Localization

Canada Goose outlet https://www.gasinc.nl Canada Goose jas canada goose outlet Canada Goose outlet

Center Services

Kitabxana xidməti

XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin kitabxanası, mərkəz fəaliyyət göstərdiyi gündən yaranıb və struktur bölməsi olaraq fəaliyyət göstərir. Kitabxana zəngin informasiya resurs bazasına malikdir.

Mərkəzin kitabxanasının məqsədi öz fondunu daima azərbaycan, rus, ingilis və digər dillərdə yeni çıxan ədəbiyyatlarla, kitablar, jurnallar, qəzetlər, audiovizual vəsaitlər, xəritələr, əyani vəsaitlərlə zənginləşdirmək, şagirdlərin müstəqil inkişaf meyllərini inkişaf etdirməkdə onlara kömək etməkdir. Şagirdlərin mütaliəyə marağını artırmaq üçün kitabxana saaatları da təşkil olunur.

Kitabxanamızdan istifadə etmək üçün mərkəzin şagirdi, müəllimi, ümumiyyətlə əməkdaşımız olmağınız kifayətdir. Bunun üçün hər bir yeni oxucu kitabxanaçıya yaxınlaşıb qeydiyyatdan keçməlidir. Kitabxana daxilində istifadəyə verilən materiallar, yəni lüğətlər və ensiklopediyalar istisna olmaqla oxucular digər materialları kitabxanadan götürə bilərlər. Kitabxana daxilində istifadəsi mümkün olmayan materialların isə kitabxanada üzünü çıxarıb istifadə etmək olar.

Kitabxananın fəaliyyətinə kitabxanaçılar nəzarət edir. Onların vəzifələri aşağıdakılardır :

  • BTİM-in kitabxana fondunun, ədəbiyyat nümunələrinin etibarlı şəkildə toplanması, qorunması sayəsində müstəqil və yaradıcı düşünən vətəndaşın yetişdirilməsinə fəal yardım etmək məqsədilə onların şagirdlər arasında geniş təbliğini həyata keçirir;
  • BTİM-in ümumtəhsil məktəbini, məktəbəqədər hazırlıq şöbəsini, uşaq bağçasını daimi olaraq dərs və əyani vəsaitlərlə, audio-video materiallarla, sinifdənxaric və metodiki ədəbiyyatla təmin edir;
  • BTİM-in kitabxana fonduna sosial, fiziki-kimyəvi, bioloji amillərin təsirinə diqqət yetirir, vaxtaşırı havalandırmanı, elektrik, istilik, su və digər qurğuların fəaliyyətinə, ədəbiyyatın müxtəlif zərərvericilərdən mühafizəsinə, yanğın təhlükəsizliyinə nəzarəti təmin edir;
  • Kitabxananın qiraət zalında kitab, jurnal, qəzet, digər çap məhsullarından, audiovizual və texniki vasitələrlə oxunan materiallardan və başqa informasiyya mənbələrindən kitabxana oxucularının tam istifadə etməsi üçün hər cür şərait yaradır, lazım olan ədəbiyyatın seçilməsində şifahi məsləhət yolu ilə köməklik göstərir, nların kataloqlardan, tövsiyə siyahılarından və biblioqrafik materiallardan istifadə etmələrinə yardım edir, oxucu formulyarının doldurulmasını təmin edir;
  • BTİM-in abunəçisi olduğu gündəlik dövrü nəşrlərin qəbulunu həyata keçirir, mütəmadi dərslik və digər ədəbiyyatın əldə edilməsi məqsədilə yeni nəşrlərlə maraqlanır, əldə edilməsinə dair vəsatət qaldırır;
  • Kitabxana fondunun uçotu kitabında BTİM-in kitabxana fondunun uçotunu aparır: ədəbiyyatın qəbulunu, ona 10×40 mm həcmində dördkünc formadan ibarət ştampın vurulmasını, inventar kitablarında (dərsliklərin, bədii ədəbiyyatın, əyani vəsaitlərin, audio-video materialların qeydiyyatı kitabları)  və elektron daşıyıcılar üzərində qeydə alınmasını, həmçinin fonddan çıxarılmasına dair təqdimat verilməsini təmin edir;
  • Kitabxana fonduna daxil olan hər bir ədəbiyyat nüsxəsi üçün bir (növbəti) inventar nömrəsi verir, müəyyən olunmuş formada uçot kartoçkasını tərtib edir, uçot kartoçkasının üz hissəsində kitabın biblioqrafik təsvirini verir və inventar nömrəsini qeyd edir; uçot kataloqunda kartoçkaların düzülüşünü əlifba kataloqunun tərtibi qaydaları əsasında aparır;
  • Cırıldığına, məzmunca köhnəldiyinə görə və oxucular tərəfindən itirilmiş çap məhsullarının çıxarılması üçün tərtib olunan aktları təsdiq edir, itirilmiş ədəbiyyatın əvəzinə alınan çap məhsullarını kitabxananın «Oxucular tərəfindən itirilmiş ədəbiyyatın əvəzinə alınan ədəbiyyatın uçotu dəftəri»ndə qeyd edir;
  • Kitabxana fonduna daxil olan yeni ədəbiyyat haqqında oxuculara müntəzəm olaraq məlumat verir (yeni kitabların sərgisi, yeni daxil olan ədəbiyyatın bülleteni və s.), yaradıcılıq gecələri, müsabiqələr və təqdimatlar keçirir, mühüm hadisələrlə bağlı tədbirlərə dair materiallar təqdim edir;
  • BTİM-in virtual kitabxanasının yaradılması istiqamətində keçirilən tədbirlərdə fəal iştirak edir və təkliflər verir;
  • Tədris ilinin sonunda kitabxana fonduna daxil olan və oradan çıxarılan ədəbiyyatın miqdarını yekunlaşdırır, təzə tədris il üçün fondda saxlanan ədəbiyyatın miqdarını müəyyənləşdirir, umumi inventarizasiyasını həyata keçirir, şagirdlərə istifadə edilməsi üçün verilmiş dərs vəsaitlərini geri tələb edir;
  • BTİM-də Kembric və İB  proqramı üzrə fəaliyyət göstərən müəllimlərin müvafiq kitablarla, internet resurslarından çıxarışlarla və audio-video materiallarla təhciz edilməsini, sifariş və əldə edilməsini təmin edir;
  • BTİM-in rəhbərliyinin tələblərini vaxtında və düzgün yerinə yetirir;
  • Onun sərəncamına verilmiş mal-material ehtiyyatlarının qorunub-saxlanılmasını təmin edir.
  • BTİM-in işçilərinə, uşaqlara və valideynlərə həmişə diqqətlə yanaşır;
  • Texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalara riaət edir.

