Localization

Canada Goose outlet https://www.gasinc.nl Canada Goose jas canada goose outlet Canada Goose outlet

Blog

20170224_114255

Azərbaycan dili və ədəbiyyatı dekadası

       24.02.2017-10.03.2017-ci il tarixləri arasında “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi ”-ndə Azərbaycan dili və ədəbiyyatı dekadası keçirilmişdir. Dekada ərzində bir çox maraqlı tədbirlər təşkil edilmiş, açıq dərslər keçirilmişdir. – 24.02.2017– “Kiçik bir xatirə” mövzusunda açıq dərs (Əliyeva Aytən, 4R1 sinfin şagirdləri ilə), 27.02.2017– F.Qoca  “Anamın sözləri” mövzusunda açıq dərs (Əliyeva Elina, 7A sinfin şaqirdləri ilə), 28.02.2017– “Yeddi nar çubuğu”  (İsmailzadə Günel, 3E1 sinfin şagirləri ilə) və “Həmcins üzvlər” mövzusunda açıq dərslər (Hümbətova Gülnar, 8A sinfin şagirdləri ilə), “Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev“ mövzusunda  açıq dərs (Əsədova Rəna, 7R2 sinfin şagirdləri ilə), 02.03.2017- “Tağı əmidən öyrəndiklərim” mövzusunda açıq dərs (Əzizbəyli Rübabə, 4R2 sinfinin şagirdləri ilə). Açıq dərslərin hər birində qrup işləri aparılmış, uşaqlara maraqlı informasiyalar və tarixi faktlar haqqında məlumatlar verilmişdir.

Həmçinin Ana dili dekadası çərçivəsində iki  böyük tədbir keçirilmişdir : “Cənnət anaların ayaqları altındadır” adlı tədbir 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmişdi. Tədbirin təşkilatçısı Azərbaycan dili kafedrasının müdiri Təranə Yusubova qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra C. Cabbarlının “Ana” şeirini söylədi. Tədbirdə 11A, 10A, 9E, 5A, 5E, 4R, 3A, 2R1, 1R1 sinifləri iştirak edirdilər. Tədbira müddətində maraqlı çıxışlara yer verildi. Ana haqqında gözəl şerlər(“Ana ürəyi”, “Qaytar ana borcunu”,  “Ana və poçtalyon”) səsləndirildi və ürəklərə toxunan nəğmələr ifa edildi.

Ana dili dekadasının yekununda isə “O kitabı tapın” adlı tədbirin tamaşa əsasında hazırlanması  heç də təsadüfi deyildi. Tədbir 10 Mart Milli Teatr Gününə həsr edilmişdi. Tədbir “Ana dili-şirin dil” nəğməsinin sədaları altında dil haqqında söylənilmiş ifadələri özündə əks etdirən videoçarxın nümayişi ilə başlandı. Tədbirin təşkilatçısı Azərbaycan dili müəllimi Rübabə Əzizbəyli6A sinif rəhbəri Aytən Əliyeva qonaqları, tədbir iştirakçılarını salamladıqdan, ana dilinə aid  şeirlər söylədikdən sonra tamaşa nümayiş etdirildi. Tamaşa “Xəbərlər” verilişində aparıcının Ana dilinin bütün sözlərini əhatə edən kitabın yoxa çıxdığı, tapılmadığı təqdirdə dilimizdəki sözlərin unudulub yoxa çıxacağını bildirməsi və kitabın axtarışda olduğunu elan etməsilə başlandı. Sonra Mərkəzin Azərbaycan bölməsinin 3-8-ci sinif şagirdləri “ Bizim Cəbiş müəllim”, “Qayınana”, Sehirli xalat”, “Yol əhvalatı”, “Ulduz” , “Ögey ana”, “Həm ziyarət, həm ticarət” filmindən parçaları məharətlə ifa etdilər. Tamaşanın sonunda “Ey əziz anam, Azərbaycan!” nəğməsi səsləndirildi, şagirdlər Azərbaycan dili haqqında ürək oxşayan ifadələr söylədikdən sonra Rübabə xanım iştirakçıları təqdim etdi: “ Ana dili” kitabını oğurlayaraq  hamıya vətənpərvərlik dərsi keçən Vətənpərvər – Rail Novruzov (8A), Cəbiş müəllim – Babazadə Miroğlan (5 A), Cəbiş müəllimin həyat yoldaşı –   Orucova  Əminə(5 A);  Cənnət xala  –  Mahmudova  Əminə  ( 8A), Əli – Həziyev İbrahim  (5 A); Xan –  Hacızadə Cəlal (6A),    Rəşid– Cəfərov Fərid( 6R1),  Polis  – Qəribov Səbuhi (4R1),  Uşaqlar –  Qaraşova Nuray ( 3R1),  Həmidova Gözəl ( 3R1),  Əhmədov Həsən( 3R2); Qurban  –  İbrahimli Cəmaləddin  (6A),    Bacıoğlu – Əhmədov Ayxan (5 A), Paşa–Şərifov Rəsul(5R); Möhsün –  Məmmədov Rəvan ( 6R2), Nazik–Mahalova Emel ( 5R); Mustafa – Fərzəlibəyov Abbasbəy (8A), Nuriyyə–Babazadə Mələk (8A), Davud–Hüseynzadə Sənan (8A); Dilarə – Zeynallı Bülbül (6R2), İsmayıl – Əliyev Kamal ( 6R1),Cəmilə –Ağayeva Leyla( 4R1), Vətənpərvər – Novruzov Rail (8A).

Sonda Mərkəzin direktoru Lümunət Kərimova  çıxışında vurğuladı ki, səhnədə məharətlə çıxış edən uşaqlar həm Azərbaycan, həm də rus bölməsinin şagirdləridir. Uşaqları təbrik edən Lümunət xanım tədbirin təşkilatçısı Rübabə Əzizbəyliyə,  6A  sinif rəhbəri Aytən Əliyevaya və Azərbaycan dili müəllimi Elina Əliyevaya təşəkkür etdi  və şagirdlərə tövsiyələrini bildirdi: “ Əziz uşaqlar, sizin bu qədər istedadlı olmağınıza sevinirik. Doğma dilimizi sevin, sevdirin! Ona incəliklərinə qədər bələd olun, dilimizi yad təsirlərdən qoruyun! Bax o zaman biz sizinlə daha çox fəxr edərik! ”

Mərkəzin təsisçisi Arif Qaraşov tamaşanı məmnunluqla izlədiyini söyləyib təbrik və təşəkkürünü bildirdikdən sonra tövsiyə etdi ki, dilimiz, vətənimiz, təhsilimiz, şagirdlərimizin uğurlu, xoşbəxt gələcəyi naminə daim fəaliyyətdə olaq, Azərbaycanın adını zirvələrə ucaldaq.

Mərkəzdə hər il ənənəvi olaraq keçirilən Azərbaycan dili və ədəbiiyatı ongünlüyü adı çəkilən tədbirlər əsasında müvəffəqiyyətlə yekunlaşdı.

 

_DSC0301

_RAM1772

20170227_135325

20170228_134720

20170302_122827

 

 

No Comment

0

Post A Comment