Localization

Canada Goose outlet https://www.gasinc.nl Canada Goose jas canada goose outlet Canada Goose outlet

Curriculum

Milli Kurikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına və problemlərin həllinə yönəlmişdir.

Milli Kurikulum bilavasitə aşağıdakı funksiyaların reallaşdırılmasına xidmət edir:

ümumi təhsilin pillələri, bu pillələrdə tədris olunan fənlər arasında əlaqələrin və ardıcıllığın təmin edilməsi;
• fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi;
• təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması;
• nəticəyönümlü fənn kurrikulumlarının hazırlanıb tətbiq olunması;
• təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında müəyyənləşdirilməsinin təmin olunması;
• şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin edilməsi.

Milli Kurikulum aşağıdakı ümumi prinsiplərə istinad olunmaqla hazırlanmışdır:

 

  • milli və ümumbəşəri dəyərlərin nəzərə alınması;
  • ümumi inkişafı, meyil və maraqları nəzərə alınmaqla bütün şagirdlərə əlverişli təlim şəraitinin yaradılması;
  • tələbyönümlülük;
  • nəticəyönümlülük:
  • şagirdyönümlülük;
  • inteqrativlik.