Kurikulum | Tədris dili | Siniflər | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | |||
Milli kurikulum | Azərbaycan | İbtidai məktəb (AZ) | Tam orta məktəb (AZ) | ||||||||||
Rus | İbtidai məktəb (RUS) | Tam orta məktəb (RUS) | |||||||||||
Kembric | İngilis | Kembric İbtidai proqarmı (Cambridge Primary Programme) | Kembric aşağı orta Proqramı (Cambridge Lower Secondary) |
Upper Secondary (IGCSE) | SAT & IELTS | ||||||||
IB | İngilis | IB DP | |||||||||||
Əlavə | Əlavə dəstək fəaliyyətləri |
Azərbaycan bölməsinin ibtidai siniflərində əsas tədris proqramı kimi milli kurikulum tətbiq olunur. Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradır. Tədris prosesində müəllimlər fəal və interaktiv təlim metodlarından istifadə edərək şagirdləri fəallaşdırır, onlarda axtarıcılıq və tədqiqatçılığı inkişaf etdirirlər.
Qiymətləndirmə
Məktbdaxili qiymətləndirmə milli kurikulumun məzmun standartlarına əsaslanır və məzmun standratlarının mənimsənilməsi istiqamətində qiymətləndirmənin hər 3 növündən – diaqnostik, formativ, summativ qiymətləndirmədən istifadə olunur.Tədris ili ərzində şagird biliyini yoxlamaq məqsədilə müxtəlif monitorinqlər keçirilir, şagirdlərin inkişafını müəyyən etmək və müəllimlərin təlim nəticələrinin səmərəliliyini təmin etmək məqsədilə şagirdlərimiz mütəmadi olaraq (həftədə, ayda, yarımilin sonunda) qiymətləndirilirlər.
Orta təhsil pilləsində əsas tədris proqramı kimi milli tədris proqramı (kurikulum) tətbiq olunur. 10-cu və 11-ci siniflərdə təhsil təmayül üzrə aparılır.
Qiymətləndirmə
Milli kurikulum tətbiq olunan 5-11-ci siniflər üzrə kiçik və böyük summativ qiymətləndirmə həyata keçirilir. Mərkəzimizdə məktəbdaxili qiymətləndirmənin növləri kimi diaqnostik, formativ və summativ qiymətləndirmələr nəzərdə tutulur. 5-8-ci siniflərdə həm buraxılış imtahanı fənləri üzrə, həm də pedaqoji şuranın qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə BSQ keçirilir. 9-cu və 11-ci siniflərdə isə böyük summativ qiymətləndirmə bütün fənlər üzrə aparılır. Təmayülləşmə tətbiq edilən siniflərdə təqvim-tematik plana uyğun bütün təmayül fənləri üzrə BSQ keçirilir.
Mərkəzimiz Azərbaycanda həm Kembric, həm də Beynəlxalq Bakalavriat kurikulumlarını təklif edən aparıcı məktəbdir. Bu xüsusi tərtib olunmuş kurikulumlar beynəlxalq tədris prosesini tam şəkildə əhatə edir və şagirdlərə digər həmyaşıdları ilə birlikdə ibtidai, orta və yuxarı pillələrdə təhsil alarkən öz potensiallarını kəşf etməyə geniş imkanlar yaradır. Beynəlxalq Kembirc proqramı ibtidai (1-5) və orta tədris prosesini (6 -10) əhatə edir. Beynəlxalq Bakalavriat Diplom Proqramı isə yuxarı (10-11) siniflərdə tədris olunur.
Biz dünyanın aparıcı universiteti Kembric Universitetinə məxsus yeganə imtahan mərkəzi olan, Beynəlxalq Təhsilin Kembric Qiymətləndirmə (Cambridge Assessment International Education) sistemində qeydiyyatdan keçmiş rəsmi beynəlxalq məktəbik. Kembric beynəlxalq kvalifikasiyalar sistemi şagirdlərə davamlı öyrənmə həyəcanı və yeni bilikləri şüurlu şəkildə əldə etmə bacarıqları aşılayır. Kembric Beynəlxalq məktəbi olaraq biz 5-16 yaşlı şagirdlər üçün Kembric (ibtidai, aşağı orta və yuxarı orta (IGCSE) proqramları təklif edirik.
Şagirdlər IGCSE proqramı üzrə təhsillərini başa vurduqdan sonra ali təhsil proqramlarına hazırlaşmağa başlayırlar. 11-ci sinifdə hər bir şagird seçdiyi ali təhsil ixtisasına uyğun, onun üçün xüsusi hazırlanmış proqram üzrə təhsilini davam etdirir. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində 11-ci sinif proqramına IELTS və SAT imtahanlarına hazırlıq da daxil edilmişdir. Həmin kursların məqsədi şagirdlərin akademik bacarıqlarını artırmaqla yanaşı, onlara həm Azərbaycan, həm də xaricdə universitetə qəbul olarkən əlavə üstünlüklər qazandırmaqdır.
Qiymətləndirmə
Biz, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi olaraq inanırıq ki, qiymətləndirmə təlim və tədris prosesində açar rol oynayır. Müəllimlər şagirdləri qiymətləndirərkən onların fərqli düşüncə və davranışlara malik olduqlarını bilirlər. Bu aspekti nəzərə alaraq tədris prosesində müxtəlif qiymətləndirmə meyarları və strategiyalar tətbiq olunur. Qiymətləndirmə 1-10 bal, həmçinin A-G Kembric qiymətləndirmə şkalası üzrə aparılır.
