NEWS

STEM Müsabiqəsi

22/07/2021

STEM Müsabiqəsi

Beynəlxalq "STEM" olimpiadası, 5-11-ci sinifləri əhatə edən və sualların "STEM" təhsil fəlsəfəsinə uyğun olaraq hazırlandığı beynəlxalq bir onlayn yarış platformasıdır.

Yarışmanın və sualların təməli "STEM" (Science-Technology-Engineering-Math) üzərində qurulub. Olimpiadanın təşkilində əsas məqsəd şagirdlərin öyrəndikləri mövzu və düsturların real həyatdakı məsələlərə tətbiqini təmin etməkdir.

Qeyd edək ki, cari ildə müsabiqədə 50 ölkədən 3720 şagird iştirak etmişdir. Mərkəzimizdə təhsil alan 7A sinif şagirdi Kəmaləddin Əhmədov "Riyazi elmlər" kateqoriyası üzrə göstərdiyi yüksək nəticəyə görə fərqlənmə diplomu ilə təltif olunmuşdur.

Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir və uğurlarının davamını arzulayırıq.