Novruz payı

Novruz Bayramı ərəfəsində qazi ailələrinə, həmçinin aztəminatlı ailələrə yardım məqsədilə “Yardım kampaniyası” başlatdıq. Belə ki, kampaniya çərçivəsində həm əməkdaşlarımızın, həm də şagirdlərimizin könüllü olaraq bu təşəbbüsə qoşulmağına imkan yaratmaq istədik.
Biz, belə fəaliyyətlərin şagirdlərimiz arasında, qayğıkeşlik, yardımsevərlik və birlik olma kimi mental keyfiyyətlərin formalaşması və möhkəmlənməsinə müsbət töhfə verəcəyinə inanırıq.

Nəticədə, həm əməkdaşlarımızın, həm də şagirdlərimiz və onların ailələrinin göstərdikləri dəstək nəticəsində 58 ailəyə ərzaq yardımı göndərildi.

Mərkəz olaraq bu təşəbbüsümüzə qoşulan hər kəsə göstərdikləri dəstək və iştirakları üçün dərin təşəkkürümüzü bildiririk!

 

BİZƏ QOŞULUN