Psixoloji xidmət

Psixoloji xidmət XXI ƏSR Beynəlxalq Təhsil və İnnovasiya      Mərkəzi struktur bölməsi olaraq fəaliyyət göstərir.

Psixoloji xidmət fasiləsiz təlim-tərbiyənin bütün mərhələlərində  uşaqların fərd kimi formalaşmasına, onların  proqressiv psixi i  İnkişafına, meyl, maraq və təbii imkanlarının  reallaşdırılmasına, mümkün pozuntuların profilaktikasının  təminatına, təhsilə münasibətdə  pozitiv motivasiyanın yaradılmasına  yardım edir.

Psixoloji xidmətin fəaliyyəti həm ümumi psixoloji hazırlıq, həm də uşaq, yaş və pedaqoji psixologiya, psixodiaqnostika, psixokorreksiya sahəsində həyata keçirilir.

Xidmətin vəzifələri:

  • Mərkəzin sosial inkişaf vəziyyətinin psixoloji təhlili, əsas problemlərin, onların yaranması səbəblərinin, həlli yollarının və vasitələrinin müəyyən edilməsi;
  • şəxsiyyətin bütün yaş mərhələlərinə uyğun intellektual və fərdi inkişafına yardım edilməsi;
  • uşaqlarda öz müqəddəratının həll edilməsi bacarığının və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinin formalaşdırılması;
  • uşaqların psixoloji-pedaqoji öyrənilməsi əsasında hər birisinə fərdi yanaşmanın təmin edilməsi;
  • Mərkəzdə sosial-psixoloji mühitin harmonizasiyası istiqamətində pedaqoji kollektivə yardım edilməsi;
  • təhsil proqlamlarının məzmunu və qavrama üsullarının uşaqların fərdi və intellektual inkişafına uyğun adaptasiyası məqsədilə psixoloji təminat;
  • uşaqların inkişafında və sağlamlıqlarında sosial və psixoloji  yayınmaların profilaktikası, aradan qaldırılması;
  • Mərkəzdə tətbiq olunan təhsil proqlamlarının və layihələrin, metodiki vəsaitlərin, mütəxəssislərin peşə fəaliyyətinin komleks psixoloji-pedaqoji ekspertizasında istirak edilməsi;
  • milli və xarici psixologiya elmi sahəsində əldə edilmiş yeni nəaliyyətlərin Mərkəzin fəaliyyətinə tətbiq olunması və yayılmasına yardım edilməsidir;
  • Mərkəzin pedaqoji işçilərini psixologoya elmində əldə edilmiş elmi-metodiki vəsaitlərlə təmin edilməsinə yardım edilməsidir.

Metodiki Xidmət

XXI Əsr  Beynəlxalq Təhsil və İnnovasiya Məsrkəzinin Metodisti

Metodiki xidmət BTİM metodisti tərəfindən həyata keçirilir.

