Facebook Instagram YouTube

Mərkəzimizdə İntellekT olimpiadası keçirilib

Анонсы · 27.04.2019 Mərkəzimizdə İntellekT olimpiadası keçirilib

Aprelin 20-si və 27-sində Mərkəzimizdə keçirilən İntellekt Marafonununda Bakı şəhərində fəaliyyət göstərən 10 məktəbinin 128 şagirdi iştirak etmişdir. Marafon iştirakçıları uzunmüddətli yaddaşın və diqqətin yoxlanılmasına aid tapşırıqlar, anaqram, məntiqi cədvəl və riyazi məntiqə aid məsələlər yerinə yetirmişlər. Nəticədə müxtəlif məktəblərdə təhsil alan 3 nəfər yarışın qalibi olmuşdur.

Marafonun keçirilməsində məqsəd məktəblilərin intellektual səviyyəsini inkişaf etdirmək və elmə olan maraqalarını artırmaq olmuşdur.

Məlumat üçün qeyd edək ki, 2003-cü ildən Mərkəzimizdə rus və Azərbaycan bölmələri üzrə tədris prosesində, müəllifi Moskva şəhərinin Lomonosov məktəbinin elmi rəhbəri və təsisçisi p.e.n. M.A. Ziqanov olan “İntellekT” Təhsil Texnologiyası tətbiq edilir. Mərkəzimizdə xüsusi “İntellekT” Təhsil Texnologiyası laboratoriyası yaradılmışdır. Laboratoriyanın əməkdaşları tərəfindən şagirdlərin təfəkkürünü, diqqətini, nitqini və yaddaşını inkişaf etdirən tapşırıqlar tərtib olunur.

 

 

Сделайте первый шаг к успешному будущему вашего ребёнка уже сегодня.

Мы приглашаем вас ближе познакомиться с нашей школой. Назначьте индивидуальную встречу и задайте свои вопросы.

+994 50 278 80 83 info@21century.edu.az Баку, Азербайджан