Localization

Canada Goose outlet https://www.gasinc.nl Canada Goose jas canada goose outlet Canada Goose outlet

Blog

“Xocalı soyqırımını unutmayaq”

“Xocalı soyqırımını unutmayaq”-
tedbir dövlət himnimizin səsləndirilməsi ilə başlandı. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra tədbirin aparıcıları Mahalova Tamara,Orucova Əminə, Əhmədzadə Ayxan azərbaycan,rus və ingilis dillərində faciə haqqında məlumat verdilər, soyqırımı tanıyan ölkələr barədə danışdılar, xalqımızın başına gətirilən müsibətlərə diqqət yönətdilər. 5A və 8R2 sinif şagirdləri özündə həmin dəhşətli günün ağrı-acısını əks etdirən şeirlər söylədilər. “Mən Xocalıyam” adlı videoçarx vasitəsilə faciənin nəticələrini özündə əks etdirən hadisələr barədə danışdılar. Aparıcı Tariverdiyev Vaqif Xocalı şəhərinin tarixi şəxsiyyətləri haqqında məlumat verilib.5a, 8r2 sinif şagirdlərinin söylədiyi şeirlərdən sonra “Xocalı” filmindən fraqment göstərilməsi keçmişimizi unutmamağa səsləyiş idi. Aparıcı Babayev Şahin Milli Qəhrəman Çingiz Mustafayev haqqında danışdı,onun çəkdiyi kadrlar nümayiş etdirildi. Tədbirin sonunda məktəbin direktoru L. Kərimova çıxış edərək, tədbir iştirakçılarına xalqımızın həyatındakı bu ağrılı-acılı gün haqqında məlumat verərək dedi: “Əziz uşaqlar,mən heç istəməzdim ki, siz belə kədərli kadrlara baxasınız. Biz sizə ancaq həyatı gözəl yaşamağı, sevinməyi arzulayırıq. Lakin qeyd edim ki, bunu da bilməliyik. Bu , bizim keçmişimizdir. Hazırda Qarabağda döyüşlər gedir, hər gün şəhidlər veririk. Bizim rahat yaşamağımız üçün igidlərimiz canından keçir. Sizin üzərinizə düşən odur ki, dərslərinizi yaxşı oxuyasınız, tariximizi öyrənib ona sahib çıxasınız. Vaxt gələcək ədalət yerini tutacaq, biz qalib gələcəyik!” .Sonda direktor tədbir təşkilatçıları Əzimova Günelə və Süleymanova Ləmana təşəkkürünü bildirib bundan sonra xoş günləri yaşamaqı və qeyd etməyi arzuladı.

Hemçinin , 24.02 tarixində ibtidai mektebde günün ilk dərsi “Xocalı soyqırımı” qurbanlarının xatirəsinə həsr olundu. Dərslər zamanı Xocalıda törədilən erməni vəhşiliyi və bunun dəhşətləri barədə şagirdlərə tarixi faktlarla geniş məlumat verildi. Bundan başqa, Mərkəzin 2a və 3a sinif şagirdləri “Xocalıya ədalət” adlı tədbir keçirdilər. Tədbirdə iştirak edən müəllim və şagirdlər 1992-ci il fevralın 26-da Xocalıda baş verənləri bir daha yad etdilər.
Qeyd edək ki, Mərkəzin foyesində və bütün mərtəbələrində Xocalı faciəsi ilə bağlı divar qəzetləri və şagirdlərin rəsmləri asılmışdır.

IMG_2747

IMG_2750

IMG_2751

IMG_2753

 

No Comment

1

Post A Comment