Facebook Instagram YouTube

Mərkəzimizin şagirdləri beynəlxalq Bakutel sərgisində olublar

Анонсы · 06.12.2019 Mərkəzimizin şagirdləri beynəlxalq Bakutel sərgisində olublar

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri dekabrın 6-da paytaxt Bakıda ənənəvi olaraq hər il keçirilən “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisini ziyarət ediblər.

Sərginin Robopark bölməsi şagirdlərimizdə böyük marağa səbəb olub. Burada nümayiş olunan “Pepper” humanoid robotu və Robot pianoçunun möhtəşəm ifalarını şagirdlərimiz böyük həvəslə izləyiblər.

Nəzərinizə çatdırmaq istərdik ki, “STEAM” təhsil metodunun tətbiq olunduğu Mərkəzimizdə şagirdlərimizin hərtərəfli inkişafı daim diqqət mərkəzindədir. Bu baxımdan Mərkəzimiz oxşar dərsdənkənar fəaliyyətlərin davamlı təşkilini qarşıya məqsəd qoyub. Mərkəzimizin təqdim etdiyi “STEAM” imkanları barəsində ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: https://www.21century.edu.az/az/ourschool/steam

Сделайте первый шаг к успешному будущему вашего ребёнка уже сегодня.

Мы приглашаем вас ближе познакомиться с нашей школой. Назначьте индивидуальную встречу и задайте свои вопросы.

+994 50 278 80 83 info@21century.edu.az Баку, Азербайджан