Localization

Canada Goose outlet https://www.gasinc.nl Canada Goose jas canada goose outlet Canada Goose outlet

Preparatory

Uşaq bağçasında hər bir uşaq özünü xoşbəxt  hiss etməlidir.

 

Kiçik yaşlı uşaqların psixi və fiziki inkişafı öz intensivliyi ilə xarakterizə olunur. Uşaqlarda hərəkətini planlaşdırmaq qabiliyyəti , fəallığı artır, məqsədyönlü hərəkətlər güclənir və uyğunlaşdırılmış xarakter alır. 3-4 yaşdan uşağın xasiyyətində və fəaliyyətində  də dəyişikliklər baş verir. Bu özünü psixi proseslərin inkişafında ,ətrafdakılarla ünsiyyətdə də göstərir.

    3-4 yaşlı uşaqların nitqi intensiv surətdə inkişaf etməyə başlayır,onların lüğət ehtiyatı zənginləşir. Uşaqlarda böyüklərin suallarına düzgün başa düşüb ona cavab vermək  bacarıqları inkişaf edir. Böyüklərin qarşısında nitqi inkişaf edərkən əsasən bu məqsəd gözlənilməlidir.

  • nitqin qramatik qurlruşunun formalaşması.
  • lüğət ehtiyatının  zənginliyi.
  • rabitəli nitqin inkişaf etdirilməsi.
  • “səs” və “söz” mədəniyyətinin inkişafı
  • nitkin artikulyasiya  aparatının inkişafı.

    Oyunların (xüsusiylə də) hərəkətli oyunların bu yaşda çox böyük əhəmiyyəti vardır.Oyunlar zamanı uşaqların fəallığı, müstəqilliyi artır. Uşaqları birgə oyuna cəlb edərək oyunun ardıcıllığına tabe olaraq  qruplarla və qoşa-qoşa oynamağı öyrənirlər. Artıq bu yaşda uşaqlar xarici dili də öyrənirlər.

Sadə riyazi təsəvvürlərin inkişafı.    

  • Miqdar və sıra sayı
  • Kəmiyyət
  • Həndəsi fiqurlar
  • Məkana bələdlik
  • Zamana bələdlik öyrədilir
  • Oxu dairəsi

Heyvanlar haqqında ədəbiyyatın oxunması. Təbiətdə olan hadisələr,uşaqlara həyat bilgisinin öyrədilməsi.

Təsviri fəaliyyət üzrə

  • Materiallar və vəsaitlərlə tanışlıq.
  • Rəsm
  • Yapma
  • Applekasiya
  • Quraşdırma

Musiqi tərbiyəsi

  • musiqili ritmik hərəkətlər
  • musiqinin dinlənilməsi
  • oxuma
  • musiqili didaktik oyunlar

Mədəni əyləncəli fəaliyyət

 

  • dəvət olunan kollektivlərin ifasında teatralaşdırılmış tamaşalar
  • ədəbi-musiqili konsertlər
  • tematik və təqvim bayramları
  • ad günü
  • tənəzzöhlər.

Öyrənirlər ona görə yox ki, böyüklər razı qalsın, ona görə ki, maraqlıdır. Bayramlar uşaqların ən sevdiyi vaxtdır. Keçirilən bayramlarda uşaqlar oynayır ,oxuyur, rəqs edərək öz yaradıcı potensiallarını təqdim edirlər.
Həyatının 5-6 ilində uşaqların fiziki inkişafında çox mühüm dəyişikliklər baş verir. Uşaq əsas hərəkətlərə müvəffəqiyyətlə yiyələnir. Uşaqların  inkişafının effektliyini artırmaq məqsədilə düşünülmüş hərəki rejmin,təlim məşğələlərində müxtəlif oyunların , oyun tapşırıqlarının musiqili-ritmik mümürisələrin əhəmiyyəti vardir.

Emosional təşkil olunmuş hərəkəti fəallıq uşaqların nəinki fiziki inkişafına həmdə psixoloji hazırlığına təsir göstərir.

Biz  çox şadıq ki, siz körpə balalarınızı bizə etibar edirsiniz. Bu etimadı doğrultmağa çalışacayıq.Rəhbərlik bütün  qüvvəsini bu işə sərf edir. Biz uşaqların yaradıcılıq potensiyalının üzə çıxmasında onlara yaxından köməklik göstəririk.Bunlar hamısı bizin gözümüzün qarşısında baş verir. Bu çox sevindirici haldi. Heç vaxt istəməzdik ki, bağçaya gələn uşaqlar bir neçə saatlıqda olsa özlərini atılmış hesab etsinlər. Onların gözlərindən axan hər damla yaş bizi də  məyus edir. Axı onları çox sevirik. Düzdü biz onlara analarını əvəz ede bilmərik amma bacardığımız qədər bu işin öhtəsindən gəlməyə çalışırıq.