  • BTİM-də metodiki işləri planlaşdırır və təşkil edir;
  • Tədris metodiki və tərbiyə işinin keyfiyyətini yüksəltmək üçün müvafiq təkliflər verir və həyata keçirilməsinə çalışır;
  • Metodik materialları sistemə salır, informasiya bankı yaradır və onlardan istifadə olunmasını təşkil edir;
  • Konkret ixtisaslar üzrə tədris planları və proqramlarının, tərbiyəvi tədbirlərin tərtibində iştirak edir, pedaqoji kadrların fənn metodbirləşmələrinin işini təşkil edir və istiqamətləndirir;
  • BTİM-in pedaqoji kadrlarının ixtisasının artırılması və yenidən hazırlanmasının, attestasiyasının təşkilində və keçirilməsində fəal  iştirak edir;
  • Proqnozlaşdırma və planlaşdırmanı yerinə yetirir, kursdan qabaq və kursdan sonrakı dövrlərdə şəxsi təhsilə nəzarət və rəhbərlik edir;
  • BTİM-in səviyyəsində təlimatı tematik problemli seminarlar, aktual mövzular üzrə elmi-praktik müşavirələr keçirir;
  • Təlim-tərbiyənin tətbiqi sahəsində müəllimlərin ən yaxşı məsləhətçisi olmaqla müsabiqə, sərki, olimpiada, baxış, yarış, konfrans, görüşlər, açıq dərslərin keçirilməsində bilavasitə iştirak edir;
  • Qabaqcıl müəllim, metodist və ya alimlərin hazırladıqları didaktik materialları, metodik işləmə və tövsiyələri, digər tədris vasitələrinin müzakirəsini təşkil edir;
  • Qabaqcıl iş təcrübəsini öyrənir, ümumiləşdirir və yayır;
  • Metodşuranın işində fəal iştirak edir, ixtisas fənni üzrə tədrisin keyfiyyətini və şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini öyrənir, təhlil edir, xarakterik səhvləri və çatışmazlıqları aşkara çıxarır, onların aradan qaldırılması üçün BTİM-in  Pedaqoji Şurasına təkliflər verir;
  • BTİM-in rəhbərliyinə uşaqların tərbiyə-təlim prosesinin keyfiyyətinin yaxşılaşdırılmasında, pedaqoji prosesin təkmilləşdirilməsində yaxından köməklik göstərir;
  • BTİM-in rəhbər və pedaqoji işçilərinin qabaqcıl iş təcrübəsini ümumiləşdirir və yayılması üçün tədbir görür, pedaqoji işçilərin metodbirləşmələrinin işini təşkil edir və istiqamətləndirir;
  • Bütün kateqoriyalı pedaqoji işçilər üçün kurslar, seminarlar, metodbirləşmələr təşkil edir;
  • Pedaqoji oxular, konfranslar, müşavirələr hazırlayır və onlarda iştirak edir;
  • Valideynlər arasında pedaqoji biliklərin yayılması işini təşkil edir;
  • BTİM-in fəaliyyətinin qiymətləndirilməsi işində iştirak edir;
  • Tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodik işlərini, həmçinin zəruri tədris-metodik sənədlərin işlənib hazırlanmasını əlaqələndirib uzlaşdırır, metodbirləşmənin illik iş planını tərtib və təqdim edir, metodbirləşmə iclasları keçirir və protokollaşdırır, I və II yarımil üçün təqvim-tematik proqramlarını kafedra üzrə müəllimlərdən qəbul edir, yoxlayır və BTİM-in direktor müavininə təqdim edir;
  •    Müəllimlərlə mütəmadi olaraq fənlər üzrə ayrı-ayrı mövzular və onların tədrisi metodikasını, açıq dərslərin planlarını və nəticələrini müzakirə edir, kafedra müəllimlərinin bir-birinin dərslərində iştiraklarını təşkil edir;
  • Müəyyən olunmuş hesabat sənədlərinin vaxtında hazırlanmasını təmin edir;
  • Mədəni-maarif və sağlamlığın qorunmasına yönəllən tədbirlərin aparılmasında BTİM-in pedaqoji kollektivinə  köməklik göstərir;
  • Dərs proqramlarının yerinə yetirilməsinə, təlim prosesinin aparılmasının texnoloji-təşkilati prinsiplərinin gözlənilməsinə, təlim planının bütün komponentlərinə uyğun fənlərin tədrisi səviyyəsinə nəzarət edir;
  • BTİM-in pedaqoji kadrlarının peşə ustalığının təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin verilməsi, təlimin yeni forma və metodları haqqında informasiyanın yığılıb sistemləşdirilməsi, yeni təlim texnologiyasının öyrənilməsi və tətbiqi işini təşkil edir;
  • BTİM-in psixoloqu ilə birgə təlim-tərbiyə olunan şəxslərin optimal dərs yükü normasının, dərs cədvəlinin hazırlanmasında iştirak edir, təlim-tərbiyə işinin vəziyyəti barədə sinif rəhbərlərinin, müəllimlərin hesabatını alır;
  • BTİM-in valideyn və şagird iclaslarında iştirak edir;
  • BTİM üzrə metodiki işə dair tədbirlərin təşkilinə nəzarət edir və həmin tədbirlərin iştirakçısı olur;
  • BTİM-in rəhbərliyinin tələblərini vaxtında və düzgün yerinə yetirir,
  • BTİM-in işçilərinə, uşaqlara və valideynlərə həmişə diqqətlə yanaşır;
  • Daxili və əmək intizamına, iş vaxtının rejiminə və müddətinə dəqiq riayət edir, işə vaxtında gəlir, iş yerində vəzifə funksiyalarının icrası ilə məşgul olur və digər işçiləri söhbətlə işindən yayındırmır;
  • Texniki təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalara riaət edir.

