq inkişafı, ətraf aləmlə tanışlıq, fiziki mədəniyyət, “İntelekt”in texnologiyası, rəsm, yarma, quraşdırma, kəsib-yapışdırma və ingilis dili məşğələləri keçirilir.

11:00-da II səhər yeməyi verilir.

Uşaqlar gəzinti zamanı hərəkətli oyunlar keçirir, canlı və cansız təbiət hadisələrini müşahidə edirlər. Səmərəli gəzintidən sonra uşaqlar böyük məmuniyyətlə yemək otağına keçib, nahar edirlər. 2 saatlıq sakit yuxu uşaqların tam istirahətini təmin edir.

Yuxudan oyanarkən uşaqlar ləzzətli axşamqabağı yeməyi qəbul edirlər.

Günün ikinci yarısında keçirilən ritmika məşğələsi keçirilir. Uşaqlarda skolyoz, kifoz, yastı pəncə profilaktikası üçün müalicəvi gimnastika məşğələləri keçirilir. Uşaqların hərtərəfli inkişafına yönəlmiş dramatik sənət, musiqi və müxtəlif didaktik oyunlar dərsləri.

Məktəbəhazırlıq şöbəsi- Uşaq bağçasının məktəbəhazırlıq şöbəsinin fəaliyyəti məktəbəqədər yaşlı uşaqların dövlət təhsil proqramı Kurikulumu (3-6 yaş) üzrə təlim-tərbiyəsi ilə yanaşı, intelektin inkişafı kimi yeni tədris texnologiyaların-dan istifadəyə əsaslanır.

Məktəbəhazırlıq şöbəsində azərbaycan, rus, ingilis bölmələri fəaliy-yət göstərir.

MƏKTƏB HƏYATI

TƏDRİS PROSESSİ
İCTİMAİ FƏALİYYƏT
DƏRSDƏN KƏNAR
TƏCRÜBƏ