Hər tədris ilinin sonunda, şagirdlər Progression testi ilə imtahan verirlər. Bu imtahan şagirdlərin növbəti sinfə hansı nəticə ilə keçməsi haqqında məlumat verir. Şagirdlərin həm ibtidai, həm də orta təhsil üzrə bilik və bacarıqlarını qiymətləndirmək, ölçmək üçün 5 və 8-ci siniflərdə Kembric Checkpoint imtahanları təşkil olunur. 10-cu sinifdə şagirdlər Kembric kurikulumu üzrə buraxılış imtahanı verməklə Kembric Beynəlxalq Orta Məktəb Ümumtəhsil Sertifikatı (IGCSE) əldə edirlər. Bu imtahanlar Kembric tərəfindən yoxlanılır. İmtahanlar ingilis dili, riyaziyyat və təbiət elmləri daxil olmaqla kurikulumda nəzərdə tutulan bütün vacib sahələri əhatə edir. Daha ətraflı məlumat və güvən vermək məqsədilə hər bir şagirdin diaqnostik hesabatı və müvəffəqiyyət cədvəli valideynlərə təqdim olunur. Kembric Beynəlxalq Kurikulum çərçivəsində olan fənlərlə yanaşı, şagirdlər Milli Kurikulum proqramına daxil olan fənləri də öyrənir və yüksək ixtisaslı müəllimlər tərəfindən dövlət attestat imtahanına və yerli ali məktəblərə hazırlanmış olurlar.
IB Diplom Proqramı
Biz həm də mərkəzi İsveçrədə yerləşən, 1968-ci ildə yaradılmış Beynəlxalq Bakalavriat- The International Baccalaureate® (IB) təşkilatında qeydiyyatdan keçmiş səlahiyyətli Beynəlxalq Bakalavriat Məktəbiyik. IB Proqramı dünyada ortaq bir təhsil sistemi yaratmaq məqsədilə qurulmuşdur. Bu proqram mədəniyyətlərarası hörmət və anlayış əsasında daha yaxşı və sülhsevər bir dünya qurmağa kömək edən, bilikli, sorğulayan və qayğıkeş gənclər yetişdirməyi hədəfləyir. Mərkəzimiz 16-17-yaşlı şagirdlər üçün nəzərdə tutulan Diplom Proqramını (IB DP) təklif edir.
IB Diploma Proqramının Əsasları
IB Diplom Proqramı 2 il davam edir. Şagirdlər IB Diplom Proqramına 10-cu sinifdə qəbul olunur, 11-ci sinifdə bitirirlər. Bu proqramı üzrə kurslar həm ali, həm də standart səviyyə üzrə təklif olunur. Hər bir şagird həm ali, həm də standart səviyyə üzrə 3 fənn seçir. Hər iki səviyyə üzrə fənlərin müddəti iki il olmasına baxmayaraq, ali və standart səviyyə arasında müəyyən fərqlər vardır:
Kurikulum
IB Diplom Proqramı üzrə təhsil alan şagirdlər əsas 5 fənn blokunun hər birindən öz ixtisas profilləri üzrə bir fənn seçməlidirlər: ən yaxşı bildikləri birinci dil, əlavə xarici dil, sosial fənlər qrupundan bir fənn, eksperimental elmlər və riyaziyyat qrupundan bir fənn, təbiət elmlərindən bir fənn. Şagird ya 6-cı fənn blokundan incəsənət fənnini, ya da əsas 5 fənn blokundan əlavə bir fənni seçə bilər.
Fənlər bloku üzrə təklif etdiyimiz IB DP kurslar:
Qiymətləndirmə
Şagirdlər proqramın sonunda yazılı imtahan verirlər və imtahan nəticələri xarici IB ekspertlər tərəfindən yoxlanılır və qiymətləndirilir. Şagirdlər kurs müddətində seçdikləri fənlər üzrə tapşırıqlar yerinə yetirirlər. Bu tapşırıqlar müəllimlər tərəfindən yoxlanılır və daha sonra xarici mütəxəssislər tərəfindən nəzərdən keçirilir. Tapşırıqlar birbaşa xarici ekspertlərə də göndərilə bilər.
Hər bir fənn üzrə qiymətləndirmə 7 (1- ən aşağı, 7 - ən yüksək) ballıq şkala əsasında aparılır. Şagirdlər həm biliklər nəzəriyyəsi, həm də genişləndirilmiş esse üzrə nəticələri əsasında əlavə 3 bala kimi toplaya bilərlər. Beynəlxalq Bakalavriat Diplomunu ən azı 24 bal toplayan şagirdlər əldə edirlər. Bu bütün proqram boyu şagirdin əldə etdiyi göstəricilər, yaradıcılıq, aktiv fəaliyyət, xidmət tələbləri və fəal davamiyyətdən asılıdır. IB Diplom Proqramı üzrə ən yüksək bal 45 baldır.
IB Diplom Proqramı 10-cu və 11-ci sinif şagirdlərini dünyanın aparıcı universitetlərinə hazırlayan akademik proqramdır və şagirdlərin qəbul olacaqları universitetlərdə müvəffəqiyyətlə təhsil almaları və yüksək nailiyyət əldə etmələri üçün ideal təməldir.
Choosing the best school for their children is one of the most responsible decisions parents make in their life. We are ready to help you make this decision.
Get information