UŞAQ BAĞÇASI METODİSTİNİN VƏZİFƏLƏRİ

  • BTİM-in uşaq bağçası metodisti:
  • BTİM-in uşaq bağçasında metodiki işləri planlaşdırır və təşkil edir;
  • Tədris metodiki və tərbiyə işinin keyfiyyətini yüksəltmək üçün müvafiq təkliflər verir və həyata keçirilməsinə çalışır;
  • Metodik materialları sistemə salır, informasiya bankı yaradır və onlardan istifadə olunmasını təşkil edir;
  • Tərbiyəvi tədbirlərin tərtibində iştirak edir;
  • BTİM-in uşaq bağçasının pedaqoji kadrlarının ixtisasının artırılması və yenidən hazırlanmasının, attestasiyasının təşkilində və keçirilməsində fəal  iştirak edir;
  • Proqnozlaşdırma və planlaşdırmanı yerinə yetirir;
  • BTİM uşaq bağçası səviyyəsində təlimatı tematik problemli seminarlar, aktual mövzular üzrə elmi-praktik müşavirələr keçirir;
  • Təlim-tərbiyənin tətbiqi sahəsində uşaq bağçası işçilərinin ən yaxşı məsləhətçisi olmaqla müsabiqə, sərki, olimpiada, baxış, yarış, konfrans, görüşlərin keçirilməsində bilavasitə iştirak edir;
  • Qabaqcıl metodist və ya alimlərin hazırladıqları didaktik materialları, metodik işləmə və tövsiyələri, digər tədris vasitələrinin müzakirəsini təşkil edir;
  • Təlim-tərbiyə ilə bağlı onun səmərəliliyinə yönəldilən, elmi pedaqoji yeniliklərə, müasir texnologiyalara söykənən didaktik, psixoloji, metodoloji, interaktiv və kompleks kriterialar əsasında yanaşmanı təmin edir;
  • Qabaqcıl iş təcrübəsini öyrənir, ümumiləşdirir və yayır;
  • Elmi metodik şuranın işində fəal iştirak edir, təlim-tərbiyə işinin keyfiyyətini və uşaqların bacarıq və vərdişlərinin səviyyəsini öyrənir, təhlil edir, xarakterik səhvləri və çatışmazlıqları aşkara çıxarır, onların aradan qaldırılması üçün BTİM-in Məktəbəqədər Şurasına təkliflər verir;
  • Uşaqların tərbiyə-təlim və məktəbə hazırlıq işlərini təkmilləşdirmək üçün uşaq bağçasının işini öyrənir, təhlil edir;
  • Uşaqların təlim-tərbiyə proqramının yerinə yetirilməsini təmin edir, nəzarətdə saxlayır, bütün yaş qruplarında təlim-tərbiyə işlərinin düzgün təşkili üçün məsuliyyət daşıyır;
  • Məktəbəqədər təhsilin kurikulumu layihəsinin məsələlərinin öyrənilməsi, izahı və tətbiqini təşkil edir, onun məzmunu və mahiyyətindən irəli gələn vəzifələrin həyata keçirilməsinə işinə pedaqoji işçiləri cəlb edir;
  • Məktəbəqədər təhsilin dövlət standartları və proqramlarının-təhsilin məzmunu və nəticələrini təmin edən normaların, uşaqların hazırlıq səviyyəsinə verilən tələblərin həyata keçirilməsinə səmərəli nəzarət mexanizmləri tətbiq edir;
  • Məşğələ və qeyri ənənəvi məşğələ formalarının tərbiyəvi aspektinin gücləndirilməsi, uşaqlarda milli iftixar və yüksək vətənpərvərlik hislərinin aşılanması məqsədilə bütün yaş qruplarında keçirilən məşğələ və tədbirlərdə fəal iştirak edir;
  • Uşaqların yaşına müvafiq olaraq pedaqoji vəsait və oyuncaqların seçilməsini həyata keçirir;
  • Müxtəlif yaş qrupları tərbiyəçilərinin, eləcədə uşaq bağçası ilə məktəbin fəaliyyətində varisliyin təmin olunması üzrə işi təşkil edir;
  • BTİM-in uşaq bağçasının rəhbərliyinə və tərbiyəçilərinə uşaqların tərbiyə-təlim prosesinin keyfiyyətinin yaxşılaşdırılmasında, pedaqoji prosesin təkmilləşdirilməsində yaxından köməklik göstərir;
