Localization

Canada Goose outlet https://www.gasinc.nl Canada Goose jas canada goose outlet Canada Goose outlet

IBDP

The İnternational Baccalaureate (Beynəlxalq Bakalavriat) nədir?

International Baccalaureate (İB)qeyrikommersiya təhsil təşkilatı 1968-ci ildə Jenevada təsis edilmişdir. Hal-hazırda onun mərkəzi Qaaqada yerləşir.

International Baccalaureate 3 təhsil proqramı təklif edir:Ibtidai Siniflər üçün Proqram (Primary Years Programme), Yuxarı Siniflər üçün Proqram (Middle Years Programme) və Diplom Proqramı (Diploma Programme). Bu proqramlar 3 yaşından 19 yaşınadək uşaqların təhsil tələbatını ödəmək üçün nəzərdə tutulmuşdur.

International Baccalaureate müxtəlif ölkələrin məktəb təhsili sistemlərinin ən yaxşı cəhətlərini özündə cəmləşdirən universal bir proqramdır.  O, sanki bütün kollec və universitetlərin anladığı universal bir dildir.

Hal hazırda İB 141 ölkədə 3296 məktəblə fəaliyyət göstərir. İB sisteminin 3 proqramı üzrə təhsil alan tələbələrin sayı 1 milyona yaxınlaşır.

 

İnternational Baccalaureate XXI Əsr Təhsil və İnnovasiya Mərkəzində

“IB Dünya Məktəbi” statusunun alınması 2 ildən çox vaxt tələb edən geniş bir prosesdir. Bu vaxt ərzində BB proqramının tədrisi üçün tələb olunan hərtərəfli şəraitin olmasına əmin olmaq üçün BB nümayəndələri dəfələrlə məktəbi ziyarət edirlər.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi avtorizasiya prosesini uğurla keçərək, 2011-ci ilin iyun ayından IB Diplom Proqramını tədris edən “IB Dünya Məktəbi” statusunu almışdır.

 

İB Diplom Proqramı Nədir və o Sizə Nə Verir?

IB Diplom Proqramı tədris baxımından çətin və eyni zamanda balanslaşdırılmış təhsil proqramı olaraq, 16-19 yaşlı şagirdlər  (X – XI sinifdə təhsil alan şagirdlər) üçün nəzərdə tutulmuşdur. İkiillik proqramının sonunda verilən imtahanlar gəncləri universitet və universitet sonrası həyatda uğur qazanmağa hazırlayır.

Bu proqram dünyanın bir çox aparıcı unversitetləri tərəfindən tanınmış və hörmət qazanmışdır. İB Diplomunu əldə etmiş şagird dünyanın demək olar ki, istənilən universitetinə imtahanı vermədən qəbul ola bilər. Bəzi universitetlər bu tələbələri birbaşa ikinci kursa qəbul edirlər.

Proqram çərçivəsində akademik nailiyyətlərə, kritik düşünmək bacarığına və müstəqil işləmək vərdişlərinin yetişdirilməsin əəsas yer verilir. Bunun sayəsində şagirdlərin motivasiyası, biliyə olan marağı və nəticə etibarilə müvəffəqiyyət dərəcəsi artır.

 

Diplom Proqramının Kurrikulumu

Dimplom Proqramı üzrə təhsil 2 il ərzində ingilis, fransız və ya ispan dillərində aparılır. IB Diplom Proqramının tələbələri seçdiyi 6 fənndən üçünü yüksək, digər üçünü isə standart səviyyədə oxuyurlar.

Proqramın fənnləri  6 qrupa bölünüb. Tələbə bu qrupların hər birindən bir fənn seçməlidir:

  1. Dil və Ədəbiyyatın öyrənilməsi (əsasən ana dilində).
  2. Xarici dil və o dildə ədəbiyyat.
  3. İnsan və Cəmiyyət (tarix, psixologiya, coğrafiya, iqtisadiyyat, fəlsəfə, biznes və idarəetmə, inforomasiya texnologiyaları və digər)
  4. Təbiət elmləri (biologiya, fizika, kimya, ekoloji sistemlər və digər)
  5. Riyaziyyat.
  6. Seçimə görə əlavə fənnlər (dizayn, musiqi, teatr sənəti və digər).

Altıncı qrup fənnləri əvəzinə 1-5 qruplardan digər bir fənn seçilə bilər.

Əlavə olaraq, proqramın özəyini təşkil edən 3 əsas şərt var ki, onlar da tələbələrin təhsil təcrübəsini genişləndirmək və onları bilik və anlayışlarını təcrübədə tətbiq etməyə sövq etmək üçün daxil edilmişdir. Onlar: Biliyin Nəzəriyyəsi (Theory of Knowledge), Geniş Esse (Extended Essay) və Yaradıcılıq, Fəaliyyət və Xidmət (Creativity, Action and Service). Onlardan imtahan vermədən, Diplomun alınması mümkün deyil.

 

IB Diplom Proqramı üzrə Qiymətləndirmə Sistemi

Proqramın sonunda tələbələr yazılı imtahan verir. Onun nəticələri IB-nin xarici imtahançıları tərəfindən qiymətləndirilir. Tələbələr həmçinin məktəb daxilində yoxlama tapşırıqları yerinə yetirirlər. Bu tapşırıqlar əvvəlcə müəllimlər tərəfindən qiymətləndirilir, sonra isə xarici imtahançılara göndərilir.

İB Diplomu, ən azı 24 bal toplayan tələbələrə verilir (6 imtahan, yüksək qiymət 7 və Biliyin Nəzəriyyəsi, Geniş Esse və CAS-a görə 3 bal). Beləliklə,  Diplom Proqramında verilən ən yüksək bal 45-dir.