Localization

Canada Goose outlet https://www.gasinc.nl Canada Goose jas canada goose outlet Canada Goose outlet

Admission rools

1 – ci sinfə qəbul :


Məktəbə qəbul olunarkən  şagird onun məktəbə hazırlığını müəyyən edən test imtahanından keçir.

Məktəbə hazırlıq anlayışına daxildir :
İntellektual hazırlıq səviyyəsi : ətraf aləm haqqında təsəvvürü, istiqaməti müəyyənləşdirmək bacarığı;
Psixi proseslərin (diqqət, yaddaş, qavrama) formalaşması, müəyyən bilik ehtiyatının olması, böyüklərin verdiyi tapşırığı ayırd etmək bacarığı;
Əlin xırda motorikasının inkişafı, qələm, karandaş tutmaq bacarığı, plastilinlə və müxtəlif əşyalarla iş görmə qabiliyyəti;
Uşağın məktəbdə oxumaq istəyi və hazırlığı. Əsas odur ki, uşağı məktəbin xarici atributları (protfel, dəftər) deyil, daha çox bilik, bacarıq və vərdişlər əldə etmək arzusu cəlb etsin.

 

Növbəti siniflərə qəbul (II- XI siniflər) :

 

1.Şagirdlərin qəbulu boş yerlərdən aslı olaraq il ərzində aparılır.

I  mərhələdə şagirdlər intellektual səviyyəsini, yaradıcı qabiliyyətləri və şəxsi kefiyyətləri müəyyən edən psixoloji testdən keçirlər.

II mərhələdə şagirdin bilik səviyyəsini müəyyən etmək məqsədi ilə ayrı-ayrı fənlər üzrə test imtahanından keçir. Hesab edilir ki, xüsusi dəstəyə ehtiyacı olanlar istisna olmaqla, hər bir uşaq yaş həddinə uyğun qrupun və ya sinifin tədris proqramını mənimsəyə bilər.

2.Məktəb bilik səviyyəsi tədris proqramına uyğun olmayan uşaqları qəbul etməmək hüququnu özündə saxlayır.

3.Siniflər yaş prinsipinə görə formalaşdırılır. Siniflərin əksəriyyətində şagirdlərin tədris proqramını mənimsəmə səviyyəsi müxtəlifdir. Buna görə də tədris proqramı hər bir uşağın fərdi xüsusiyyətlərini, onun potensial imkanlarını nəzərə alan üç modulda aparılır. Bu yanaşma müəllimlərə dərsləri şagirdlərin il ərzində yüksək nəticə əldə etmələrinə şərait yaradan plana uyğun keçirmək imkanı verir.

4.Şagirdin qəbul nəticəsi qənaətbəxş olmadıqda valideynlərə övladlarının məktəbə şərti qəbul olunduğu bildirilir. İl ərzində müəllimlər təqdim olunan proqramın uşağın səviyyəsinə nə qədər uyğun olduğunu qiymətləndirəcəklər. Müsahibənin və diaqnostik testləşdirmənin nəticəsinə uyğun olaraq, valideynlərlə müqavilə imzalanır və onların istəyinə uyğun olaraq aylıq və ya illik təhsil haqqı ödənilir.

Hörmətli valideynlər ətraflı məlumat almaq üçün “XXI əsr – BTİM” –lə əlaqə saxlaya bilərsiniz.  Burada  sizə övladlarınız naminə yüksək məqsədlərə nail olmaq üçün artıq nələrin yaradıldığı və birgə səy nəticəsində nələr edə biləcəyimiz haqqında məlumat veriləcəkdir.

Həmçinin sizi təhsilin keyfiyyətini artıran tədris texnologiyası ilə tanış edəcəklər. Bu isə öz növbəsində, sizin köməyinizlə, uşağınızı öz gücünə inamlı edəcək.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi – nə  1 –ci sinfinə daxil olan şagird üçün təqdim ediləcək sənədlərin siyahısı :

 

  • Valideyn ərizəsi
  • Valideynin (qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsinin sürəti
  • 3×4 formatda 2 ədəd rəngli fotoşəkil
  • Valideynin yaşayış və iş yerindən arayış
  • Tibbi mübadilə vərəqəsi

Qeyd : Elektron keçid kartlarının əldə edilməsi məqsədilə şagird üçün 1 ədəd fotoşəkil, valideynlərin (qanuni nümayəndələrin) hər biri üçün 1 ədəd 3×4 formatda fotoşəkil və şagirdin eyni sayda və formatda fotoşəkil təqdim olunmalıdır.

Valideyni təmsil edəcək şəxslərin təmsilçiliyə dair valideynin notariat qaydada təsdiq olunmuş ərizəsi daxil olma sənədlərinə əlavə olunmalıdır.

 

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi – nin uşaq bağçasına və məktəbəqədər hazırlıq bölməsinə daxil olan şagird üçün təqdim ediləcək sənədlər və məlumat :

1. BTİM – in uşaq bağçası uşaqların yaşından asılı olaraq aşağıdakı qruplar üzrə təşkil edilir :

 

  • Kiçik bağça qrupu – 3 yaşından 4 yaşadək
  • Böyük bağça qrupu – 4 yaşdan 5 yaşadək
  • Məktəbəhazırlıq qrupların -5 yaşından 6 yaşınadək uşaqları əhatə edir.

2.  BTİM –in uşaq bağçasına uşaqların qəbulu Cəmiyyətin rəhbərliyinin müvafiq əmri ilə rəsmiləşdirilir. Qəbul aşağıdakı sənədlər üzrə aparılır :

  • Valideynin (və ya qanuni nümayəndənin) ərizəsi;
  • Valideynin (və ya qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin sürəti;
  • 3×4 formatda 2 ədəd rəngli fotoşəkil;
  • Tibbi mübadilə vərəqəsi;
  • Uşağın doğum haqqında şəhadətnaməsinin sürəti;
  • Valideynin (və ya qanuni nümayəndənin)  yaşayış və iş yerindən arayış;

3.  BTİM-in uşaq bağçasına qəbul olunmuş uşaqların valideyni (və ya qanuni nümayəndələri) ilə Cəmiyyət arasında mülki-hüquq müqaviləsi bağlanır. Müqavilə tərəflər arasında tərbiyə, təlim, xidmət sahəsindəki hüquqi münasibətləri müəyyən edən sənəddir. Müqavilə iki nüsxədə tərtib olunur və uşağın uşaq bağçasında və məktəbəhazırlıq qruplarında olduğu bütün ərzində qüvvədə olur. Müqavilənin tərkib hissəsini təşkil edən Razılaşma hər tədris ili üçün yenidən bağlanır. Müqavilənin qüvvədə olduğu dövrdə ona dəyişikliklər və ya əlavələr qarşılıqlı razılaşma əsasında aparıla bilər.

Anket və CV-lərinizi  hr@21century.edu.az  ünvanına  göndərə bilərsiniz.

CV formasını aşağıdakı linkdən endirə bilərsiniz.

                                   CV form

Mövcud vakansiyalar

Physics Teacher in Cambridge International Programme and IB DP in English streams.

Maths Teacher in Cambridge International Programme and IB DP in English streams.