  • BTİM-in uşaq bağçasının rəhbər və pedaqoji işçilərinin qabaqcıl iş təcrübəsini ümumiləşdirir və yayılması üçün tədbir görür;
  • Uşaq bağçasının bütün pedaqoji işçiləri üçün kurslar, seminarlar, metodbirləşmələr təşkil edir;
  • Pedaqoji oxular, konfranslar, müşavirələr hazırlayır və onlarda iştirak edir;
  • Valideynlər arasında pedaqoji biliklərin yayılması işini təşkil edir;
  • Yeni təhsil texnologiyasının əsas komponentlərindən olan monitorinq və qiymətləndirmə sisteminə keçir, uşaq bağçasının fəaliyyətinin qiymətləndirilməsindıə iştirak edir, uşaq bağçasının inkişafının sistemli təhlilini aparmağa imkan verən müasir nəzarət mexanizmlərinin təkmilləşdirilmiş variantlarından istifadə edir;;
  • Tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə tərbiyəçilərin və digər pedaqoji işçilərin metodik işlərini, həmçinin zəruri tədris-metodik sənədlərin işlənib hazırlanmasını əlaqələndirib uzlaşdırır;
  • Müəyyən olunmuş hesabat sənədlərinin vaxtında hazırlanmasını təmin edir;
  • Mədəni-maarif və sağlamlığın qorunmasına yönəllən tədbirlərin aparılmasında BTİM-in uşaq bağçasının  pedaqoji kollektivinə  köməklik göstərir;
  • Təlim-tərbiyə prosesinin aparılmasının texnoloji-təşkilati prinsiplərinin gözlənilməsinə, təlim planının bütün komponentlərinə uyğun həyata keçirilməsinə nəzarət edir;
  • BTİM-in uşaq bağçasının pedaqoji kadrlarının peşə ustalığının təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin verilməsi, təlim-tərbiyənin yeni forma və metodları haqqında informasiyanın yığılıb sistemləşdirilməsi, yeni təlim-tərbiyə texnologiyasının öyrənilməsi və tətbiqi işini təşkil edir;
  • Yüksək ixtisas və peşəkarlıq səviyyəsinə malik sabit kadr potensiyalını formalaşdırır, uşaq bağçasının baza sahələrinin inkişafı üzrə tələbatı proqnozlaşdırır, interaktif təlimə müvafiq tərbiyəçilərin əlavə və yenidən ixtisas artırma ehtiyacını öyrənir, onların maddi və mənəvi stimullaşdırılmasına diferensial yanaşmanın təminatına dair BTİM rəhbərliyinə təklkiflər verir;
  • BTİM-in uşaq bağçasının valideyn iclaslarında iştirak edir;
  • BTİM uşaq bağçası üzrə metodiki işə dair tədbirlərin təşkilinə nəzarət edir və həmin tədbirlərin iştirakçısı olur;
  • Təhsil sistemində beynəlxalq təşkilatlarla və təhsilin inkişafı Fondları və Proqramları ilə BTİM-in əməkdaşlığı çərçivəsində keçirilən tədbirlərdə iştirak edir, təcrübə, informasiya mübadiləsi və əməkdaşlığın digər formalarını həyata keçirir;
  • Uşaq bağçasının kompyuterləşdirilməsi əsasında mərkəzləşdirilmiş informasiya şəbəkəsindən yararlanmaqla, möcud tədris-pedaqoji və elmi kütləvi informasiya vasitələrindən və mənbələrindən səmərəli istifadə edir, müasir metodiki kabinet yaradır;
  • BTİM-in rəhbərliyinin tələblərini vaxtında və düzgün yerinə yetirir,
  • BTİM-in mülkiyyətini və başqa avadanlıqlarını qoruyur;
  • BTİM-in işçilərinə, uşaqlara və valideynlərə həmişə diqqətlə yanaşır;
  • Daxili və əmək intizamına, iş vaxtının rejiminə və müddətinə dəqiq riayət edir, işə vaxtında gəlir, iş yerində vəzifə funksiyalarının icrası ilə məşgul olur və digər işçiləri söhbətlə işindən yayındırmır;
  • Texniki təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalara riaət edir.

