Localization

Canada Goose outlet https://www.gasinc.nl Canada Goose jas canada goose outlet Canada Goose outlet

Ib - Partners

International Baccalaureate (IB) qeyrikommersiya təhsil təşkilatı 1968-ci ildə Cenevrədə təsis edilmişdir. Hal-hazırda onun mərkəzi Qaaqada yerləşir. International Baccalaureate müxtəlif ölkələrin məktəb təhsili sistemlərinin ən yaxşı cəhətlərini özündə cəmləşdirən universal bir proqramdır.  O, sanki bütün kollec və universitetlərin anladığı universal bir dildir. Hal hazırda IB 141 ölkədə 3296 məktəblə fəaliyyət göstərir. IB sisteminin 3 proqramı üzrə təhsil alan tələbələrin sayı 1 milyona yaxınlaşır. “IB Dünya Məktəbi” statusunun alınması 2 ildən çox vaxt tələb edən geniş bir prosesdir. Bu vaxt ərzində BB proqramının tədrisi üçün tələb olunan hərtərəfli şəraitin olmasına əmin olmaq üçün BB nümayəndələri dəfələrlə məktəbi ziyarət edirlər.  XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi avtorizasiya prosesini uğurla keçərək, 2011-ci ilin iyun ayından IB Diplom Proqramını tədris edən “IB Dünya Məktəbi” statusunu almışdır.