Yemək xidmətinin satınalınması ilə bağlı elan

“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsində və tam orta ümumumtəhsil məktəbində təlim-tərbiyə olunan uşaqların, şagirdlərin, həmçinin əməkdaşların qidalanmasını təmin etmək məqsədilə Mərkəz, yemək (keytrinq) xidmətinin satınalınması üzrə tender elan edir.

Satınalmada iştirak etmək və şərtlər barədə ətraflı məlumat əldə etmək istəyənlər 10 iyun 2021-ci il tarixinədək aşağıdakı sənədləri qeyd olunan email ünvanına göndərməlidirlər:

  • Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • İştirak haqqının (150 manat) ödənilməsini təsdiq edən bank sənədi;
  • Şirkətin tam adı, hüquqi statusu, rekvizitləri haqqında məlumat, təsis sənədləri.

Yekun təkliflər qapalı zərfdə, əlavə tələb olunacaq digər sənədlərlə birlikdə, 25 iyun 2021-ci il saat 10:00-dək təqdim edilməlidir.

Əlaqələndirici şəxs: Qüdrət Abdullayev

 

Əlaqə nömrəsi: 0503305530

Email ünvanı:  info@21century.edu.azqudrat.abdullayev@21century.edu.az

 

 

 

 

 

 

 

 

BİZƏ QOŞULUN