Tibb və iaşə xidmətləri

BTİM –də tibb xidməti “Təhsil müəssisəsində iaşə və tibb xidməti təşkili qaydası və normaları ” əsasında fəaliyyət göstərir.. Təhsil müəssisəmizdə iaşə xidməti bu sahədə uzun müddət fəaliyyət göstərən “TAİS-REM Servis” şirkəti tərəfindən həyata keçirilir. Gün ərzində şagirdlər 3 dəfə həkim-dietoloq tərəfindən təsdiq olunmuş qida ilə təmin olunurlar.

Tibbi xidmət isə  tibb məntəqəsi şəklində həyata keçirilir. Tibb məntəqəsində həkim- pediatr və tibb bacıları fəaliyyət göstərirlər.

TİBB OTAĞININ HƏKİM-PEDİATRININ VƏZİFƏLƏRİ aşağıdakılardır :

  • BTIM-in pedaqoji kollektivi ilə birlikdə uşaqların siyahıya alınmasını aparır, onların təhsilə funksional hazırlığını müəyyən edir, təhsilalanların adaptasiya rejimi üzrə tövsiyələr verir;
  • Təhsilalanların profilaktik müayinəsini aparır, immunoprofilaktika proqramları çərçivəsində peyvəndlərin vaxtında aparılmasına dair valideynləri məlumatlandırır, nəticələrinə nəzarət edir;
  • Müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya üsullarından istifadə edərək uşaqlara xidmət göstərir, xəstəlikdən sonrakı mərhələlərdə uşaqların səhətinin reabilitasiyası prosesində iştirak edir, həkim təyinatları üzrə müalicənin davam etdirilməsinə ( həblərin vaxtında verilməsi, sarğıların dəyişdirilməsi və s.) dair tibb bacısının işinə nəzarət edir;
  • Pedaqoji kollektivlə birlikdə uşaqları və valideynləri sanitariya-gigiyena, sağlam həyat tərzi, reproduktiv sağlamlıq və digər səhiyyə məsələləri üzrə maarifləndirir;
  • Uşaqları sağlamlıq, fiziki inkişaf dərəcəsinə görə bədən tərbiyəsi üzrə tibbi qruplara bölür, fiziki tərbiyənin effektivliyinin təhlilini aparır, fiziki tərbiyənin aparılmasına nəzarət edir;
  • Uşaqların fiziki inkişaf göstəricilərinin müəyyən edilməsi məqsədilə antropometrik hesablamalar və təhlillər aparır;
  • BTİM-in, o cümlədən qida blokunun sanitariya-gigiyena və əksepidemik rejiminə, işçilərin vaxtlı-vaxtında tibbi müayinədən keçməsinə, risk qrupundan olan uşaqların fərdi qidalanmasının təşkilinə gündəlik nəzarət edir;
  • BTİM-in qida blokunda menyunun təşkilində iştirak edir, qidanın keyfiyyətinə, vaxtında uşaqlara çatdırılmasına nəzarət edirı;
  • Dərs cədvəlinin təşkili zamanı tövsiyələr verir;
  • Hər gün səhər BTİM-in ümumtəhsil məktəbinin şagirdlərində, məkətəbəqədər şöbədə və uşaq bağçasında təlim-tərbiyə olunan uşaqlarda xəstəliklərin ilkin əlamətlərinin mövcud olmasının yoxlanılmasına dair baxışlar keçirir;
  • Uşaların tibbi mübadilə vərəqələrini araşdırır, tibb kartlarında müvafiq qeydlər aparır;
  • Uşaqların xəstələnməsi və ya müəyyən zədə alması zamanı ilkin təxirəsalınmaz tibbi yardım göstərir, zəruri hallarda təcili tibbi yardım çağırır, bu barədə qeydiyyat kitabında qeydlər aparır, valideynə və BTİM-in rəhbərliyinə məlumat verir;
  • Epidemiyaların qarşısının alınması istiqamətində müvafiq profilaktik tədbirlər görür;
  • İstifadəsində olan dərman vəsaitlərinin və tibb ləvazimatlarının qeydiyyatını aparır;
  • BTİM-də hər il dispanzerizasiya tədbirləri həyata keçirir, bu məqsədlə zəruri mütəxəssisləri cəlb edir;
  • Həkim etikası və deontoloqiyası prinsiplərinə riaət edir;
  • Orta tibb heyyətinin işinə rəhbərlik edir;
  • BTİM-də olduğu dövrdə uşaqlarda xəstəlik əlamətləri aşkar olunduğu təqdirdə müvafiq tədbirlər görür, uşaqların tədrisdən azad olunmaları barədə valideynlərə və  BTİM-in rəhbərliyinə dərhal məlumat verir, bu barədə qeydiyyat aparır;
  • Tibb otağında olan tibb alətlərinin sterilizasiya edilməsinə nəzarət edir;
  • Tədris ili ərzində tibb otağının fəaliyyətinin yekunu barədə BTİM-in rəhbərliyinə və aidiyyatı dövlət orqanlarına müəyyən edilmiş formalar üzrə hesabatların verilməsini təmin edir;
  • İstifadəsinə verilmiş mal-material ehtiyatlarının qorunub-saxlanılmasına cavabdehdir;
  • BTİM-in fəaliyyətinə və uşağın səhətinə dair əldə etdiyi məlumatları onun valideynindən və BTİM-in rəhbərliyindən başqa üçüncü şəxslərə vermir;
  • Daxili və əmək intizamına, iş vaxtının rejiminə və müddətinə dəqiq riayət edir, işə vaxtında gəlir, iş yerində vəzifə funksiyalarının icrası ilə məşğul olur və digər işçiləri söhbətlə işindən yayındırmır;
  • Texniki təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalara riayət edir.

İnsan Qaynaqları

Kadrlar xidməti “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin (BTİM) struktur bölməsi olmaqla vəzifə bölgüsünə əsasən birbaşa BTİM-nin Prezidentinə tabedir.

