İbtidai məktəb

Biz, Bakının mərkəzində yerləşir və 20 ilə yaxın özəl məktəb təcrübəmizlə milli və beynəlxalq kurikulumlar əsasında dünya standartlarına uyğun təhsil veririk. Tədbiq etdiyimiz proqramlar uşaqların şəxsiyyət kimi formalaşmasına, onların bacarıqlarının inkişaf etməsinə, yeni biliklər öyrənməsinə və onları tətbiq etməsinə kömək edir. Bir sözlə biz uşaqları gələcək həyata hazırlayır onlarla birlikdə gələcəyi qururuq.

Təhsildə mükəmməllik

Təhsildə mükəmməllik məktəbimizin əsas prinsipidir. Bizi seçən valideynlər də əsasən göstərdiyimiz təhsilin keyfiyyətinə və digər məktəblərdən məhz buna görə fərqli olduğumuza görə seçim etdiklərini vurğulayırlar. Bu faktı, təhsilin hər pilləsi üzrə əldə etidiyimiz nəticələr və şagirdlərin fərdi inkişaf göstəriciləri də təsdiqləyir.

İndividual bacarıqlara görə xüsusiləşdirilmiş təhsil

Biz hər bir uşağın fərqli və xüsusi olduğunu bilirik. Belə ki, onların hər biri özünəməxsus fərd kimi digərindən fiziki, emosional, sosial və intellektual  potensialına görə fərqlənir.  Ona görədə  biz, hər bir şagirdin təhsilinə və fərdi inkişafına individual yanaşırıq.Tətbiq etdiyimiz bütün milli və beynəlxalq kurrikulumları hər bir şagirdin ehtiyaclarına görə induviduallaşdırırıq.

Fərqli öyrənmə yolları təklif edirik

Biz bilirik ki, hər bir  şagird özünəməxsus bacarıqları və öyrənmə  potensialı baxımından özəldir . Biz hər bir şagirdin bacarıqlı olduğuna inanırıq. Ona görədə şagirdlərin bacarıqlarını təhsilin ilk pillələrindən kəşf etməyə başlayırıq. Bizim təhsil fəlsəfəmiz şagirdlərə ibtidai təhsil pilləsindən öz bacarıq və qabiliyyətlərini ortaya çıxara biləcəkləri fürsətləri təklif edir.

Ehtiyaclara uyğun əlavə dəstək

Peşəkar müəllim heyyətimiz şagirdlərin ibtidai sinfə başladığı gündən onların keçilən dərsləri mənimsəmə səviyyələrini və məktəbəhazırlıq bölməsində ortaya çıxarılan bacarıqlarını müşahidə edir və onların əlavə öyrənmə ehtiyaclarını müəyyənləşdiririk. Müşahidələrin nəticələrini valideynlərlə müzakirə edərək Əlavə Dəstək proqramı hazırlayırıq . Bu proqramlar şagirdlərə dərs müddətində və ya dərsdən sonra keçirilir. Bu proqrama “Səlist oxu” , “rəqəmlərlə işləmə” “hekayə oxuma”, “xarici dil” dəstəyi və s. daxildir.

Sual verməyi və xəyal qurmağı təşviq edən ibtidai təhsil

Biz şagirdlərin erkən yaşlarından sahib olduqları hər şeyi öyrənmək arzusunun daimi saxlanması və onların xəyal qurmasının təşviq olunması fəlsəfəsi əsasında fəaliyyət göstəririrk.

Hər bir şagirdin unikal potensialını ortaya çıxaran təhsil modeli

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində ibtidai təhsil uşaqların intellektual, sosial, emosional, fiziki və estetik potensialını kəşf edilməsi və onların daha da inkişaf etdirilməsi prinsipi əsasında qurulub. Biz şagirdlərin sahib olduqları potensialdan tam və səmərəli şəkildə istifadə edərək inkişaf etməyini və cəmiyyət üçün dəyər yaradan fərdlər olmasını hədəfləyirik. Sinifdaxili və sinifxarici fəaliyyətlər , eləcə də məktəb tədbirlərində uşaqlara verilən rollar məqsədli olaraq bu potensialların kəşf olunmasına yönəlib.

Şagirdləri gələcək həyata  hazırlayırıq

Biz yeni əsrdə nəyisə bilməyin artıq bir üstünlük yaratmadığını bilirik. Davamlı və sürətli dəyişikliklərin baş verdiyi 21-ci əsrdə, əsas üstünlük xüsusi bacarıqlara sahib olmaq hesab edilir. Biz tətbiq etdiyimiz dünyanın ən son təhsil metodları ilə “21-ci əsr bacarıqları”  adlandırılan bu bacarıqları şagirdlərə aşılayırıq.

3 dildə təhsil proqramları təklif etməklə şagirdlərimizə seçim imkanı veririk.

Bizim məktəbimiz üç dildə; Azərbaycan, rus və ingilis dillərində təhsil verir. Azərbaycan və rus dilində təhsil Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi milli kurikulum əsasında, ingilis dilində təhsil isə Kembric kurikulumu əsasında, Kembric Beynəlxalq Məktəbi statusu ilə fəaliyyət göstərir.

İbtidai siniflər üçün xüsusi nəzərdə tutulmuş ayrı korpus

İbtidai sinifləri məktəb daxilində ayrıca korpusda yerləşdirməklə  uşaqların öz həmyaşıdlarının əhatəsində olmasına və ünsiyyətinə şərait yaradırıq. Bu həm də müəllimlər  tərəfindən  uşaqlara keyfiyyətli nəzarətə imkan verir.

Kiçik siniflər

ibtidai siniflərdə orta uşaq sayı 12-14 nəfərdir. Biz bu sayı maksimum 16 şagirdlə  məhdudlaşdırırıq. Bu say dərsin keyfiyyətinin artırılması ilə yanaşı uşaqlara fərdi yanaşma baxımından da əlverişli imkanlar yaradır.

BİZƏ QOŞULUN