Localization

Canada Goose outlet https://www.gasinc.nl Canada Goose jas canada goose outlet Canada Goose outlet

Intellect Technology

“İntellekT” texnologiyası

Əsası pedaqoji elmlər namizədi Ziqanov Marat Aleksandroviç tərəfindən qoyulmuş “İntellekT”  tədris texnologiyası 20 ildən artıqdır ki, yaranıb.

2003- cü ildən etibarən XXI ƏSR Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi “İntellekT” proqramının Azərbaycandakı rəsmi distribütorudur.

XXI ƏSR BTİM – in şagirdləri 2005- ci ildən Moskva şəhərinin Lomonosov məktəbi tərəfindən keçirilən “İntellekT” olimpiadasının iştirakçıları və mükafatçılarıdır.

2008- ci ildə Mərkəzimizdə Bakı şəhəri üzrə beş məktəb və Riqa şəhərinin “Maksima” gimnaziyasının iştirakı ilə I şəhər “İntellektual Marafonu” keçirilmişdir.

İstedadlı uşaqların aşkar və inkişaf etdirilməsinə dair Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsaslanaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə 2009 – cu ildə XXI ƏSR BTİM –də “İntellekt Marafonu” təşkil olundu.

2010-cu ildə Bakı şəhəri üzrə iki minə yaxın məktəblinin iştirak etdiyi “İntellektual Marafon -2010”həyata keçirilmişdir.

“İntellekT” texnologiyası XXI ƏSR BTİM – in təlim prosesinə ayrıca bir fənn kimi daxil edilmişdir.

Məqsədlərə aşağıdakı vəzifələri yerinə yetirməklə nail olunur:

  • Təcrübədə tətbiq etmək məqsədilə şifahi və yazılı nitqi yadda saxlamaq qabiliyyətinin inkişaf etdirilməsi
  • Diqqətin müxtəlif xüsusiyyətlərinin inkişafı : diqqətin seçiciliyi, keçirilməsi, davamlılığı və s.
  • Təfəkkürün inkişafı : təhlil, tərkib, müqayisə, qarşılıqlı təsirin üzə çıxarılması
  • Obraz yaratmaq, onların fikrində müəyyən müddət saxlamaq və onlarla müxtəlif  manipulyasiyalar etmək bacarığı
  • Fənlər üzrə tezaurusun formalaşdırılması
  • Məhsuldar oxu vərdişlərinin inkişaf etdirilməsi
  • Dinlənilən mətnlərin məhsuldar mənimsənilməsinin inkişafı
  • Məktəb proqramının əsas fənləri üzrə fikri yazılı ifadə etmək vərdişlərinin formalaşdırılması