Kadrlar xidməti BTİM-nin Prezidentinin müvafiq əmrilə yaradılır və ləğv edilir.

KADRLAR XİDMƏTİNİN VƏZİFƏLƏRİ

  Kadrlar xidməti :

  • BTİM-in təlim-tərbiyə sahəsində fəaliyyətini, strateqiyasını və məqsədlərini nəzərə alaraq tələb olunan peşə və ixtisasa malik olan kadrlarla təminat işini aparır;
  • BTİM-in kadr siyasətini təşkil edir və strateqiyasını təminatını həyata keçirir;
  • Kadrların seçilməsi, onların mənəvi, işgüzar və ixtisas keyfiyyətləri əsasında yerləşdirilməsinə dair təklif verir;
  • Struktur bölmələrdə işçilərin düzgün istifadəsinə nəzarət edir;
  • İşçilərin hüquqlarının, imtiyazlarının və qarantiyalarının təmin edir;
  • Kadrların say və keyfiyyət tərkibini, onların inkişaf və hərəkətinini əks etdirən məlumat bazasının tərtibi və aparılması.
  • İşçilərin attestasiyasının aparılmasının təşkili, onun metodiki və məlumat təminatı.
  • Attestasiyanın nəticələrin təhlilində iştirak edilməsi və attestasiya komissiyasının qərarlarının həyata keçirilməsi üçün tədbirlərin hazırlanması
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və Direktorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürulməsi və işdən azad edilmələrinin vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsi.
  • Təşkilatın şəxsi heyətin uçotu
  • İşçilərin keçmiş və hazırkı əmək fəaliyyəti barəsində ərizələrin verilməsi.
  • Marağı olan bölmə rəhbərləri ilə birlikdə işçilərin yığılması və seçilməsi, onların göstərilən vəzifələrə təyin edilməsi üçün müvafiq təkliflərin təqdim edilməsi, işə qəbul olunma haqda əmrlərin və digər tələb olunan zəruri sənədlərin rəsmiləşdirilməsi.
  • Əmək kitabçalarının qəbulu, doldurulması və saxlanılması.
  • Əmək stajının hesablanması və kadrlar üçün müəyyən edilmiş sənədlərin aparılması.
  • İşçi heyətin mükafatlandırılması üçün materialların hazırlanması.
  • İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlanması.
  • Əmək kitabçalarında mükafatlandırılma və ya cəzalandırılma haqqında qeydlərin aparılması
  • Tabel uçotu, məzuniyyət qrafikin tərtibatı və icrası.
  • İşçilərin şəxsi işlərin hazırlanması və aparılması, əmək fəaliyyətlə bağlı dəyişikliklərin edilməsi
  • Təşkilatda kadr işinin mütamadi təhlili və onun inkişafı üçün təkliflərin hazırlanması
  • Müəyyən olunmuş müddət bitdikdən sonra sənədlərin arxivə təhvil verilməsi üçün hazırlanması.
  • Kadrların ixtisas, şəxsi və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi əsasında yerləşdirilməsi.
  • Təşkilatın struktur bölmələrində işçilərin düzgün yerləşdirilməsinə və onların əməyinin istifadə olunmasına nəzarət etmək.
  • İşçilərin ixtisasartırma kurslarına göndərilməsinin həyata keçirilməsi.
  • Təşkilatın işçilərinin attestasiyasının keçirilməsi, onun metodika və məlumatla təmin edilməsi, attestasiyanın nəticələrinin analizində iştirak edilməsi, attestasiya komissiyasının qərarlarının yerinə yetirilməsinə daimi nəzarətin həyata keçirilməsi.
  • Pensiya sığortasına dair müvafiq sənədlərin hazırlanması və onların sosial təminat orqanlarına təqdim edilməsi.
  • Aylıq statistika blanklarını tərtib edərək Təşkilatı üzrə kadrların hərəkətinin təhlili və ümumiləşdirilməsi üzrə işlərin yerinə yetirilməsi.
  • İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin verilməsi.
  • Məzuniyyət cədvəlinin təşkil edilməsi, işçilərin istifadə etdiyi məzuniyyətlərin siyahıya alınması, təsdiq edilmiş cədvələ müvafiq olaraq növbəti və əlavə məzuniyyətlərin rəsmiləşdirilməsi.
  • Ezamiyyətlərin rəsmiləşdirilməsi və siyahıya alınması.
  • Təşkilatın struktur bölmələrində əmək intizamının vəziyyətinə və işçilər tərəfindən daxili nizam qaydalarının riayət edilməsinə nəzarət.
  • Kadrların cari vəziyyətinin analizi.
  • İşçilərin qəbul, başqa vəzifəyə keçirilmə, azad olunma və əmək qanunvericiliyinin pozulması ilə əlaqədar olan şikayətlərinin və ərizələrinin baxılması.
  • İşçilərin hərbi mükəlləfiyyətlilərin və çağırışçıların hərbi qeydiyyatının aparılması.
  • İşçilərin şikayətlərini yaradan səbəblərə dair tədbirlərin görülməsi və onların aradan qaldırılması.

