İngilis dili dekadası
13-24 Fevral tarixində mərkəzimizdə İngilis dili delkadası keçirilmişdir. Dekada ərzində bir çox maraqlı tədbirlər təşkil edilmişdir: Dövlət İncəsənət muzeyinə ekskursiya(müəllimlər: Səbinə M. və Xatirə S.), Nizami kinoteatrında İngilis dilində filmə baxış, amerikalı trener Virgil Ternerin “Dərsin Planlaşdırılması” mövzusunda treninqi, gənc İngilis dili müəllimləri Fəridə Sucayeva və Türkan Əliyevanın “İnteraktiv Təlim Üsulları” mövzusunda terninqi, 9 a sinif şagirdlərinin hazırladığı Mural layihəsi(“The UK Map”Gülşən Səmədova), İbtidai siniflərdə ” The UK Geography and Sightseeing Places” mövzusunda əl işləri sərgisi, Birləşmiş krallığın coğrafiyası və tanınmış şəxsləri mövzusunda viktorina(müəllimlər: Nazakat V., Xatirə S., Türkan Ə.), ADA universitetində İngilis dili olimpiadasında yuxarı sinif şagirdlərimizin iştirakı və İngilis dili müəllimlərinin açıq dərslərinin nümayişi.
No Comment