Orta və tam orta

XXI  ƏSR Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi innovativ təhsil ocağı olaraq, dərsləri və məşğələləri müasir texnologiyalarla aparır:

Orta məktəb ayrıca korpusda yerləşir. Bu, uşaqların həmyaşıdlarının əhatəsində  olmasına və ünsiyyətinə şərait yaradır.

Eyni zamanda müəllimlər  tərəfindən  uşaqlara keyfiyyətli nəzarətə və müşahidəyə imkan verir.

Orta məktəbə qəbul psixoloji və fənn testlərinin keçirilməsi yolu ilə aparılır.

Tədris Azərbaycan, rus və ingilis  dillərində aparılır. Azərbaycan və rus bölmələrində ingilis dili dərinləşmiş proqramla tədris edilir. Ingilis bölməsi Beynəlxalq Kembric proqramı əsasında təhsil

Riyaziyyat, dillər, informatika , həyat bilgisi, fiziki tərbiyə dərsləri şagirdlərə elmin əsaslarını öyrənməyə, psixi və fiziki sağlamlığı möhkəmləndirməyə imkan yaradır.

Bütün dərs prosesləri SMLS (School Management and Learning System) proqramı əsasında həyata keçirilir.

Musiqi, texnologiya, təsviri incəsənət və s. şagirdlərin istedad və bacarıqlarının  üzə çıxarılmasına  və  dərinləşməsinə kömək edir.

Şagirdlərin qavrama, təfəkkür və yaradıcılığını nəzərə alaraq müəllimlər onlara yüksək peşəkarlıqla yanaşırlar.

Günün ikinci yarısında  müstəqil  hazırlıq  dərsləri keçirilir.

Tapşırıqların keyfiyyətli  yerinə  yetirilməsinə  müəllimlər nəzarət edirlər.

Uşaqlar fənn olimpiadalarında, MUN-da (Milli BMT Modeli Konfrans), tədqiqat-layihə işlərində, bilik yarışmalarında, intellektual  marafonlarda, müxtəlif  tədbirlərdə, müsabiqələrdə, idman yarışlarında, konsertlərdə və s. iştirak edirlər.

Təhsil müddətində uşaqlar müxtəlif dərsdənkənar tədbirlərə cəlb olunurlar:şəhər üzrə  ekskursiya, yaxın və uzaq xarici səfərlər, muzeylər, teatrlar, nəbatət bağı və s.

Şagirdlərin təhlükəsizliyini qorumaq üçün dəhlizlərdə müşahidə kameraları quraşdırılmışdır.

Bizim əsas vəzifəmiz:

Məktəb – hər bir insanın həyatında ən əsas dövrdür. Ən vacibi odur ki, uşaq məktəbdə məmnuniyyətlə təhsil alaraq faydasını görsün. Biz şagirdlərin xoşbəxtliyi üçün çalışır, hər işi məmnuniyyətlə və peşəkarcasına yerinə yetiririk.

Bizim əsas iş prinsipimiz:

Ortab məktəbin əsas iş prinsipi  - fərdi yanaşma, informasiya əsrinin tələblərinə cavab verən intellektual səviyyəli şəxsiyyət yetişdirmək, şagirdlərdə gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişləri formalaşdırmaqdır.

Siniflərdə şagirdlərin sayının 18 nəfərdən çox olmaması müəllimlərə hər bir şagirdə maksimum diqqət ayırmağa, şagirdlərə tapşırıqların əsas hissəsini evdə yox, məhz sinifdə yerinə yetirməyə imkan yaradır.

Tədris prosesi bütün şagirdlər üçün eyni proqram əsasında təşkil olunmuşdur. Bununla yanaşı şagirdlərə imkan yaradılır ki, öz maraqlarına uyğun əlavə məşğələlər də seçsin. Bu həm idmana , həm incəsənətin hər hansı bir növünə, həm də xarici dillərin öyrənilməsinə aid ola bilər.

Şərtlər və üstünlüklər

  • Dərin və hərtərəfli biliyə, bacarığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşünə malik olan və onu inkişaf etdirməyə çalışan şəxsiyyətin formalaşmasına, xalqının milli, əxlaqi, mənəvi və mədəni dəyərlərinə yiyələnən, onu qoruyan və inkişaf etdirən, vətənini və millətini sevən, müstəqil və yaradıcı düşünən vətəndaşın təlim-tərbiyəsinin təşkili;
  • Əla müəllim komandası;
  • Uşaqlara və valideynlərə qarşı hörmət və səmimi münasibət;
  • 1-ci sinifdən başlayaraq ingilis dilinin öyrənilməsi CİİP Kembric Beynəlxalq proqramı əsasında həyata keçirilir;
  • “İntellekT” Təhsil texnologiyası – müəllif p.e.d. M.A.Ziqanov (Moskva şəh. Lomonosov adına məktəb) proqramının uşaq bağçasından başlayaraq 8-ci sinif daxil olmaqla tətbiq edilməsi;
  • Orta hesabla 10-12 şagird olan siniflərdə  keyfiyyətli təhsil və fərdi yanaşma, tapşırıqların əsas hissəsinin yerinə yetirilməsi;
  • Marağa görə əlavə təhsilin seçimi (dərnəklər və məşğələlər);
  • Gün ərzində  üç dəfə  qidalanma, xüsusi mətbəx və ehtiyac olduqda pəhriz masası.
  • Kompüter sinifləri.

Proqram

I  Milli kurrikulum – Orta təhsil üzrə tədris proqramı

dövlət təhsil standartları əsasında milli kurikulumun tətbiqi

ilə həyata keçirilir.

II Xarici dil dərsləri – Azərbaycan bölməsində 1-ci sinifdən

etibarən ikinci xarici dil - rus dili, rus bölməsində isə 5-ci

sinifdən etibarən ikinci xarici dil – alman dili  tədris olunur.

III  İGCSE - The International General Certificate of

Secondary Education -

İB DP - The International Baccalaureate® (IB) Diploma

Programme (DP)

İELTS - International English Language Testing System 

SAT - Scholastic Aptitude Test 

III Əlavə İntellekt poqramı – “İntellekT” Təhsil texnologiyası

-müəllif p.e.d.M.A.Ziqanov (Moskva  şəh. Lomonosov adına məktəbin elmi rəhbəri) 1-ci sinifdən başlayaraq ayrıca fənn kimi keçirilir.

MƏKTƏB HƏYATI

TƏDRİS PROSESSİ
İCTİMAİ FƏALİYYƏT
DƏRSDƏN KƏNAR
TƏCRÜBƏ