KADRLAR XİDMƏTİNİN HÜQUQLARI

Kadrlar xidməti :

  • Kadlar xidmətinin işçiləri bu Əsasnaməni və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməsini təmin edir;
  • BTİM-in qarşısında duran ümumi vəzifələrə əsaslanaraq seçilən və yerləşdirilən işçilərin müvafiq qanun və əsasnamələrə uyğun rəsmiləşdirilməsi işini aparır;
  • BTİM-in işçilərinin peşəkar keyfiyyətlərini öyrənib, müvafiq qanun və əsasnamələrin tələblərinə görə onların ixtisas dərəcələrinə uyğunluğunu rəsmiləşdirir;
  • BTİM-in rəhbərliyi ilə birlikdə rəhbər və mütəxəssislərin ixtisaslarının artırılması üzrə təlabatın işlənib hazırlanmasının icrasını təmin edir və aidiyyatı üzrə təşkil edilən kursların mütəşəkkil keçirilməsinə nəzarət edir;
  • Əmək Məcəlləsinə uyğun olaraq aşkar edilmiş nöqsanların aradan qaldırılmasını təmin edir;
  • BTİM-in hərbi mükəlləfiyyətlərin qeydiyyatı və təxsislənməsi üzrə işlərin təlimata uyğun aparılmasını təmin edir və müvafiq formada məlumatları dövlət orqanlarına təqdim edir;
  • BTİM-nə daxil olan vətəndaşların ərizə və şikayətlərinə baxılması işini təşkil edir, qoyulan məsələləri vəzifə səlahiyyətləri çərçivəsində həll edir;
  • Zəruri halda BTİM-in işçilərinin attestasiyasının keçirilməsini təşkil edir, yaradılmış komissiyaların işində iştirak edir.

Təhlükəsizlik Xidməti

Təhlükəsizlik xidməti XXI ƏSR Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi -nin struktur bölməsi olaraq fəaliyyət göstərir.

Təhlükəsizlik xidməti Mərkəzin Prezidentinin müvafiq əmri ilə yaradılır və fəaliyyətinə xitam verilir. Xidmətdə ştat vahidlərinin sayı Mərkəzin Baş menecerinin təqdimatı əsasında Prezidentin əmrilə təsdiq edilir.

Təhlükəsizlik xidmətinə işçilərin qəbulu XI ƏSR Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində kadrların seçimi və yerləşdirilməsi qaydalar əsasında həyata keçirilir.

Təhlükəsizlik xidməti baş mühafizəçi və mühafizəçi ştat vahidlərindən ibarətdir.

Təhlükəsizlik xidmətinin fəaliyyətinə  rəhbərliyi BTİM-in baş meneceri həyata keçirir.

Təhlükəsizlik xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  •  mühafizə olunan obyektlərin qorunması;
  •  mühafizə olunan obyektlərdə buraxılış və obyektdaxili rejimlərin təmin edilməsi;
  •  BTİM-in inzibati binasından kənar keçirdiyi tədbirlərin və tədbirlərdə iştirak edən təlim-tərbiyə göstərdiyi bütün şəxslərin təhlükəsizliyinin təmin edilməsi.

Təhlükəsizlik xidmətinin vəzifələri aşağıdakılardır:

  • mühafizə olunan obyektlərə münasibətdə hüquq pozuntusu baş verdikdə onun baş vermə vaxtı, yeri, halları, hüquq pozuntusu törədən şəxsin saxlanılması, fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edilməsi zərurətinin əsaslandırılması, hüquq pozuntusunun qarşısının alınması və mühafizə olunan obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş tədbirlər barədə BTİM-in baş menecerini yazılı surətdə məlumatlandırmaq;
  • cinayət və ya inzibati xətanın əlamətləri olan əməl törədildiyi halda bu barədə dərhal BTİM-in baş menecerinə məlumat vermək;
  • cinayət əməlinin əlamətləri aşkar edildikdə müvafiq təhqiqat və ya istintaq orqanının əməkdaşları hadisə yerinə gələnədək cinayətin izlərinin və sübut mənbəyi ola biləcək digər maddi obyektlərin qorunub saxlanması, həmin orqanlara ibtidai araşdırma ilə əlaqədar bütün zəruri yardımın göstərilməsi;
  • xüsusi vasitəni və ya mühafizəçi vəsiqəsini itirdikdə dərhal BTİM-in baş menecerinə məlumat vermək;
  • tutduğu vəzifədən azad edildikdə istifadəsində olan xüsusi vasitələri, mühafizəçi vəsiqəsini və geyim formasını təhvil vermək.

Mühafizə xidmətinin baş mühafizəçi və mühafizəçilərinin digər hüquq və vəzifələri BTİM-in Prezidentinin təsdiq etdiyi daxili vəzifə təlimatları ilə müəyyən edilir. Mühafizə xidməti tərəfindən şəxslərin hüquq və azadlıqlarının pozulması qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.