Baxmayaraq ki, onlar hələ körpədilər, onlara qarşı olan münasibəti dəqiqliyi ilə hiss edirlər.Bu da onların təlim-tərbiyə işlərinin düzgün qurulmasının nəticəsidi.

Uşaqların beynini yükləməmək üçün  həftəsonu onlara ev tapşırıqları verilmir. Bununla yanaşı,hər valideyinə keçirilmiş  mövzuların proqramı verilir. Keçirilmiş məşğələlər daima metodist və  müdir tərəfindən yoxlanılır. Bağçamızda uşaqların  intelektual səviyyəsi ,mədəni və əxlaqi tərbiyəsi, həmçinin fiziki inkişafı daha da təkmilləşir.

Keçirdiyimiz hər bir tədbir kollektiv tərəfindən dəfələrlə müzakirə olunur.Seçilən Şeirlər,mahnılar və rəqslər hər bir uşağın bacarıq və qabiliyyətinə uyğun verilir.Uşağın kiçik də olsa çıxışı  valideyinin qəlbində böyük bayrama çevrilə bilər. Ona göre də heç bir uşaq tədbirdən kənar qalmasın deyə hər uşağın  işdirakını təmin edirik.

    AİLƏNİZƏ SÜLH VƏ XOŞBƏXTLİK, SİZƏ VƏ ÖVLADLARINIZA SAĞLAMLIQ ARZU EDİRİK!

Həyatının ilk  məsuliyyətli addımını atmağa hazırlaşan uşaqlar üçün “XXI əsr- BTİM”də xüsusi məktəbə hazırlıq şöbəsi fəaliyyət göstərir.

Hazırlıq şöbəsindəki məşğələlər sizin uşağınıza məktəb proqramı, nizam-intizam və digər faydalı bacarıqları öyrənməyə yardımçı olacaqdır. Hazırlıq şöbəsində 3 bölmə var: azərbaycan, rus, ingilis. Məşğələlərin orta vaxtı 30 dəqiqədir. Məşğələlər zamanı idman dəqiqələri keçirilir.

BTİM- də  təhsil və tərbiyə Mərkəzin xüsusi hazırlanmış proqramı üzrə keçirilir. Hazırlıq şöbəsinin proqramını hazırlayarkən biz əmin  olduq ki, məktəbəqədər tərbiyə uşağın yalnız maksimal dərəcədə inkişafından ibarət deyil, hər şeydən öncə yetirmənin tam şəkildə fərdi bacarıqlarının inkişafı və meydana çıxarılması, hər bir yetirmənin müstəsnalığı və bənzərsizliyidir.

Hazırlıq şöbəsinin təhsil proqramı bir neçə bloka bölünmüşdür:

  • Fiziki-sağlamlıq bloku:

Fiziki tərbiyə, üzgüçülük, sağlamlığa həsr olunmuş tədbirlər.

  • İnkişafetdirici blok:

Savad təliminə hazırlıq, psixolji kömək, riyaziyyat və məntiqin əsasları.

  • Dərketmə bloku:

Ətraf aləmlə tanışlıq, ekoloji tərbiyə, oyunlar.

  • Dilçilik bloku:

Nitqin inkişafı, xarici dil, səslərin düzgün tələffüzü, bədii ədəbiyyatla tanışlıq.

  • Bədii-estetik blok:

İncəsənətlə tanışlıq, yapma, nəqqaşlıq və qrafika, aplikasiya, quraşdırma, bədii əmək və uşaq dizaynı, musiqi qabiliyyəti, ritmoplastika və xoreoqrafiya, səhnələşdirmə.

Proqram uşaqların fiziki və psixolji sağlamlığına xüsusi diqqət yetirir.

 Psixoloq uşaqların uyğunlaşmasında, inkişafında fəal iştirak edir və lazım gəldikdə valideynlərə dəyərli məsləhətlər verir.

Həkim-pediatr  uşaqların  sağlamlığını  hər  zaman nəzarətdə  saxlayır ( uşaqların səhər qəbul edilməsi, təmiz havada gəzinti zamanı və  yuxudan sonra müşahidə).İldə iki dəfə antropometriya  keçirilir ( insan bədənin müxəlif hissələrini ölçməkdən ibarət tədqiq üsulu )

 Hazırlıq şöbəsinin metodisti dərs prosesinin keyfiyyətli olmasına nəzarət edir.

Sizin övladınız – bizim qayğımızdır!