AZ RU EN
Facebook Instagram YouTube

Məktəb həyatı

Mərkəzimizdə şagirdlərin məktəb həyatı onların hərtərəfli inkişafını təmin etmək məqsədilə sistemli və məqsədyönlü şəkildə təşkil olunur. Təhsil prosesi yalnız akademik biliklərlə məhdudlaşmır, eyni zamanda şagirdlərin sosial, yaradıcı və fiziki bacarıqlarının inkişafına xüsusi önəm verilir.

Şagirdlər dərs ili boyunca müxtəlif dərnəklərdə iştirak edərək yeni bilik və bacarıqlar əldə edir, dram və musiqi proqramlarında öz istedadlarını nümayiş etdirir, nəzəri biliklərini praktik layihələr vasitəsilə tətbiq etməyi öyrənirlər. Bununla yanaşı, məktəbdə mütəmadi olaraq müxtəlif mövzularda tədbirlər, təqdimatlar və maarifləndirici layihələr təşkil olunur ki, bu da şagirdlərin təşəbbüskarlığını və komanda ruhunu gücləndirir.

Məktəb həyatının ayrılmaz hissəsi kimi idman və fiziki aktivlik də xüsusi yer tutur. Şagirdlər müxtəlif idman növləri ilə məşğul olaraq sağlam həyat tərzi formalaşdırır, eyni zamanda sağlam qidalanma vərdişləri də gündəlik həyatın bir hissəsinə çevrilir. Bu istiqamətdə keçirilən maarifləndirici fəaliyyətlər və tətbiqi yanaşmalar artıq məktəbdə bir ənənə halını almışdır.

Bütün bu fəaliyyətlər nəticəsində şagirdlərimiz məktəbdə rəngarəng, maraqlı və məhsuldar bir həyat yaşayır, öz potensiallarını kəşf edir və gələcəyə inamla, möhkəm addımlarla irəliləyirlər.

2001 — 2026

25 il birlikdə, xoşbəxt gələcəyə gedən yolda.

2001-ci ildə qurulan XXI Əsr Məktəbi ötən 25 il ərzində minlərlə şagirdin inkişaf yoluna şahidlik edib. Bu illər ərzində məktəb yalnız təhsil verən bir məkan deyil, dəyərlər formalaşdıran, şəxsiyyət yetişdirən və gələcəyə inam aşılayan bir icma olub.

Beynəlxalq proqramlara əsaslanan təhsil yanaşması, təhlükəsiz və dəstəkləyici mühit, müəllim və valideyn əməkdaşlığı ilə qurulan məktəb mədəniyyəti bu yolun əsas dayaqlarıdır.

25 il təcrübə
100% universitetə qəbul
70% xarici universitetlərə qəbul

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.