30 may 2024-cü il tarixində, saat 14:00-15:30-dək Mərkəzimizdə şagirdlərin elmə qarşı maraqlarını artırmaq, onların araşdırma, tənqidi və yaradıcı düşünmə, birlikdə işləmə, tətbiq və təqdim etmə kimi bacarıqlarını inkişaf etdirmək məqsədilə STEAM Sərgisi keçiriləcəkdir.
Sərgidə hər biri minimum 2 nəfərdən ibarət komandalar halında bölmə və sinifdən asılı olmayaraq bütün şagirdlər iştirak edə bilər.
Qeyd edək ki, şagirdlər mövzuları hansısa dərsin tərkib hissəsi kimi və ya müstəqil seçə bilər. Müstəqil seçilən mövzular üzrə hazırlıq əsasən dərsdənkənar vaxtlarda həyata keçirilməlidir.
İştirakınızı təsdiq etmək üçün aşağıdakı formanı dolduraraq, müvafiq sinif rəhbərinə təqdim etməyiniz xahiş olur.
Sərgidə iştirak haqqında ətraflı məlumat üçün klikləyin
İştirakçının layihə təklifi forması