Localization

Canada Goose outlet https://www.gasinc.nl Canada Goose jas canada goose outlet Canada Goose outlet

Primary education

XXI   ƏSR  Beynəlxalq  Təhsil  və  İnnovasiya  Mərkəzi dərslərin və  məşğələlərin  müasir texnologiyalarla  keçdiyi innovasiya mərkəzidir.

Kompetensiya  əsasında  kurikulum

İbtidai  təhsil  üzrə  CİPP  Kembric Beynəlxalq Proqramı

İntellekt  texnologiyası P.e.d. M.A.Ziqanovun müəllif olduğu tədris proqramı

(Moskva şəh.Lomonosov  məktəbinin elmi rəhbəri).

İnteraktiv lövhədən istifadə etməklə interaktiv dərslər.

İbtidai siniflər ayrı korpusda yerləşır. Bu uşaqların  həmyaşıdlarının  əhatəsində   olmasına və ünsiyyətinə şərait yaradır. Eyni zamanda pedaqoqlar tərəfindən uşaqlara    keyfiyyətli  nəzarətə imkan yaradır.

1-ci  sinfə qəbul  psixoloji test və məktəbə hazırlığı yoxlamaq üçün müsahibə   keçirilməsi yolu ilə aparılır.

1-ci sinifdən Azərbaycan  və  rus bölmələrində ingilis dili dərsləri  Kembric Beynəlxalq  Proqramı  əsasında  tədris  edilir.

Yüksək peşəkar   müəllimlər şagirdlərin qavrama, təfəkkür, fərdi xüsusiyyətlərini  və yaradıcılığını nəzərə alaraq  öz  dərslərini  bu  istiqamətdə  qururlar.

Riyaziyyat, dillər, informatika, həyat  bilgisi dərsləri şagirdlərə elmin əsaslarını öyrənməyə  imkan yaradır.

Fiziki tərbiyə dərsləri  və  üzgüçülük məşğələləri  uşaqların  fiziki sağlamlığının  möhkəmlənməsinə  yardım edir.

İxtisas müəllimləri tərəfindən tədris olunan musiqi, texnologiya , təsviri incəsənət dərsləri  şagirdlərin   istedad və  bacarıqlarının üzə çıxarılmasına  imkan  yaradır.

Günün ikinci yarısında  müstəqil  hazırlıq  dərsləri keçirilir. Bu dərslərdə şagirdlər ev tapşırıqlarını müstəqil yerinə yetirirlər. Tapşırıqların keyfiyyətli yerinə yetirilməsinə  müəllim assistentlər nəzarət edirlər.

Mərkəzdə  fəaliyyət  göstərən  rəsm, rəqs,  şahmat, karate ,aviamodelləşdirmə və s. dərnəklər  şagirdlərin əlavə maraqlarının təmin  edilməsinə  xidmət edir.

Şagirdlərin yaradıcılığının nümayiş etdirilməsi məqsədilə Mərkəzdə vaxtaşırı  sərgilər təşkil olunur.

Uşaqlar hər il Mərkəzdə keçirilən fənn olimpiadasında və “İntellekt marafonu”nda  iştirak edirlər. Eyni  zamanda  tədqiqat layihə işlərinində , idman yarışlarında, müsabiqələrdə, müxtəlif  tədbirlərdə iştirak edərək bilik və bacarıqlarını nümayiş etdirirlər.

Təhsil müddətində  uşaqlar müxtəlif  məktəbdənkənar  tədbirlərə  cəlb olunurlar: şəhər və  şəhərətrafı    ekskursiyaya,  xarici ölkələrə, muzeylərə, teatrlara  və s. məkanlara .

Şagirdlərin  təhlükəsizliyini  qorumaq  üçün  dəhlizlərdə  müşahidə  kameraları quraşdırılmışdır.